Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-887/2021 15.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, iddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin, Cavabdeh iddiaçı “İddiaçı” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “İddiaçı” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona vurulmuş 1666.80 manat məbləğində zərərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 1696.80 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutlaraq onun Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsi və cavabdeh İddiaçı İB tərəfindən ona əsassız hesablanmış 1666,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ilkin iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı rədd etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində AKX-00236xx/xx-2018 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********07370 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1602AZ**********21 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və X1 tələblərinə əməl etmək) və X1 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rısmləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən Təbii X1 pozulması haqqında müqvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 399.60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasnda 295.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 129.60 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020-ci il tarixli 285432 saylı akt əsasında 252 manat cəmi 1666.80 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən iddiaçı Azəriqqz İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 1666.80 manat təşkil etməkdədir. Sonda iddiaçı ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh qarşılıqlı iddianı müdafiə, ilkin iddianı rədd etdiyini bildirərək izahatında göstərmişdir ki, ona məxsus Abşeron rayonu Höküməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində 6 dəfə baxış keçirilmiş və istehlakçı olaraq onun tərəfindən qaz sayğacından kənar qaz xəttinə qoşulma faktı müəyyən edilmiş və baxış hərəkətlərinin nəticəsi akt tərtib edilərək rəsmləşdirilmişdir. O, guya ki, həmin baxış zamanı iştirak etmişdir, lakin aktlara imza etməkdən imtina etmişdir. Nəticədə tərəfindən iddiaçıya qanunsuz təbii qaz istehlakına görə 1666,80 manat maddi ziyan vurulması müəyyən edilmişdir. İddiaçı İB-nin iddiası tamamən əsassız olmaqla böhtandan ibarətdir. Belə ki, qeyd olunan həmin fərdi yaşayış evində uzun müddət aktlarda da göstərilən tarixlər ərzində faktiki olaraq yaşayış olmamışdır. O, Gəncə şəhərində yaşayır və burada işləyir, buna görə də daimi olaraq Gəncə şəhərində olmuşdur. Həmin mənzildə isə yalnız 2-3 gün olmaqla mənzilin gözətçisi baş çəkərək orada gecələmişdir. İstifadə edilmiş az həcmdə təbii qazın dəyəri isə kart vasitəsilə mütamadi olaraq ödənilmişdir. O, ümumiyyətlə aktlarda qeyd olunan tarixlərdə Bakı şəhərində olmamışdır və cavabdeh orqanın heç bir əməkdaşını görməmişdir. Bu barədə o, yalnız məhkəmədən bildiriş gəldikdən sonra bilmişdir. Cavabdeh orqanın əməkdaşları isə saxta tərtib edilmiş əsassız aktlara guya ki, onun iştirak etdiyini, ancaq imza etməkdən imtina etdiyini qeyd etmişdir. Bu qədər saxtakarlıq həqiqətən də onda böyük təəccüb hissi doğurur. Əgər həqiqətəndə cavabdeh orqan xx.xx.2019-cu il tarixdə onun qaz xəttinə kənar qanunsuz qoşulmağı faktını qeydə almışdırsa, nə üçün bu barədə vaxtında qanuni tədbirlər görməmiş, təbii qazın verilməsini dayandırmamış, heç olmazsa ilk dəfə aşkar olunanda həmin guya ki, mövcud qanunsuz kənar xəttin ayrılmasını təmin etməmiş və s. tədbirlər həyata keçirməmişdir. Həm də bu hal guya ki, dəfələrlə müəyyən edilmişdir. Bütün bunlar onu göstərir ki, cavabdehin ona hesablanmış olduğu borc tamamilə əsassız və qanunsuzdur. Göründüyü kimi cavabdeh İddiaçı İB-nin əməkdaşları ona xeyli miqdarda əsassız borc hesablamış bununla da əslində onlar ona maddi ziyan vurmaqla hüquqlarını pozmuşdur. Ümumiyyətlə iddiaçının mübahisə etdiyi və şəkillərini çəkdiyi qaz xəttinin borusu onun hasarının yanından keçmir, həmçinin həmin borudan onun həyətinə hər hansı xəttin daxil olduğunu sübut edən sənədlər təqdim edilməmişdir. Sonda o, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan: - xx.xx.2018-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qarğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsindən görünür ki, Paylayıcı (“İddiaçı” İB) bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını (Cavabdeh) keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. - abonentin saldosunun surətindən görünür ki, abonent Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsindəki ünvanda 2019-cu ilin yanvar ayından iyun ayına qədər 970 manat borcu yaranmışdır. - xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 90 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləği ödənilməsi qeyd edilmişdir. (1.2x6x90=648m3 1.5x8x90=1080m3 1.4x18x90=2268m3) - xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 / saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləği ödənilməsi qeyd edilmişdir. (1.2x24x30=864m3 1.5x24x30=1080m3 1.4x24x30=1008m3) - xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii X1 pozulması haqqında” aktda qeyd olunmuşdur ki, İddiaçı nümayəndələri Qasımov Zaur, Mahmudov Məhəbbətin iştirakı ilə istehlakçı Cavabdeh imzalamaqdan imtina etmiş istehlakçıya məxsus yaşayış sahəsində xx.xx.2019-cu il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. - xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii X1 pozulması haqqında” aktda qeyd olunmuşdur ki, İddiaçı nümayəndələri Qasımov Zaur, Mahmudov Məhəbbətin iştirakı ilə istehlakçı Cavabdeh imzalamaqdan imtina etmiş istehlakçıya məxsus yaşayış sahəsində xx.xx.2019-cu il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. - xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 / saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləği ödənilməsi qeyd edilmişdir. (1.2x24x30=864m3 1.5x24x30=1080m3 1.4x24x30=1008m3) - xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Təbii X1 pozulması haqqında” aktda qeyd olunmuşdur ki, İddiaçı nümayəndələri Qasımov Zaur, Mahmudov Məhəbbətin iştirakı ilə istehlakçı Cavabdeh imzalamaqdan imtina etmiş istehlakçıya məxsus yaşayış sahəsində xx.xx.2020-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. - xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 0.3 m3 saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 / saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləği ödənilməsi qeyd edilmişdir. (0.3x24x30=216m3 1.5x24x30=1080m3) - xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Təbii X1 pozulması haqqında” aktda qeyd olunmuşdur ki, İddiaçı nümayəndələri Qasımov Zaur, Mahmudov Məhəbbətin iştirakı ilə istehlakçı Cavabdeh imzalamaqdan imtina etmiş istehlakçıya məxsus yaşayış sahəsində xx.xx.2020-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz 1.2 m3 saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 / saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləği ödənilməsi qeyd edilmişdir. (1.2x24x30=864m3 1.5x24x30=1080m3 1.4x24x30=1008m3) - xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Təbii X1 pozulması haqqında” aktda qeyd olunmuşdur ki, İddiaçı nümayəndələri Qasımov Zaur, Mahmudov Məhəbbətin iştirakı ilə istehlakçı Cavabdeh imzalamaqdan imtina etmiş istehlakçıya məxsus yaşayış sahəsində xx.xx.2020-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz 1.2 m3 saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 / saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3 saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləği ödənilməsi qeyd edilmişdir. (1.2x24x30=864m3 1.5x24x30=1080m3 0.8x24x30=576m3) - xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Təbii X1 pozulması haqqında” aktda qeyd olunmuşdur ki, İddiaçı nümayəndələri Qasımov Zaur, Mahmudov Məhəbbətin iştirakı ilə istehlakçı Cavabdeh imzalamaqdan imtina etmiş istehlakçıya məxsus yaşayış sahəsində xx.xx.2020-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Çünki iddiaçı cavabdehin qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı taladığını bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillərdə olan borunun cavabdehin hasarının yanından keçməsi, həmin boruda hər hansı kənar xəttin olması və həmin borudan cavabdehin ünvanına kənar xəttin daxil olması öz əksini tapmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, İddiaçı İB tərəfindən tutarlı əsas gətirilmədən əsassız 1666,80 manat borc hesablanmışdır. İddiaçı Azəiqaz İB tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə ilkin iddia tələbini əsassız hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa cavabdeh tərəfindən qaz xəttinə sayğacdan kənar qoşulma faktı təsdiq olunmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsaslıdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, ilkin iddia tələbini əsassız, qarşılıqlı iddia tələbini isə əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “İddiaçı” İstehsalat Birliyi tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edilmədiyindən, onun tərəfindən hesablanmış 1666.80 manat borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin iddiası rədd edilsin. Cavabdeh iddiaçı “İddiaçı” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. İddiaçı “İddiaçı” İstehsalat Birliyi tərəfindən Cavabdeh hesablanmış 1666 (min altı yüz altmış altı) manat 80 (səksən) qəpik məbləğində borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-887/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-887/2021
15.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver