Məhkəmə qərarları › İş №2(044)-855/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-855/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-855/2021 20.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı-İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AR Dövlət Neft şirkəti “Cavabdeh1” İstehsalat birliyinə və Gəncə şəhəri X10 İdarəsinə qarşı “qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh AR Dövlət Neft şirkəti “Cavabdeh1” İstehsalat birliyinə və Gəncə şəhəri X10 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, ******* №-li aktın ləğv edilməsinə və onun əsasında hesablanmış 12384 kub metrə görə məbləğin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində Gəncə şəhəri, N.Nərimanov küçəsi, 299 nömrəli fərdi yaşayış evi vardır. Onun iştirakı olmadan xx xxxxxxx 2020-ci il tarixdə Gəncə RQİİ-nin əməkdaşları tərəfindən ******* nömrəli akt yazılmışdır. xx.xx.2020cii il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilmişdir ki, istehlakçı Namazovaya məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Hazırda evin mülkiyyətçisi Namazova deyil. Belə ki, o həmin evi 2011-ci ildə Namazova Mahruxdan almışdır.Mahrux vəfat etmişdir. Məhkəmə araşdırılması zamanı aşağıda sadalanan sənədlərə istinad edilmişdir: Belə ki, iş materiallarında olan Gəncə şəhəri X10 İdarəsi tərəfindən tərtib olunmuş ******* saylı aktın surətindən görünür ki, sayğacdan kənar əlavə xətt aşkar olunmuşdur; xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 1284 kub/metr qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriya ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, N.Nərimanov prospekti, 297-299 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur; Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İ 727977 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə Gəncə şəhərində vəfat etmişdir; Kirovabad qəsəbə soveti tərəfindən verilmiş xx.xx.1954-cü il tarixli, 222969 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1954-cü il tarixdə Kirovabadda doğulmşdur. X1 ilə X4r. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, o həmin evi 2011-ci ildə Mahrux adlı xanımdan almış, o evi alarkən evində olan qaz xəttinə hər hansı müdaxilə etməmişdir. Ola bilsin ki, həmin xətt kənar xəttdir. Ancaq o evdəki xəttlərin hansının kənar, hansının isə qanuni olmasını bilə bilməzdi. Belə ki, həmin xətt evin damından içəri daxil olur. O isə evin damına ümumiyyətlə çıxmamışdır. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, şahidin ifadəsini iş üzrə tədqiq olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafıəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafıəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayəcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bu maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı- satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən müvafıq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin 1-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafıq tədbirləri görməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 1 mülkiyyət hüququ ilə iddiaçıya məxsus olsa da, həmin mənzilin qazla təchiz edilməsinə dair müqavilə evin əvvəlki sahibi olmuş Namazova soyadlı şəxslə bağlanmışdır.xx xxxxxxx 2020-ci ildə həmin mənzilə Cavabdeh1 ASC-nin əməkdaşları tərəfindən baxış keçirilərkən sayğacdan kənar əlavə xətt müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında göstərmişdir ki, o həmin evi 2011ci ildə Mahrux adlı xanımdan almış, o evi alarkən evində olan qaz xəttinə hər hansı müdaxilə etməmişdir. Ola bilsin ki, həmin xətt kənar xəttdir. Ancaq o evdəki xəttlərin hansının kənar, hansının isə qanuni olmasını bilə bilməzdi. Belə ki, həmin xətt evin damından içəri daxil olur. O isə evin damına ümumiyyətlə çıxmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində göstərdi ki, o ünvan 1 ünvanında anası ilə birlikdə qalmışdı. Anası Mahruq 2016-cı ildə vəfat etmişdir. Anasının sağlığında,2011-ci ildə həmin ev Hikmətə satılmışdır. O da həmin evdə həmin vaxta qədər anası ilə qalırdı. Həmin vaxtlar həmin ərazidə qazın təzyiqi aşağı olduğundan demək olar ki, onlar qazdan normal istifadə edə bilmirdilər.Həmin ərazidə yaşayan şəxslər birlikdə qərara gəlmişlər ki, əlavə xətt çəkərək qaza olan təlabatlarını ödəyə bilsinlər. Sonradan həmin ev satılmış, xətt çəkiləndən ev satılan vaxta qədər qaz idarəsinin əməkdaşları tərəfindən onlara hər hansı irad bildirilməmişdir. Evin yeni sahibi olan Hikmətin isə evin qazla olan təchizatının qeyri-qanuni xətt vasitəsilə təmin edildiyindən xəbəri olmamışdır. Beləliklə məhkəmə iddiaçının izahatına şahidin ifadəsi ilə qarşılıqlı şəkildə hüquqi qiymət verərək onu qeyd edir ki, iş üzrə iddiaçının təqsirli hərəkətləri nəticəsində həmin hallar baş verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İşin araşdırılmış hallarından müəyyən olur ki, mənzil sahibi mənzilinə daxil olan qaz xətinin qanuni və yaxud qeyri-qanuni olmasını bilə bilməzdi. Mülki dövriyyəyə yeni girən mülkiyyətçi hər bir halda qaz xəttinin çəkilişinin qanuniliyi prezumpsiyasına güvənir. Beləliklə məhkəmə araşdırılması zamanı yaranmış borc məbləğinin iddiaçının təqsirli, hüquqa ziddi hərəkətləri nəticəsində yaranması müəyyən edilməmişdir. Buna baxmayaraq məhkəmə onu da qeyd edir ki, cavabdehlərin təqsirli şəxsdləri müəyyən edərək onlara qarşı dəymiş ziyanla bağlı iddia qaldırmaq hüquqlarınln olması istisna edilmir. Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı hesabından 12384 m3 qaza görə hesablanmış pul vəsaiti,1238 manat silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar