Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-895/2021 09.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan Qapalı Səhmar Cəmiyyəti X2 Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borc, hesablanmış faizlər, dəbbə pulu tələbinə dair iddia ərizəsinə məhkəmənin inzaibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC Bank Standart KB-nin (ləğv prosesində) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 1xx/xx/5905/14/1 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1688.87 manat məbləğində əsas borc, 409.24 manat məbləğində cərimə borcu, 246.29 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 2344.40 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Çünki məhkəmə araşdırması zamanı Elektron Məhkəmə Sistemindən çıxarışa əsasən müəyyən edilmişdir ki, Cavabdeh Gəncə şəhəri, 922 saylı Hərbi hissədə deyil, ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. - 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. - 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi mülki işin ərazi adiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin qeydiyyatda olduğu ünvan Bakı şəhəri Yasamal rayonuna aid olduğundan hazırkı mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 31, 32, 44, 45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmar Cəmiyyəti X2 Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borc, hesablanmış faizlər, dəbbə pulu tələbinə dair 2(044)-895/2021 saylı mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-895/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-895/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver