Məhkəmə qərarları › İş №2(044)-889/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-889/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-889/2021 12.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehnə 2019/2020-ci tədris ili üçün ödədiyi 1000 manat təhsil haqqının və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, o, Cavabdeh Tərcüməçi ixtisasını bitirmişdir. O, 2019/2020-ci tədris ilinin əvvəlində 4-cü kursda olarkən 2000 manat illik təhsil haqqının 1000 manatını universitetə ödəmişdir. 2020-ci ilin əvvəlində ona məlum olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamı ilə İ və İİ qrup əlilliyi olan şəxslər təhsil haqqı ödəməkdən azad edilmişdir. Bundan sonra o, universitetə müraciət edərək 2018-ci ildən İİ qrup əlil olmağı barədə sənədləri təqdim etmiş və rektorluğun xx.xx.2020-ci il tarixli, 4/56 saylı əmri ilə az semestrindən təhsil haqqı ödəməkdən azad edilmişdir. Bundan sonra o, cavabdehə müraciət edərək payız semestrində ödədiyi 1000 manatın geri qaytarılmasını xahiş etmiş, cavabdeh tərəfindən onun müraciətinə cavab olaraq ünvanlanmış xx.xx.2020ci il tarixli məktubda vaxtında sənədləri təqdim etmiş olsa idi, təhsil haqqını ödəməkdən azad olunacağı, ödədiyi 1000 manat təhsil aldığı müddətə aid olduğuna görə geri qaytarılmasının qanuna zidd olduğu qeyd edilmişdir. O, bununla razılaşmadığı üçün məhkəməyə müraciət etmişdir. İddiaçı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı İİ qrup əlilliyi ilə bağlı sənədləri vaxtında təqdim etmədiyi üçün 2019-cu ilin payız semestrində ödədiyi 1000 manatı universitet geri qaytara bilməmişdir. Çünki 2019-cu il üçün Təhsil Nazirliyi tərəfindən universitetə ayrılmış vəsait ilin sonunda bağlanmış və universitetin büdcəsində əlavə pul olmamışdır. Həmçinin Təhsil Nazirliyi tərəfindən belə məqsədlər üçün pul ayrılmamışdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - xx.xx.2018-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cu il tarixədək İİ qrup əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiəsi X7 Şəxsin Gəncə şəhəri Kəpəz rayon filialının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı həmin filialdan Sosial X2 məlumata əsasən İİ qrup ümumi əlilliyə görə xx.xx.2021-ci il tarixədək 130 manat məbləğində sosial müavinət təyin olunmuşdur. - Cavabdeh xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Cavabdehndə Xarici dillər fakültəsinin tərcümə (ingilis dili) ixtisasının tam kursunu bitirmişdir. 2019/2020ci tədris ilinin 2-ci yarım illiyindən təhsil haqqından azad olunmuşdur. - Cavabdehndə ödənişli əsaslarla ali təhsilli mütəxəsislərin hazırlanması haqqında xx.xx.2016-cı il tarixli, 015 nömrəli müqavilədən görünür ki, Təhsil alan (X3) Təhsil müəssisəsində (Cavabdeh) Tərcümə (ingilis dili) ixtisası üzrə ödənişli əsaslarla ali təhsil alır. Tədris ilinin illik təhsil haqqı 2000 manat təşkil edir. Təhsil alan birinci tədris ili üçün həmin təhsil haqqını Təhsil müəssisəsində qeydiyyatdan keçərkən tam ödəməlidir. Sonrakı tədris illəri üçün sentyabr ayının sonuna qədər 50%, dekabr ayının 20-nə qədər qalan təhsil haqqının 50%-i ödəməlidir. - Cavabdeh xx.xx.2020-ci il tarixli 4/56 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı 2019/2020-ci tədris ilinin yaz semestrindən etibarən təhsil haqqını ödəməkdən azad edilmişdir. - Cavabdeh İddiaçı müraciətinə xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı vaxtında sənədlərini təqdim etsə idi təhsil haqqını ödəməkdən azad edilərdi, 2019/2020-ci tədris ilinin payız semestrinə aid 1000 manat təhsil haqqı təhsil aldığı müddətə aid olduğuna görə həmin vəsaitin geri qayarılması qanuna ziddir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Çünki “İ və İİ dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan İ və İİ dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qərara alınmışdır. İşin faktiki hallarından göründüyü kimi İddiaçı İİ dərəcə əlil olduğu halda Cavabdehnə 2019/2020-ci tədris ilinə görə 2000 manat təhsil haqqının yarısını, yəni 1000 manatını tədris ilinin əvvəlində ödəmiş, 2020-ci ilin əvvəlində İİ dərəcə əlilliyə görə təhsil haqqı ödəməli olmadığını öyrəndikdən sonra ödədiyi 1000 manatı geri tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Halbuki Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən cavabdeh sonradan aradan qalxmış müqavilə əsasına görə iddiaçının hesabına əsassız varlanmışdır. Belə olan halda Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən cavabdeh əldə etdiyi 1000 manat pulu iddiaçının tələbi ilə ona geri qaytarmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinin 1-ci cümləsində qeyd edilmişdir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 1000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 1000 (bir min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar