Məhkəmə qərarları › İş №2(044)-9/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-9/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-9/2020 30.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı ləğv prosesində olan «xxxxxx» ASC-nin ləğvedici X1 cavabdehlər “xxxxxxxxxxxxxx” MMC-nə, Cavabdeh1 və X4 qarşı «kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan «xxxxxx» ASC-nin ləğvedici X3 cavabdehlər “xxxxxxxxxxxxxx” MMC-nə, Cavabdeh1 və X4 qarşı «kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və “xxxxxxxxxxxxxx” MMC-dən müştərək qaydada xx.xx.2013-cü il tarixli 109.LN.2105.010413.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə əsas borc üzrə 239803 ABŞ dolları, faiz borcu üzrə 27696.73 ABŞ dolları, artırılmış faiz (cərimə) 9590.72 ABŞ dolları, vurulmuş zərər (müqavilə müddəti bitən tarixdən sonra hesablanmış faiz) 9590.72 ABŞ dolları, cəmi 286681.17 ABŞ dolları, qarantiyanın təqdim edilməsi üzrə GF/33 saylı xx xxxx 2015-ci il tarixli müqavilə üzrə xx xxxx 2016-cı il tarixə əsas borc üzrə 173199.40 manat, faiz borcu üzrə 4948.75 manat, cəmi 178148.15 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxxx 2016-cı il tarixə 180000 ABŞ dolları, faiz borcu 17545.52 ABŞ dolları, cəmi 197545.52 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumu, sənədlərin notarial qaydada təsdiqi üçün 14 manat məbləğində pulun tutulması,tutmanın ipoteka qoyulmuş Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 30 saylı ünvanda yerləşən binanın 1-ci mərtəbəsində 124.8 kv.m ümumi, 103.3 kv.m əsas, 21.5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə, Cavabdeh1 məxsus Gəncə şəhəri. Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanda yerləşən binanın 1-ci girişinin zirzəmisində 73.8 kv.m ümumi, 8.1 kv.m əsas, 65.7 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə, X4 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanda yerləşən binada 46 kv.m ümumi, 19.1 kv.m əsas, 26.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsi, İpoteka qoyulmuş əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin Cavabdeh1 və “xxxxxxxxxxxxxx” MMC-nin banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş vəsait börcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin ümumi qaydada tutulması, ipoteka qoyulmuş əmlaklara tutma yönəldikdə və satıldıqda, onların boşaldılıb iddiaçı «xxxxxx» ASC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 36 ay müddətinə 240000 ABŞ dolları məbləğində kredit verimiş və kreditin təmini kimi cavabdeh “xxxxxxxxxxxxxx” MMC-ilə iddiaçı arasında xx.xx.2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanmış, həmin kredit müqvailəsinə xx.xx.2015-ci il tarixli 1 saylı əlavə razılığa, həmçinin Cavabdeh1 ilə bağlanmış xx xxxx 2015-ci il tarixli 109.CL.010413.00001/h saylı və 109.CL.010413.00001/i saylı ipoteka müqavilələri və X6 ilə bağlanmış xx xxxx 2015-ci il tarixli 109.CL.010413.00001/j saylı ipoteka müqaviləsinə əsasən, ipoteka qoyanlara məxsus: -1) Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 30 ünvanda yerləşən binanın 1-ci mərtəbəsində 124.8 kv.m ümumi, 103.3 kv.m əsas, 21.5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi, 2) Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanda yerləşən binanın 1-ci girişinin zirzəmisində 73.8 kv.m ümumi, 8.1 kv.m əsas, 65.7 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi, 3) Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanında yerləşən binada 46 kv.m ümumi, 19.1 kv. əsas, 26.9 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsi ipoteka qoyulmuşdur. Bundan başqa, «xxxxxx» ASC ilə “xxxxxxxxxxxxxx” MMC arasında bağlanmış qarantiyanın təqdim edilməsi üzrə GF/033 saylı xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, “xxxxxxxxxxxxxx” MMC-yə xx.xx.2016-cı il tarixədək illik 2.5 faizlə 300000 manat məbləğində qarantiya təqdim edilmişdir. Müqavilənin təminatı olaraq Cavabdeh1 ilə Z-GF/033 saylı xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa “xxxxxx” ASC ilə “xxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxxxxxxxxxx” MMC-yə illik 18 faizlə xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə 180000 ABŞ dolları məbləğində kredit verilmiş və kredit mqaviləsinin təminatı kimi Cavabdeh1 ilə bank arasında xx.xx.2015-ci il tarixli 109.CL.170915.00001/a saylı zaminlik müqaviləsi bağlanmış, xx.xx.2015-ci il tarixli 109.CL.010413.00001/h, 109.CL.010413.00001/i və 109.CL.010413.00001/j saylı ipoteka müqavilələrinə 23.09. 2015-ci il tarixli Əlavələrə əsasən, yuxarıda adları çəkilən əmlaklar ipoteka qoyulmuşdur. Cavabdehlər tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırmışdır. İddiaçının nümayəndəsi X10 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər “xxxxxxxxxxxxxx” MMC-i, Cavabdeh1 və X6 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2013-cü il tarixli 109.LN.2105.010413.00001 saylı kredit müqaviləsinin surətindən görünür ki, “xxxxxx” ASC tərəfrindən Cavabdeh1 illik 18 faiz ödəmək şərti ilə 240000 ABŞ dolları məbləğində kredit ayrılması barədə “xxxxxx” ASC ilə Cavabdeh1 arasında borc müqaviləsi, “xxxxxx” ASC ilə “xxxxxxxxxxxxxx” MMC arasında girov müqaviləsi bağlanmışdır. 109.LN.2105.010413.00001 saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 1 saylı əlavə razılıqdan görünür ki, “xxxxxx” ASC ilə “xxxxxxxxxxxxxx” MMC arasında, Cavabdeh1 arasında və X6 arasında razılıq imzalanmışdır. xx.xx.2013-cü il tarixli 109.CL.010413.00001/b saylı zaminlik müqaviləsinin surətindən görünür ki, “xxxxxx” ASC tərəfrindən Cavabdeh1 verilmiş kreditin təmini kimi bank ilə “xxxxxxxxxxxxxx” MMC arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli və xx.xx.2016-ci il tarixli ərizələrdən görünür ki, “xxxxxx” ASC-ti tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Ərazi İdarəsindən ipoteka predmetlərinin qeydiyyata alınması xahiş olunmuşdur. xx.xx.2015-ci il tarixli qarantiyanın təqdim edilməsi üzrə GF/033 saylı müqavilədən görünür ki, Bank Prinsipialın xahişi ilə, müqavilə imzalanması üçün, gələcəkdə mətn üzrə Benefisiar adlandırılacaq ”xxxxxxxxxxxxxxxxxxxxx” MMC xeyrinə 300000 (üç yüz min) manat məbləğində ğödəməyə bir başa xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək qarantiya təqdim etmiş və qarantiya “xxxxxx” ASC-nin Gəncə filialı ilə “xxxxxxxxxxxxxx” MMC arasında imzalanmışdır. xx.xx.2015-ci il tarixli Z-GF/033 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, “xxxxxx” ASC ilə Cavabdeh1 şəxsində “xxxxxxxxxxxxxx” MMC (Prinsipial) arasında xx.xx.2015-ci il tarixli GF/033 saylı Qarantiyanın təqdim edilməsi müqaviləyə əsasən zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli 109.CL.010413.00001/j saylı ipoteka müqaviləsinin surətindən görünür ki, “xxxxxx” ASC ilə X6 və “xxxxxxxxxxxxxx” MMC arasında ipoteka müqaviləsi bağlanmış və X4 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospektində istifadəsində olan 0.1495 ha torpaq sahəsində yerləşən 90 nömrəli ünvanında yerləşən 46 kv.m ümumi, 19.1 kv. əsas, 26.9 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi ipoteka qoyulmuşdur. xx.xx.2015-ci il tarixli 109.CL.010413.00001/h saylı ipoteka müqaviləsinin surətindən görünür ki, “xxxxxx” ASC ilə Cavabdeh1 və “xxxxxxxxxxxxxx” MMC arasında ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində istifadəsində olan 0.0468 ha torpaq sahəsində yerləşən 30 saylı binanın 1-ci mərtəbəsində 124.8 kv.m ümumi, 103.3 kv.m əsas, 21.5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi (77 saylı sənaye mallar mağazası) ipoteka qoyulmuşdur. xx.xx.2015-ci il tarixli 109.CL.010413.00001/i saylı ipoteka müqaviləsinin surətindən görünür ki, “xxxxxx” ASC ilə Cavabdeh1 və “xxxxxxxxxxxxxx” MMC arasında ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospektində istifadədə olan 0.1495 ha torpaq sahəsində yerləşən 90 saylı ünvanda yerləşən binanın 1-ci girişinin zirzəmisində 73.8 kv.m ümumi, 8.1 kv.m əsas, 65.7 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. xx.xx.2015-ci il tarixli 109.LN.2005.170915.00001 saylı kredit müqailəsinin surətindən görünür ki, “xxxxxx” ASC tərəfindən Cavabdeh1 şəxsində “xxxxxxxxxxxxxx” MMC-nə 180000 ABŞ dolları məbləğində kredit xətti ayrılmış, “xxxxxx” ASC-ilə borcalan “xxxxxxxxxxxxxx” MMC arasında borc müqaviləsi, “xxxxxx” ASC-ilə Cavabdeh1 və X6 arasında ipoteka müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əlavənin surətindən görünür ki, “xxxxxx” ASC-ti ilə Cavabdeh1 və X6 arasında ipoteka müqaviləsinə əlavə imzalanmış X4 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospektində istifadəsində olan 0.1495 ha torpaq sahəsində yerləşən 90 nömrəli ünvanında yerləşən 46 kv.m ümumi, 19.1 kv. əsas, 26.9 kv.m köməkçi sahədən ibarət mərtəbəli qeyri-yaşayış sahəsinə dair tərəflər arasında əlavə ipoteka müqaviləsi bağlanmışdır xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əlavənin surətindən görünür ki, “xxxxxx” ASC-ti ilə Cavabdeh1 və X6 arasında ipoteka müqaviləsinə əlavə imzalanmış, Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospektində istifadədə olan 0.1495 ha torpaq sahəsində 90 nömrəli evdə yerləşən ümumi sahəsi 73.8 kv.m, o cümlədən 8.1 kv.m əsas, 65.7 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair əlavə ipoteka müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əlavənin surətindən görünür ki, “xxxxxx” ASC-ti ilə Cavabdeh1 və X6 arasında ipoteka müqaviləsinə əlavə imzalanmış, Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində istifadəsində olan 0.0468 ha torpaq sahəsində yerləşən 30 saylı binanın, -ci mərtəbəsində 124.8 kv.m ümumi, 103.3 kv.m əsas, 21.5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair (77 saylı sənaye mallar mağazası) əlavə ipoteka müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli 109.CL.170915.00001/a saylı zaminlik müqaviləsinin surətindən görünür ki, “xxxxxx” ASC-ti ilə “xxxxxxxxxxxxxx” MMC arasında bağlanmış kredit müqaviləsinin təmini kimi, bank ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, bina 30-da yerləşən qeyri-yaşayış sahəsi (77 saylı sənaye malları mağazası) “xxxxxx” ASC-nin hesabına ipoteka ilə yüklü edilmişdir. xx.xx.2015-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev pr., 90 saylı binada yerləşən Qeyri-yaşayış sahəsi (zirzəmi) “xxxxxx” ASC-nin hesabına ipoteka ilə yüklü edilmişdir. xx.xx.2015-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, X4 məxsus Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev pr., 90 saylı binada yerləşən Qeyri yaşayış sahəsi (mağaza) “xxxxxx” ASC-nin hesabına ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli 2299 saylı rəyindən görünür ki, xx.xx.2013-cü il tarixli 109.LN.2105.010413.00001 saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2013-cü il tarixli, 109.LN.2105.010413.00001 saylı kredit müqaviləsinin surətini əsas götürməklə Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixədək hesabdan çıxarışa əsasən (sualda göstərilən tarixədək) banka olan borcu 274099.69 ABŞ dolları məbləğində müəyyən olunur. xx.xx.2016-cı il tarixə - əsas borc üzrə 223783.48 ABŞ dolları, faiz borcu üzrə 50616.21 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 109.LN.2005.170915.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2015-ci il tarixli 109.LN.2005.170915.00001 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixədək maliyyə arayışına əsasən (sualda göstərilən tarixədək) banka olan borcu 213030 ABŞ dolları məbləğində müəyyən olunur. xx.xx.2016cı il tarixə 2016-cı il tarixə əsas borc üzrə 180000.00 ABŞ dolları, faiz borcu üzrə 33030.00 ABŞ dolları, İş materiallarında olan Cavabdeh1 ilə “xxxxxx” ASC-nin arasında bağlanmnış 109.LN.2105.010413.00001 saylı və 109.LN.2005.170915.00001 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında, maliyyə arayışında bank cərimə hesablanmamışdır. Buna görə də hazırkı təqdimatla Cavabdeh1 cərimə hesablanmır. xx.xx.2015-ci il tarixində GF/033 saylı Qarantiya müqaviləsi üzrə “xxxxxxxxxxxxxx” MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı və xx.xx.2015-ci il tarixdə GF/033 saylı Qarantiya müqaviləsinin şərtlərini əsas götürməklə “xxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2016-cı il tarixədək maliyyə arayışına əsasən (sualda göstərilən tarixədək) banka olan borcu 178148.15 manat məbləğində müəyyən olunur. xx.xx.2016-cı il tarixə əsas borc üzrə 173199.40 manat, faiz borcu üzrə 4948.75 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 26572 saylı rəyindən görünür ki, xx.xx.2013-cü il tarixli 109.LN.2105.010413.00001 saylı kredit müqaviləsi üzrə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2013-cü il tarixli 109.LN.2105.010413.00001 saylı kredit müqaviləsinin surətini əsas götürülməklə Cavabdeh1 xx xxxxx 2016-cı il tarixədək (müqavilə müddətinin qüvvədə olduğu tarixədək) banka olan borcu 249184.08 ABŞ dolları məbləğində müəyyən olunur. xx.xx.2016-cı il tarixə - əsas borc üzrə 223783.48 ABŞ dolları, faiz borcu üzrə 25700.60 ABŞ dolları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3. 399.4, 445 və 449 maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdkdə, habelə kreditor digər əsaslardan çıxış edərək, daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilən vaxt illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda Cavabdeh1, xx.xx.2013-cü il tarixli 109.LN.2105.010413.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə “xxxxxx” ASC-yə olan borcu 256403.06 ABŞ dolları məbləğində müəyyən olunur. xx.xx.2016-cı il tarixə-əsas borc üzrə 223783.48 ABŞ dolları, faiz borcu üzrə 32619.58 ABŞ dolları xx.xx.2015-ci il tarixli 109.LN.2005.170915.00001 saylı kredit müqaviləsi üzrəı Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2015-ci il tarixli 109.LN.2005.170915.00001 saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə Cavabdeh1 xx.xx.2016-cı il tarixədək maliyyə arayışına əsasən (sualda göstərilən tarixədək) banka olan borcu 213030.00 ABŞ dolları məbləğində müəyyən olunur. xx.xx.2016-cı il tarixinə əsas borc üzrə 180000.00 ABŞ dolları, faiz borcu üzrə 33030.00 ABŞ dolları, iş materiallarında olan Cavabdeh1 ilə “xxxxxx” ASC-nin arasında bağlanmış xx.xx.2015-ci il traixli, 109.LN.2005.170915.00001 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında, maliyyə arayışında bank cərimə hesablamamışdır. xx.xx.2015-ci il tarixində CF/033 saylı Qarantiya müqaviləsi üzrə, “xxxxxxxxxxxxxx” MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı və xx.xx.2015-ci il tarixində GF/033 saylı Qarantiya müqaviləsinin şərtlərini əsas götürülməklə “xxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2016-cı il tarixədək maliyyə arayışına əsasən (sualda göstərilən tarixədək) banka olan borcu 178148.15 manat məbləğində müəyyən olunur.xx.xx.2016-cı il tarixə əsas borc üzrə 1731999.40 manat, faiz borcu üzrə 4948.75 manat, xx.xx.2018-ci il tarixli 4292 saylı maliyyə arayışından görünür ki, “xxxxxxxxxxxxxx” MMC-nin “xxxxxx” ASC-nə xx.xx.2016cı il tarixindən xx.xx.2018-ci il tarixinə olan əsas borc üzrə 180000.00 ABŞ dolları, faiz borcu üzrə 22850.00 ABŞ dolları, cəmi 202950 ABŞ dolları məbləğində borcu vardır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli OXM 275M saylı rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 30 ünvanda yerləşən binanın 1-ci mərtəbəsində 124.8 kv.m ümumi, 103.3 kv.m əsas, 21.5 kvm köməkçi sahədənm ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 125000 (yüz iyirmi beş min) manat müəyyən edilmişdir. Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanda yerləşən binada 46 kv.m ümumi, 19.1 kv.m əsas, 26.9 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 92000 (doxsan iki min) manat müəyyən edilmişdir. Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanda yerləşən binanın girişinin zirzəmisində 73.8 kv.m ümumi, 8.1 kv.m əsas, 65.7 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 33000 (otuz üç min) manat müəyyən edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-396/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 cavabdehlər Cavabdeh1, “xxxxxxxxxxxxxx” MMC-nə, “xxxxxx” ASC-nə və maraqlı şəxs Gəncə şəhəri 2 saylı Notariat Kontoruna qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi, ipotekaya xitam verilməsi və əmlakın ipotekadan azad edilməsi” tələbinə dair iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(044)- 4005/2019 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-396/2019 saylı qətnaməsindən iddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-396/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişdirsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə iddia tələbinin cavabdehlərdən vurulmuş zərər (müqavilə müddəti bitən tarixdən sonra hesablanmış faiz) 9590.72 ABŞ dolları məbləğinin iddiaçının xeyrinə tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin həmin hissədə təmin olunması istisnadır. Bundan başqa məhkəmə hesab edir ki, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və “xxxxxxxxxxxxxx” MMC-dən müştərək qaydada xx.xx.2013-cü il tarixli 109.LN.2105.010413.00001 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 223783.48 ABŞ dolları, faiz borcu üzrə 25700.60 ABŞ dolları, cərimə 1000 ABŞ dolları, cəmi 250484.08 ABŞ dolları, qarantiyanın təqdim edilməsi üzrə GF/33 saylı xx xxxx 2015-ci il tarixli müqaviləsinə əsasən əsas borc üzrə 173199.40 manat, faiz borcu üzrə 4948.75 manat, cəmi 178148.15 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 180000 ABŞ dolları, faiz borcu 17545.52 ABŞ dolları, cəmi 197545.52 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu, sənədlərin notarial qaydada təsdiqi üçün 14 manat məbləğində pul Ləğv prosesində olan «xxxxxx» ASC-nin ləğvedici X1 xeyrinə tutulmalı, tutma öhdəliyin təmini kimi ipoteka qoyulmuş Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 30 saylı ünvanda yerləşən binanın 1-ci mərtəbəsində 124.8 kv.m ümumi, 103.3 kv.m əsas, 21.5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə, Cavabdeh1 məxsus Gəncə şəhəri. Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanda yerləşən binanın 1-ci girişinin zirzəmisində 73.8 kv.m ümumi, 8.1 kv.m əsas, 65.7 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə, X4 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanda yerləşən binada 46 kv.m ümumi, 19.1 kv.m əsas, 26.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməli, ilkin satış qiyməti 33000 manat qiymətləndirilmiş Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanda yerləşən binanın 1-ci girişinin zirzəmisində 73.8 kv.m ümumi, 8.1 kv.m əsas, 65.7 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsi, ilkin satış qiyməti 92000 manat qiymətləndirilmiş X4 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanda yerləşən binada 46 kv.m ümumi, 19.1 kv.m əsas, 26.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi və ilkin satış qiyməti 125000 manat qiymətləndirilmiş Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 30 saylı ünvanda yerləşən binanın 1-ci mərtəbəsində 124.8 kv.m ümumi, 103.3 kv.m əsas, 21.5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul vəsaiti Cavabdeh1 və “xxxxxxxxxxxxxx” MMC-nin banka olan 626177.75 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu, sənədlərin notarial qaydada təsdiqi üçün 14 manat məbləğində pul ləğv prosesində olan «xxxxxx» ASC-nin ləğvedici X2 ödənilməli, Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanda yerləşən binanın 1-ci girişinin zirzəmisində 73.8 kv.m ümumi, 8.1 kv.m əsas, 65.7 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi, X4 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanda yerləşən binada 46 kv.m ümumi, 19.1 kv.m əsas, 26.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi və Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 30 saylı ünvanda yerləşən binanın 1-ci mərtəbəsində 124.8 kv.m ümumi, 103.3 kv.m əsas, 21.5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və satıldıqdan sonra, həmin əmlaklar boşaldılıb iddiaçı ləğv prosesində olan «xxxxxx» ASC-nin ləğvedici X2 təhvil verilməlidir. İş üzrə xx.xx.2017-ci il tarixli 2299 saylı rəy üzrə 50 manat və xx.xx.2018-ci il tarixli 26572 saylı rəy üzrə məhkəmə ekspertiza xərci 145 (yüz qırx beş) manat cavabdehlər “xxxxxxxxxxxxxx” MMC-dən və Cavabdeh1 tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: STREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, büdcə səviyyəsinin kodu 3, hesab № AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319-a ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və “xxxxxxxxxxxxxx” MMC-dən müştərək qaydada xx.xx.2013-cü il tarixli 109.LN.2105.010413.00001 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 223783.48 ABŞ dolları, faiz borcu üzrə 25700.60 ABŞ dolları, cərimə 1000 ABŞ dolları, cəmi 250484.08 ABŞ dolları, qarantiyanın təqdim edilməsi üzrə GF/33 saylı xx xxxx 2015-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 173199.40 manat, faiz borcu üzrə 4948.75 manat, cəmi 178148.15 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə tarixə 180000 ABŞ dolları, faiz borcu 17545.52 ABŞ dolları, cəmi 197545.52 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu, sənədlərin notarial qaydada təsdiqi üçün 14 manat məbləğində pul ləğv prosesində olan «xxxxxx» ASC-nin ləğvedici X1 xeyrinə tutulsun. Tutma öhdəliyin təmini kimi ipoteka qoyulmuş Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 30 saylı ünvanda yerləşən binanın 1-ci mərtəbəsində 124.8 kv.m ümumi, 103.3 kv.m əsas, 21.5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə, Cavabdeh1 məxsus Gəncə şəhəri. Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanda yerləşən binanın 1-ci girişinin zirzəmisində 73.8 kv.m ümumi, 8.1 kv.m əsas, 65.7 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə, X4 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanda yerləşən binada 46 kv.m ümumi, 19.1 kv.m əsas, 26.9 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilsin. İlkin satış qiyməti 33000 manat qiymətləndirilmiş Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanda yerləşən binanın 1-ci girişinin zirzəmisində 73.8 kv.m ümumi, 8.1 kv.m əsas, 65.7 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi, ilkin satış qiyməti 92000 manat qiymətləndirilmiş X4 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanda yerləşən binada 46 kv.m ümumi, 19.1 kv.m əsas, 26.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi və ilkin satış qiyməti 125000 manat qiymətləndirilmiş Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 30 saylı ünvanda yerləşən binanın 1-ci mərtəbəsində 124.8 kv.m ümumi, 103.3 kv.m əsas, 21.5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi açıq hərracda satılsın və satışdan əldə olunmuş pul vəsaiti ləğv prosesində olan «xxxxxx» ASC-nin ləğvedici X2 ödənilsin. Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanda yerləşən binanın 1-ci girişinin zirzəmisində 73.8 kv.m ümumi, 8.1 kv.m əsas, 65.7 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi,X4 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanda yerləşən binada 46 kv.m ümumi, 19.1 kv.m əsas, 26.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi və Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 30 saylı ünvanda yerləşən binanın 1-ci mərtəbəsində 124.8 kv.m ümumi, 103.3 kv.m əsas, 21.5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və satıldıqdan sonra, həmin əmlaklar boşaldılıb iddiaçı ləğv prosesində olan «xxxxxx» ASC-nin ləğvedici X2 təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə xx.xx.2017-ci il tarixli 2299 saylı rəy üzrə 50 manat və xx.xx.2018-ci il tarixli 26572 saylı rəy üzrə məhkəmə ekspertiza xərci 145 (yüz qırx beş) manat cavabdehlər “xxxxxxxxxxxxxx” MMC-dən və Cavabdeh1 tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: STREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, büdcə səviyyəsinin kodu 3, hesab № AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319-a ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar