Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-851/2021 31.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X1, Cavabdeh “xxxx”MMC-nin nümayəndəsi Cavabdeh2 iştirakı ilə , İddiaçı cavabdehlər “xxxx”MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Gəncə oteli, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6420 manat məbləğində pulun və 31 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, kənd təsərrüfatı məsullarını bazardan alaraq mağazalara və hotellərə satır. 2018-ci ilin noyabr ayında “Cavabdeh1” Otelinin müdiri Emin və baş mühasibi Gülgəzlə tanış olaraq malları onlara təklif etmişdir. Onlar mallara baxaraq ondan mal (çərəzlər) almaq qərarına gəlmişlər. Sonra, onlar bildirmişlər ki, malı nisiyə alqı-satqı etməklə qayimə vasitəsilə alırıq. O, onlarala razılaşmışdır. O, onlara həfdə içi 3-4 dəfə təxminən 200-500 manat dəyərində məhsul verdiyini, məhsulu verdikdə hansı məsulların götürülməsini ardıcıllıqla və hər birinin qiymətini qarşısında yazmaqla, sonda cəmi qiymətini də yazmaqla qayimə tərtib etmişlər. Mühasib, mən və digər işçilər qayiməni müdirin şahidliyi ilə imza etmişlər. Verdiyi malın dəyəri 4000-5000 min manata çatdıqdan sonra, onlar yığılmış məbləğin yarısını vermişlər. 2020-ci ilin mart ayına kimi heç bir problemsiz işləmişlər. 2020-ci ilin mart ayında onların borcu artaraq 6420 manat təşkil edirdi. O, cavabdehlərdən pul istəyəndə onlar, hazırda pandemiyadır bir neçə günə pulunun bir qismini ödəyəcəklərini bildirmişlər. Bir neçə gün keçdikdən sonra, onlaradan borclarından ödəniş etmələrini tələb etdikdə onlar otel bağlıdır, tez bir zamanda pulun hamısını ödəyəcəklərini bildirmişlər. Artıq 8-10 aydır ki, onlar borclarından bir manat belə ödəməyiblər. İddiaçı cavabdehlərdən borcun ödənilməsini tələb etdikdə onlar gözləməyini bildirmişlər. Bununla bağlı o, polisə müraciət etmişdir. Polis isə işin mülki xarakterli olmasını bildirməklə, aidiyyəti üzrə müvafiq iddia ərizəsilə məhkəməyə müraciət etməklərini tövsiyyə etmişdir. Odur ki, bu tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işi başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən “Cavabdeh1” otelinin müdiri Eminə və mühasibi Gülgəzə qarşı tələbi mülki qaydada müvafiq məhkəmə orqanlarına müraciət etməsi izah edilmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddia tələbində göstərilənlərə uyğun izahat verərək tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən “xxxx”MMC-nin nümayəndəsi Cavabdeh2 izahatında göstərdi ki, onun iş yerinin adı Cavabdeh1 Gəncə otelidir. Sonradan otelin idarəçiliyi dəyişilmişdır. Hazırda həmin otel “xxxx”MMC adı altında fəaliyyət göstərir. Cavabdeh3 əvvəllər oteldə çalışsa da hazırda o həmin oteldə işləmir. Bütün mühasibatlıq sənədləri oteldə saxlanılsa da Burcalı ilə bağlı aparılmış mühasibatlıq sənədləri oteldə saxlanılmamışdır. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş digər Cavabdeh3 məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlyü barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbinin hüquqi əsasları olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz öhdəlik hüququ çərçivəsində dəyərləndirilməlidir. Əvvəla məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, əvvəllər Ramada Gəncə oteli kimi fəaliyyət göstərən otelin təşkilati hüquqi forması dəyişdirilmiş və həmin otel hazırda “xxxx”MMC-nin nəzdində fəaliyyət göstərir. Həmin MMC-nin və digər Cavabdeh2 hüquqi ünvanı və qeydiyyatda olduğu ünvan Bakı şəhəri olsa da məhkəmə hesab edir ki, iddiaçı ərazi aidiyyəti üzrə iddianı Gəncə şəhər Nizami Rayon Məhkəməsinə verməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan qaimə fakturalardan görünür ki, həqiqətən də Cavabdeh1 Gəncə oteli ilə iddiaçı arasında malların alqı-satqısından irəli gələn hüquq münasibətləri yaranmış, malın ödənilməsi və pulların ödənilməsi də elə həmin oteldə icra edilmişdir. Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. İddia tələbi ilə bağlı məhkəmə onu qeyd edir ki, cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından da müəyyən edilir ki, Cavabdeh3 oteldə mühasib vəzifəsində işləmiş, sonralar o həmin yerdə əmək fəaliyyətini davam etdirməmişdir. İş materiallarında olan Qaimə-fakturalardan görünür ki, həqiqətən də iddiaçı ilə Ramada Otel arasında kənd təsərrüfatı mallarının alqı-satqısı həyata keçirilmişdir.Bununla bağlı cavabdehin nümayəndəsinə işdə mövcud olan qaimələrə aid maliyyə-mühasibatlıq sənədlərinin məhkəməyə təqdim edilməsi təklif edilsə də, o məhkəməyə ərizə ilə müraciət edərək oteldə həmin işə aid hər hansı sənədlərin olmadığını bildirmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi qeyd edilən fakturalarla malın cababdehə verilməsini sübut etməklə sübut etmə yükündən azad edilmiş, cavabdeh isə etirazının əsasının dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, o mühasibatlıq sənədlərini məhkəməyə təqdim etməyərək, alınana malların pulunun iddiaçıya ödənilməsini sübut etməmişdir. Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən mühasibat uçotu müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin, natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir. Həmin Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mənfəətlə, yaxud mənfəətsiz işləmək məqsədilə sahibkarlıq fəaliyyəti və ya başqa fəaliyyətlə məşğul olan, hüquqi şəxs sayılan, yaxud hüquqi şəxs sayılmayan, tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən bütün təsərrüfat subyektləri (müəssisələr, idarələr, təşkilatlar və başqaları bu Qanunda bundan sonra müəssisə adlandırılacaqdır) bu Qanuna uyğun mühasibat uçotu aparmağa borcludurlar. Qeyd edilən Qanunun 8-ci maddəsinə görə isə mühasibat uçotunun əsas məqsədi (vəzifəsi) aşağıdakılardır: maliyyə, bank, vergi orqanları, investorlar, mal satanlar, mal alanlar, kreditorlar, dövlət orqanları və digər marağı olan təşkilatlar və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həyata keçirmək, təqdim ediləcək maliyyə (mühasibat) hesabatlarının tərtibi üçün, həmçinin müəssisənin təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında zəruri olan məlumatları tam və düzgün formalaşdırmaq; əmək, material və maliyyə ehtiyatlarının təsdiq edilmiş normalara, normativlərə və smetalara Müvafiq olaraq istifadəsi, əmlakın mövcudluğu və hərəkəti, mülkiyyət hüququ və öhdəlikləri üzərində nəzarəti təmin etmək; maliyyə-təsərrüfat fəaliyyətindəki mənfi halların qarşısını vaxtında almaq, təsərrüfatdaxili ehtiyatları aşkara çıxarmaq və onları səfərbər etmək. Qeyd edilən Qanunun 10-cu maddəsinə görə isə müəssisənin mühasibat xidmətini onun müstəqil struktur bölməsi (idarəsi, şöbəsi) olan və bilavasitə müəssisənin rəhbərinə tabe olan mühasibat, mərkəzləşdirilmiş mühasibat, sərbəst mühasiblər, müqavilələr əsasında cəlb edilmiş mühasiblər həyata keçirir. Mühasibat işlərinə rəhbərlik həmin bölmənin (idarənin, şöbənin) rəhbəri və ya baş mühasib tərəfindən həyata keçirilir. Mühasibat xidməti üzrə müstəqil struktur bölməsi olmayan müəssisələrdə mühasibat xidmətinə aid olan işləri müqavilə əsasında ixtisaslaşdırılmış təşkilat, yaxud müvafiq mütəxəssis həyata keçirə bilər. Göründüyü kimi sübutları təqdim etmək iddiaçının hüququ, maliyyə sənədi qismində çıxış edən sübutları saxlamaq isə cavabdehin vəzifəsi olduğu halda məhkəməyə iddia tələbinin dəf edilməsinə yönələn hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.7-ci maddəsinə əsasən cəmiyyətin yaradılması ilə bağlı və onun dövlət qeydiyyatına alınmasına qədər yaranmış öhdəliklərinə görə cəmiyyətin təsisçiləri birgə məsuliyyət daşıyırlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İstinad edilən Məcəllənin 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529-cu maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1. maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Yuxarıda qeyd olunan normalara əsasən, işçinin vurduğu ziyana görə hüquqi şəxsin məsuliyyətini istisna edən müvafiq müqavilənin olub-olmaması həmin hüquqi şəxsin məsuliyyətini istisna etmir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 və Cavabdeh3 təmin edilməməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, “xxxx”MMC-nin Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş ziyanın ödənilməsi ilə bağlı iddia qaldırmaq hüququnun olması istisna edilmir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, 6420(altı min dörd yüz iyirmi)manat pul “xxxx”MMC-dən alınaraq iddiaçıya ödənilməli, iddia tələbi cavabdehlərə aid qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 6420 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. 6420(altı min dörd yüz iyirmi)manat pul və 30 manat məbləğində dövlət rüsumu “xxxx”MMC-dən alınaraq(tutularaq) İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-851/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-851/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver