Məhkəmə qərarları › İş №2(044)-840/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-840/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-840/2020 21.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-ninCavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC-ti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Kombayn Philips”, 2 ədəd ətçəkən “Kenwood”, ütü “Philips”, şirə çəkən “Braun”, mikser “HOFFMAN”, “Qehveuyuden Delonghi”, “Samsung” əsas borc 1078 manat, cərimə (dəbbə) 323 manat, Venus yataq dəsti üçün əsas borc 3130 manat, cərimə (dəbbə) 805 (540 gün x 1.49 manat) manat, İMEİ kodu **********07328 Samsunq J üçün əsas borc 338 manat, cərimə (dəbbə) 101 manat, ümumilikdə 5775 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq «xxxxxxxxxxx MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeharasında bağlanmış xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrinə əsasən Kombayn Philips, 2 ədəd Ətçəkən Kenwood, ütü Philips, şirə çəkən Braun, Mikser HOFFMAN, Qehveuyuden Delonghi, tozsortan Samsung, Venus yataq dəsti və İMEİ kodu **********07328 Samsunq J almış və nəticədə 5775 manat məbləğində borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ cəmi 1314 manat təşkil edir. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2018-ci il tarixli 24788 saylı müqavilənin surətindən görünür ki, «xxxxxxxxxxx MMC-ti tərəfindən Cavabdeh “Kombayn Philips”, 2 ədəd ətçəkən “Kenwood”, ütü “Philips”, şirə çəkən “Braun”, mikser “HOFFMAN”, “Qehveuyuden Delonghi”, tozsoran “Samsung” satılmışdır. xx.xx.2018-ci il tarixli 44422 saylı müqavilənin surətindən görünür ki, «xxxxxxxxxxx MMC-ti tərəfindən Cavabdeh Venus yataq dəsti satılmışdır. xx.xx.2018-ci il tarixli 82772 saylı müqavilənin surətindən görünür ki, «xxxxxxxxxxx MMC-ti tərəfindən Cavabdeh İMEİ kodu **********07328 Samsunq J 320 DS satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 458.1-ci maddəsinə görə, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Kombayn Philips”, 2 ədəd ətçəkən “Kenwood”, ütü “Philips”, şirə çəkən “Braun”, mikser “HOFFMAN”, “Qehveuyuden Delonghi”, “Samsung” üçün əsas borc 1078 manat, cərimə (dəbbə) 5 manat, Venus yataq dəsti üçün əsas borc 3130 manat, cərimə (dəbbə) 5 manat, İMEİ kodu **********07328 Samsunq J üçün əsas borc 338 manat, cərimə (dəbbə) 5 manat, cəmi 4561 manat və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «xxxxxxxxxxx MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Kombayn Philips”, 2 ədəd ətçəkən “Kenwood”, ütü “Philips”, şirə çəkən “Braun”, mikser “HOFFMAN”, “Qehveuyuden Delonghi”, “Samsung” üçün əsas borc 1078 manat, cərimə (dəbbə) 5 manat, “Venus” yataq dəsti üçün əsas borc 3130 manat, cərimə (dəbbə) 5 manat, “İMEİ” kodu **********07328 “Samsunq J” üçün əsas borc 338 manat, cərimə (dəbbə) 5 manat, cəmi 4561 manat və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «xxxxxxxxxxx MMC-nin tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar