Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-841/2020 21.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC-tiCavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İMEİ kodu **********56910 Samsung Galaxy S8+ markalı telefon, Apple MacBook Air 13 kompyuter üçün əsas borc 1614 manat, dəbbə 474 (150 gün x 3.16 manat) manat, İMEİ kodu **********18402 İpone X 64GB telefon, LG Led televizor üçün əsas borc 4564 manat, dəbbə 1330 (330 gün x 4.03 manat) manat, paltaryuyan HOFFMAN üçün əsas borc 680 manat, dəbbə 195 (390 gün x 0.5 manat) manat, ümumilikdə 8857 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq «xxxxxxxxxxx MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeharasında bağlanmış xx.xx.2017-ci il,xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********56910 Samsung Galaxy S8+ markalı telefon, Apple MacBook Air 13 kompyuter, İMEİ kodu **********18402 İpone X 64GB telefon, LG Led televizor və paltaryuyan HOFFMAN almış və nəticədə 8857 manat məbləğində borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ cəmi 4624 manat təşkil edir. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixli 266677 saylı müqavilənin surətindən görünür ki, «xxxxxxxxxxx MMC-ti tərəfindən Cavabdeh Apple MacBook Air 13 MQD 32 kompyuter və İMEİ kodu **********56910 Samsung Galaxy S8+ DUAL (SM-G955) markalı telefon satılmışdır. xx.xx.20187-ci il tarixli 00146787 saylı müqavilənin surətindən görünür ki, «xxxxxxxxxxx MMC-ti tərəfindən Cavabdeh İMEİ kodu **********18402 İpone X 64GB telefon, LG Led televizor və Apple MacBook Air 13 MQD 32 kompyuter satılmışdır. xx.xx.2018-ci il tarixli 00153763 saylı müqavilənin surətindən görünür ki, xxxxxxxxxxx MMC-ti tərəfindən Cavabdeh HOFFMAN WFL-7012S (Gümüşü) Paltaryuyan və HOFFMAN NF-170S soyuducu satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 458.1-ci maddəsinə görə, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İMEİ kodu **********56910 Samsung Galaxy S8+ markalı telefon, Apple MacBook Air 13 kompyuter üçün əsas borc 1614 manat, dəbbə 5 manat, İMEİ kodu **********18402 İpone X 64GB telefon, LG Led televizor üçün əsas borc 4564 manat, dəbbə 10 manat, paltaryuyan HOFFMAN üçün əsas borc 680 manat, dəbbə 5 manat, cəmi 6878 (altı min səkkiz yüz yetmiş səkkiz) manat və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «xxxxxxxxxxx MMCnin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İMEİ kodu **********56910 Samsung Galaxy S8+ markalı telefon, Apple MacBook Air 13 kompyuter üçün əsas borc 1614 manat, dəbbə 5 manat, İMEİ kodu **********18402 İpone X 64GB telefon, LG Led televizor üçün əsas borc 4564 manat, dəbbə 10 manat, paltaryuyan HOFFMAN üçün əsas borc 680 manat, dəbbə 5 manat, cəmi 6878 (altı min səkkiz yüz yetmiş səkkiz) manat və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «xxxxxxxxxxx MMC-nin tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-841/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-841/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver