Məhkəmə qərarları › İş №2(044)-846/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-846/2022

21.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-846/2022 21.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı Cəbrayılova (Məmmədova) Rövşanə Namaz qızının iştirakı ilə, İddiaçı Cəbrayılova (Məmmədova) Rövşanə Namaz qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cəbrayılova (Məmmədova) Rövşanə Namaz qızı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 07.03.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan 117 manat məbləğində alimentin artırılaraq 250 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cəbrayılova (Məmmədova) Rövşanə Namaz qızı məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh ilə 10.03.2012-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onların birgə nikahlarından 22.05.2013-cü il tarixdə X9 oğlu anadan olmuşdur. Ailədə olan narazılıqlar nəticəsində onların birgə yaşamaları mümkün olmamış və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 03.08.2016-cı il tarixli qətnaməsi ilə onların nikahları pozulmuş və məhkəmənin 07.03.2016-cı il tarixli qətnaməsinə əsasən hər ay cavabdehdən 117 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. O, hazırda uşağı ilə birlikdə atası evində yaşayır və heç yerdən maddi gəliri yoxdur. Hazırda uşaq böyüyür, böyüdükcə maddi tələbatları da artır və o, uşağın maddi tələbatlarını ödəməkdə maddi çətinlik çəkir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbacan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 07.03.2016-cı il tarixli 2(044)- 1310/2016 saylı qətnamənin surətindən görünür ki, 22.05.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 11.02.2016-cı il tarixdən başlayaraq, Cavabdeh hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X5 verilməsi qət edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 03.08.2016-cı il tarixli 2(044)-4057/2016 saylı qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə Məmmədova (Cəbrayılova) Rövşanə Namaz qıznın arasında 10.03.2012-ci il tarixdə X13 40 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş və 22.05.2013-cü il tarixdə anadan olmuş X1 (Cəbrayılova) Rövşanə Namaz qızının himayəsində saxlanılması qət edilmişdir. 06.03.2017-ci il tarixdə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 nikahları06 mart 2017-ci il tarixdə 61 saylı akt qeydi ilə bağlanmışdır. 19.06.2013-cü il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X3 birgə nikahlarından 22.05.2013-cü il tarixdə X9 oğlu anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə iddia tələbinin aliment məbləğinin 14.02.2022-ci il tarixdən hesablanması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin həmin hissədə təmin olunması istisna olunur. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 07.03.2016-cı il tarixli 2(044)-1310/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 22.05.2013-cü il tarixdə anadan olmuş X9 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 1920 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 39.20 manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 07.03.2016-cı il tarixli 2(044)-1310/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 22.05.2013cü il tarixdə anadan olmuş X9 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 39.20 manat Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə 21.04.2022-ci il tarixli 2(044)-846/2022 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar