Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-853/2021 22.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun etibarından sui-istifadə etməklə, borc aldığı 2000 manmat məbləğində pulun qaytarılmasına dair qətnamə, cavabdehin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə tövsif edilməklə Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərini rəhbər tutaraq istintaqa göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən onun etibarından suiistifadə etməklə, külli miqdarda borc pul almış, lakin qaytarmadığından o, xx.xx.2020-ci il tarixdə polisə müraciət müraciət etmişdir. Bundan başqa, cavabdeh onun adına kreditə telefon götürmüş və pulunu özü ödəməli idi.Lakin bu dəfə də cavabdeh yalan vəd verərək kreditin ödənilərində problemlər yaratmışdır. Cavabdehin ona 2000 manatdan artıq pul borcu yaranmış və cavabdeh borcu qaytarmağa etiraz etdiyindən o, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə müraciət etmiş, müstəntiq tərəfindən süründürməçiliklərə məruz qaldıqdan sonra xx.xx.2020-ci il tarixli, 318-69530-3220 saylı məktubla ona yayındırıcı cavab verilərək, ona bu barədə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Bu qanunsuzluğu müstəntiq Xəlil Əhmədov etməklə, cinayətkar olan Cavabdeh onun etibarından sui-istifadə etməklə 2000 manat məbləğində pulun mənimsəməsinə bəraət qazandırmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinə tövsif edilməli olduğu halda, cinayət məsuliyyətinə cəlb edilməsindən kənarda saxlamış, müstəntiq şəxsi maraqlarını qanunlardan üstün tutaraq, vəzifə səlahiyyətlərindən suiistifadə edərək, vəzifə səlahiyyətlərini aşmaqla qanunsuzluqlar etmişdir. Dəfələrlə cavabdehin pasport məlumatlarının verilməsini tələb etsə də, buna nail ola bilməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək iddia tələbini tam şəkildə mürafiə etdiyini və məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olamadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinin Polis Bölməsinin rəisi Emin Qurbanov tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 318-69530-3220 saylı məktubun surətindən görünür ki, İddiaçı müraciəti tərəflərindən araşdırılarkən heç bir cinayət və inzibati xəta tərkibi aşkar olunmamışdır. Bundan başqa Cavabdeh tərəfindən dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar olaraq eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət olunması bildirilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir iddia üzrə iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində qeyd etdiyi - cavabdehdən tələbi sübut etməlidir. İddiaçı tərəfindən isə tələblərii təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız özünün izahatı olmuşdur. Məhkəmə iclasında iddiaçının iddia tələbi üzrə cavabdehin iddiacıya olan pul tələbi öz təsdiqini tapmadı. Bundan başqa göstərilənlərlə yanaşı iddia ərizəsində cavabdehdən 2000 manat məbləğində pul məbləğinin tutulması tələbi qoyulsa da, həmin pul məbləğinin konkret nədə ifadə olunması, hansı sübutlarla təsdiq olunmasına dair hər hansı əsaslandırma əksini tapmamışdır. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-853/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-853/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver