Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-9/2021 15.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, Cavabdeh və onun vəkili Vəkil, cavabdeh X2 iştirakı ilə, iddiaçı "xxxx" MMM-nin cavabdehlər X3 və Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMM iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X1 və Cavabdeh müştərək qaydada onun xeyrinə 142200 manat pul vəsaitinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" X7 Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya huquqi şəxslərin Dövlət Reyestrində 26.02.1999-cu il tarixdə duvlət qeydiyyatına alınmışdır. "xxxx" MMM Azərbaycan Respublikasında Türkiyədən gətirilmiş mətbəx və digər avadanlıqlarının satışı ilə məşğuldur. Cavabdehlər "xxxx" MMMdən aldıqları avadanlıqların Gəncə şəhərində satışı ilə məşğul olurlar. "xxxx" MMM ilə cavabdehlər araşındakı münasibətlər şifahi və yazılı müqavilələrlə tənzimlənmişdir. "xxxx" MMM ilə cavabdehlər araşında bağlanmış 30 may 2012 və 28 avqust 2013-cü il tarixli müqavilələrə əsasən satıcı “X10 LTD” MMM müqaviləyə əlavə edilmiş A sənədində və qaimə fakturada göstərilmiş adda ve qiymətdə malları topdan satış məqsədilə Cavabdeh və X3 təhvil verməyi, Alıcılar isə həmin malları müəyyən edilmiş vaxtda fərdi qaydada, düzənli şəkildə topdan, pərakəndə, nəğd və ya kreditlə satmağı və bu satışdan qəbul edilən pulu "xxxx" MMM-nin kassasına hissə-hissə ödəməyi öhdələrinə götürmüşlər. Satıcı-"xxxx" MMM malların keyfiyyətinə təminat verir. Alıcı-satmaq üçün götürəcəyi malın keyfiyyətinə əmin olduqdan sonra götürür və öz imzası ilə bunu qaimə fakturada təsdiq edir. Götürülmüş mallarda sonradan qüsur yaranarsa (mal işlədilərsə, basqa firmanın malı ilə dəyişdirilərsə, əlindən salarsa) bu halda satıcı məsuliyyət daşımır. Alıcıya təhvil verilmiş malın satış qiyməti alıcı tərəfindən “"xxxx" MMM-yə ödənilir. Əks halda alıcılar öz əmlakı ilə Satıcı qarşısında məsuliyyət daşıyırlar. 01 iyun 2012-ci il tarixdən 15 noyabr 2013-cü il tarixədək olan dövr ərzində "xxxx" MMM cavabdehlərə cəmi 973259 manat dəyərində mal vermiş, cavabdehlər isə 20.08.2014-cü il tarixədək "xxxx" MMMyə cəmi 831059 manat pul ödəmişlər. Hal-hazırda cavabdehlərin "xxxx" MMM-yə 18% ƏDV daxil 142200 manat borcu qalmışdır. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmiş, həmçinin məhkəməyə göndərdiyi izahatında bildirmişdir ki, o, “X11 LTD” MMC adından Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh və X1 müştərək qaydada 142200 manat vəsaitin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla əlaqədar olaraq bildirir ki, “X11 LTD” MMC Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrində 26.02.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. cX11 LTD MMC Azərbaycan Respublikasında Türkiyədən gətirilmiş mətbəx və digər avadanlıqların satşı ilə məşğul olur. Cavabdehlər Cavabdeh və X5 “X11 LTD” MMC-dən aldıqları avadanlıqların Gəncə şəhərində satışı ilə məşğul olurlar. Tərəflər arasında münasibətlər şifahi və yazılı müqavailələrdə tənzimlənmişdir. “X11 LTD” MMC ilə cavabdehlər arasında bağlanmış 30 may 2012 və 28 avqust 2013-cü il tarixli müqavilələrə əsasən “X11 LTD” MMC müqaviləyə əlavə edilmiş A sənədində və qaimə-fakturada göstərilmiş adda və qiymətdə malları topdan satış məqsədi ilə Cavabdeh və X4 təhvil verməyi, alıcılar isə həmin malları müəyən edilmiş vaxtda fərdi qaydada, düzənli şəkildə topdan, pərakəndə, nəğd və ya kreditlə satmağı və bu satışdan qəbul edilən pulu “X11 LTD” MMC-nin kassasına hissə-hissə ödəməyi öhdələrinə götürmüşlər. Satıcı “X11 LTD” MMC malların keyfiyətinə təminat verir. Alıcı satmaq üçün götürəcəyi malın keyfiyyətinə əmin olduqdan sonra götürür və öz imzası ilə bunu qaimə-fakturalarda təsdiq edir. Götürülmüş mallarda sonradan qüsur yaranarsa (mal işlədilərisə, başqa firmanın mah ilə dəyişdirilərsə, əlindən salarsa) bu halda satıcı məsuliyyət daşımır. Alıcıya təhvil verilmiş malın satış qiyməti alıcı tərəfindən “X11 LTD” MMC-yə göndərilir. Əks halda alıcılar öz əmlakı ilə satıcı qarşısında məsuliyyət daşıyırlar. 01 iyun 2012-ci il tarixdən 15 noyabr 2013-cü il tarixədək olan dövr ərzində “X11 LTD” MMC cavabdehlərə cəmi 973259 manat dəyərində mal vermiş, cavabdehlər isə 20.08.2014-cü il tarixədək “X11 LTD” MMC-yə cəmi 831050 manat pul ödəmişlər. Halhazırda cavabdehlərin “X11 LTD” MMC-yə 18% ƏDV daxil 142200 manat borcu qalmışdır. Hətta iddiaçılardan biri - Cavabdeh bütün səlahiyyətli orqanlara ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək qaimə-fakturalar əsasında ona buraxılmış malların ümumi dəyərindən “X11 LTD” MMC-yə olan 92200 manat borcunun olmasını etiraf etmişdir. Həmin sənəd mülki işin materiallarına əlavə edilmişdir. İddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək etirazında bildirmişdir ki, o və X6 "xxxx" MMM ilə əməkdaşlıq müqaviləsi bağlamışdır. Əməkdaşlıq müqaviləsinə əsasən "xxxx" MMC-nin ölkəyə gətirdiyi məişət əşyalarını səyyar qaydada satmağı və satışdan da 20% onlara haqq verməyi razılaşmışlar. 20% xidmət haqqı müqavilədə nəzərdə tutulmasada şirkətlə aralarında olan şifahi razılıq bu cür olmuşdur. Həmin əməkdaşlıq müqaviləsi bağlanan zaman cavabdehlərə ağ qaimələrə qol çəkdirmişlər ki, müqavilənin tərkib hissəsidir, malı verəndə bu qaimələrlə veriləcək. Malı verən zaman isə bildirmişlər ki, həmin qaimələri ləğv etdik yeni qaimələr (ÖLMÜŞ MÜƏSSİSƏ "xxxx" MMC VÖEN: ********* BU MÜƏSSİSƏNİN ÖLMÜŞ MÜƏSSİSƏ OLDUĞU ONUNLA ƏASLANİR Kİ BU MÜƏSSİSƏNİN VÖEN-i 9 RƏQƏMLİDİR) yazılıb veriləcək, həmin qaimələrlə mal tədarük edilmişdir. (Həmin qaimələrin bir neçə nüsxəsi etiraza əlavə olunur). Tərəflər arasında olan ümumi dövriyyə 844 min manat civarında olmuşdur. Ondan 831 min manatdan biraz artıq pul ödənilmişdir. Həmin puldan onlara ödədiyi 20%-lik xidmət haqqından da ödəmə mənbəyi adı ilə 14% vergi də tutmuşlar. Lakin yuxarıda qeyd etdiyi boş qaimələrə imza atmaqları onların başlarına bəla olmuşdur. Belə ki, guya onlar həmin qaimələr əsasında Müəssisədən 970 min manatdan artıq mal almışlar, lakin ondan 140 min manatdan artıq borcları vardır. Həmin qaimələr əgər 2012-2013-cü illər arasında yazılsaydı, yəqin ki, həmin ciddi hesabat blankları vergi bəyannamələrində öz əksini tapmalı idi. O, hesab edir ki, "xxxx" MMC qəsdlə vergidən yayınmaq məqsədi ilə ləğv edilmiş müəssisənin əslində ləğv edilməli ciddi hesabat blankı olan qaiməsindən istifadə edərək saxta sənədlər tərtib etmişlər. Həmin saxta qaimələrin saxta olması isə vəkil tərəfindən izah olunduqdan sonra onun saxtalığı cavabdehlərə məlum olmuşdur. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehlərlə bağlanmış 30.05.2012-ci il tarixli və 28.08.2013-cü il tarixli müqavilələrə əsasən iddiaçıdan 973259 manat dəyərində mal almışlar və həmin malların dəyərini hissə-hissə ödəməli olduqları halda 20.08.2014-cü il tarixinədək yalnız 831059 manat pul ödəmişlər. Lakin iddiaçı ödənilmiş həmin 831059 manat pulun hansı qaydada ödənildiyini təstiq edə bilmir, çünki ona dair sənədlər qara mühasibatlıqla aparılmışdır. İddiaçı iddia ərizəsinə sübut kimi 01.05.2012-ci il tarixli AUS seriyalı 590960 nömrəli, 01.05.2012-ci il tarixli AUS seriyalı 590961 nömrəli, 06.06.2012-cı il tarixli AUS seriyalı 590962 nömrəli, 03.07.2012-ci il tarixli AUS seriyalı 590963 nömrəli, 16.07.2012-ci il tarixli AUS seriyalı 590964 nömrəli, 17.08.2012-ci il tarixli AUS seriyalı 590965 nömrəli, 17.08.2012-ci il tarixli AUS seriyalı 590966 nömrəli, 11.09.2012-ci il tarixli AUS seriyalı 590969 nömrəli, 73.70.2012-ci il tarixli AUS seriyalı 590970 nömrəli, 02.10.2012-ci il tarixli AUS seriyalı 590974 nömrəli, 04.10.2012-ci il tarixli AUS seriyalı 590971 nömrəli, 05.11.2012-ci il tarixli AUS seriyalı 590972 nömrəli, 19.11.2012-ci il tarixli AUS seriyalı 590973 nömrəli, 16.12.2012-ci il tarixli AUS seriyalı 590975 nömrəli, 18.01.2013-cü il tarixli AUS seriyalı 590976 nömrəli, 05.02.2013-cü il tarixli AUS seriyalı 590977 nömrəli, 24.02.2013-cü il tarixli AUS seriyalı 590978 nömrəli, 13.03.2013-cü il ı ixli İ seriyalı 590979 nömrəli, 03.04.2013-cü il tarixli AUS seriyalı 590980 nömrəli, 20.04.2013cü il tarixli AUS seriyalı 590981 nömrəli, 06.05.2013-cü il tarixli AUS seriyalı 590982 nömrəli, 20.06.2013-cü il tarixli AUS seriyalı 590983 nömrəli, 03.07.2013-cü il tarixli AUS seriyalı 590986 nömrəli, 01.08.2013-cü il tarixli AUS seriyalı 590987 nömrəli, 14.09.2013cü il tarixli AUS seriyalı 590988 nömrəli, 10.10.2013-cü il tarixli AUS seriyalı 590989 nömrəli, 15.11.2013-cü il tarixli AUS seriyalı 590990 nömrəli qaimə fakturaları əlavə etmişdir. Onlar tərəfindən həmin qaimə fakturaların etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsində iddia qaldırılmış, iddia rayon məhkəməsi tərəfindən təmin edilməsə də, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən təmin edilmiş, sonra iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək iş üzrə icraata xitam verilmişdir. Ali Məhkəmənin iş üzrə icraata xitam verməsinin səbəbi qaimələrin əsaslı olması ilə bağlı olmamışdır. Qaimə fakturaların legitimliyinə qiyməti məhz hazırkı iş üzrə məhkəmə çəkişməsində qiymət verilməli olması olmuşdur. Etibarsızlığı qoyulmuş yuxarıda AUS seriyası ilə başlayan qaimə fakturalar boş olan vaxt imza etdirilmiş və sonradan doldurulmuşdur. Bu da iddiaçının məqsədli şəkildə onların üzərlərinə gələcəkdə öhdəlik qoymağa hesablanmışdır. Əgər iddiaçı yuxarıda qeyd edilən AUS seriyası ilə başlanılan və ciddi hesabat blankı hesab olunan qaimə-fakturalarla onlara mal təhvil vermişdirsə, iş üzrə hazırda qeydiyyatda olduğu 12 saylı Ərazı Vergilər Departamentinə həmin qaimə fakturalarda qeyd edilən dövriyyəni təqdim etməli idi. Halbuki iddiaçının özü vergidən yayınmaq məqsədilə həmin qaimələrlə deyil, forması adi kompyuter qaydasında hazırlanmış saxta qaimə fakturalarla işləmişlər. İddiaçı həftənin 6 günü işləyirmiş, bazar günü iddiaçıda rəsmi və qeyri-rəsmi iş günü deyil və ümumiyyətlə bazar günləri heç vaxt işləməmişdir. Lakin iddiaçı tərəfindən sonradan tərtib edilən qaimə fakturalarda olan 16.12.2012-ci il tarixli AUS seriyalı 590975 nömrəli və 24.02.2013-cü il tarixli AUS seriyalı 590978 nömrəli qaimə fakturalar bazar günü tərtib edilmiş, bu da onu tam sübut edir ki, həmin qaimələr sonradan tərtib edilmişdir. İddiaçı ilə bağlanılan 01.06.2012-ci il tarixli müqavilə 14.02.2013-cü il tarixədək qüvvədə olmuş, yeni müqavilə isə 28.08.2013-cü ildə bağlanılmış və 01.07.2014-cü il tarixədək qüvvədə olmuşdur. Belə olan halda 2013-cü ilin fevral-avqust ayı arasında olan müddətdə (6 ay) iddiaçı ilə onların arasında heç bir müqavilə öhdəliyi olmadığı halda, iddiaçı həmin tarixlərə də 8 ədəd qaimə tərtib edərək (24.02.2013-cü il tarixli AUS seriyalı 590978 nömrəli, 13.03.2013-cü il tarixli AUS seriyalı 590979 nömrəli, 03.04.2013-cü il tarixli AUS seriyalı ******* nömrəli, 20.04.2013-cü il tarixli AUS seriyalı 590981 nömrəli, 06.05.2013-cü il tarixli AUS seriyalı 590982 nömrəli, 20.06.2013-cü il tarixli AUS seriyalı 590983 nömrəli, 03.07.2013-cü il tarixli AUS seriyalı 590986 nömrəli, 01.08.2013-cü il tarixli AUS seriyalı 590987 nömrəli) özünün saxtakarlığını bir daha təsdiq etmişdir. Həmin qaimələr üzrə yazılan məbləğ isə 315902,52 manatdır. İddiaçı fəaliyyəti dövründə tək onlarla deyil, bir neçə şəxslə bu cür müqavilə bağlamışdır. Əgər iddiaçı onlarla və yaxud da digər şəxslərlə yuxarıda qeyd edilən qaimə fakturalarla işləmişdirsə onda niyə görə eyni seriya və ardıcıl nömrələri 2 il müddətində ancaq onlara tətbiq etmişdirlər. Bu da onu sübut edir ki, iddiaçı hüquqdan suiistifadə edərək onlara ağ blanklara imza etdirdiyi qaimələrə sonradan ağıllarına gələn məhsulları və onların dəyərini yazaraq süni şəkildə onlara qarşı borc tələbi qaldırmaq üçün etmişdir. Həmin qaimələr üzrə guya onların iddiaçıya 142.200 manat (ƏDV 18% daxil) borcları var və həmin borcu da Gəncə şəhər Nizami Rayon Məhkəməsində onlara qarşı iddia qaldıraraq tələb edirlər. Ona görə də həmin qaimə fakturalar onların qanunla qorunan hüquqlarını pozduğu üçün etibarsız hesab edilməklə sübut kimi nəzərə alınmamalıdır. Qaimə fakturaların etibarsızlığının yuxarıda qeyd edilmiş məhkəmə çəkişməsində əldə edilmiş sübutlarla tam təstiq edilir. Belə ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16.08.2019-cu il tarixli 18725 saylı Rəyinə əsasən qaimələrin saxtalığı öz təstiqini tapır. Onların hazırda iddiaçıya cəmi 13900 manat borcları var, onun notarius da yazdığı 92200 manat borcun etirafı ilə bağlı ərizə isə iddiaçının tələb etdiyi müqavilələrə aid deyildir. Sonda o, iddianın qismən təmin olunaraq borclu olduğu 13900 manat pulun onlardan tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Xuraman Hüseynova iddianı qismən qəbul edib bildirmişdir ki, onların iddiaçıya cəmi 13900 manat borcları qalmışdır. İddiaçının tələbini əsaslandırdığı qaimə-fakturaların saxta olduğu digər mülki iş üzrə ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Sonda o, qalan 13900 manat borcun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - 30.05.2012-ci il tarixdə "xxxx" MMM ilə X6 və Cavabdeh arasında imzalanmış müqavilədən görünür ki, “X11 LTD” MMC əlavə A sənədində və qaimə-fakturada nəzərdə tutulan adda və qiymətdə, topdan satış məqsədi ilə Cavabdeh və X4 təhvil verməyi, alıcılar isə həmin malları müəyən edilmiş vaxtda fərdi qaydada, düzənli şəkildə topdan, pərakəndə, nəğd və ya kreditlə satmağı və bu satışdan qəbul edilən pulu “X11 LTD” MMCnin kassasına ödəməyi öhdələrinə götürmüşlər. Müqavilə 01.06.2012-ci il tarixdən 14.02.2013-cü il tarixədək etibarlıdır. - 28.08.2013-cü il tarixdə "xxxx" MMM ilə X6 və Cavabdeh arasında imzalanmış müqavilədən görünür ki, “X11 LTD” MMC əlavə A sənədində və qaimə-fakturada nəzərdə tutulan adda və qiymətdə, topdan satış məqsədi ilə Cavabdeh və X4 təhvil verməyi, alıcılar isə həmin malları müəyən edilmiş vaxtda fərdi qaydada, düzənli şəkildə topdan, pərakəndə, nəğd və ya kreditlə satmağı və bu satışdan qəbul edilən pulu “X11 LTD” MMCnin kassasına hissə-hissə ödəməyi öhdələrinə götürmüşlər. Müqavilə 01.07.2013-cü il tarixdən 01.07.2014-cü il tarixədək etibarlıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 597.1-ci maddəsinə görə alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Sadalanan qanunvericilik normalarına əsasən işin faktiki hallarından görünür ki, tərəflər arasında 30.05.2012 və 28.08.2013-cü il tarixlərdə nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilələrə əsasən iddiaçı əlavə A sənədində və qaimə-fakturada nəzərdə tutulan adda və qiymətdə malları, topdan satış məqsədi ilə cavabdehlərə təhvil vermək, cavabdehlər isə həmin malları müəyən edilmiş vaxtda fərdi qaydada, düzənli şəkildə topdan, pərakəndə, nəğd və ya kreditlə satmağı və bu satışdan qəbul edilən pulu iddiaçıya hissə-hissə ödəmək şərtləri ilə razılaşmışlar. Cavabdehlər iddiaçıya aralarında olan nisyə alqı-satqı müqaviləsinə əsasən 13900 manat borcları olduqlarını etiraf etdiklərinə görə məhkəmə bu faktı işin mübahisələndirilməyən halı kimi qiymətləndirir. Lakin iddiaçı iddia ərizəsinə əlavə etdiyi qaimə-fakturalarda göstərilən malları cavabdehlərə verdiyini bildirsə də, bu faktı sübut edə bilməmişdir. Çünki iş materialları ilə müəyyən edilir ki, 24.02.2013-cü il tarixli AUS seriyalı 290978 nömrəli, 13.03.2013-cü il tarixli AUS seriyalı 590979 nömrəli, 03.04.2013-cü il tarixli AUS seriyalı 590980 nömrəli, 20.04.2013-cü il tarixli AUS seriyalı 590981 nömrəli, 06.05.2013-cü il tarixli AUS seriyalı 590982 nömrəli, 20.06.2013-cü il tarixli AUS seriyalı 590983 nömrəli, 03.07.2013-cü il tarixli AUS seriyalı 590986 nömrəli, 01.08.2013-cü il tarixli AUS seriyalı 590987 nömrəli ciddi hesabat blankları hesab edilən qaimələr müqavilələrin qüvvədə olmayan dövrlərdə tərtib edilmişdir. Qaimələrin tərtib edildiyi tarixlər tərəflər arasında alqı-satqı üzrə müqavilələrin qüvvədə olmadığı, yəni onların aralarında hər hansı öhdəliyin olmadığı tarixlərdir. Həmçinin qaimə fakturalardan ikisi – 1612.2012-ci il tarixli, AUS 590975 nömrəli və 24.02.2013-cü il tarixli, AUS 590978 nömrəli qaimələr həftənin bazar günü tərtib edilmişdir. Tərəflərin arasında alqı-satqı münasibəti olmadığı halda, həmçinin qeyri-iş günündə alqı-satqı üzrə satış qaimələrinin tərtib edilməsi ağlabatan deyildir. Bundan başqa Gəncə Apellyasiya Məhkəməsində baxılmış cavabdehlərin iddiaçıya qarşı qaimə-fakturaların etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə məhkəmə kollegiyası tərəfindən məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertin rəyi ilə müəyyən edilmişdir ki, ciddi hesabat blankları hesab olunan qaimələrdə olan yazılar kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. Hansı ki, eynlik təşkil edən qaimələrin tərtib edildikləri müddət arasında kifayət qədər zaman fərqi vardır. Bu fakt da qaimələrin orada göstərilən tarixlərdə tərtib edilmədiyi barədə nəticəyə gəlməyə tam etibarlı və təkzibolunmaz əsas verir. Belə ki, cavabdehlərin vəsatətinə əsasən 2(104)-726/2019 saylı mülki işin 2-ci cildinin 328-329-cu səhifələrindən götürülmüş 16.08.2019-cu il tarixli, 18725 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş 2(104)-726/2019 saylı mülki işin materiallarına (282-308-cu vərəqələri üzrə) əsasən, AUS seriyalı 590975 nömrəli qaiməfakturadakı “Cavabdeh” əlyazmasının qarşısındakı imzanın, AUS seriyalı 590960, 590961, 590970, 590971, 590974, 590976, 500979, 590980, 590982, 590987, 590988, 590989, 590990 nömrəli Qaimə-fakturalardakı “Cavabdeh” əlyazmalarından və onların qarşılarındakı imzalardan başqa bütün əlyazmaların icra olunmasında istifadə olunan rəngləyici maddələr kimyəvi tərkiblərinə görə öz aralarında eynidirlər; AUS seriyalı 590975 nömrəli qaimə-fakturadakı “Cavabdeh” əlyazmasının qarşısındakı imzadan başqa bütün əlyazmaların, AUS seriyalı 590960, 590961, 590963, 590969, 590970, 590971, 590974, 590976, 590979, 590980, 590982, 590987, 590989 nömrəli qaiməfakturalardakı “Cavabdeh” əlyazmalarının və onların qarşısındakı imzaların, AUS seriyalı 590988 nömrəli qaimə-fakturadakı “Cavabdeh” əlyazmasının qarşısındakı imzanın, AUS seriyalı 590990 nömrəli qaiməfakturadakı “Cavabdeh” əlyazmasının, AUS seriyalı 590962, 590964, 590965, 590966, 590972, 590973, 590977, 590978, 590981, 590983, 590986 nömrəli qaimə-fakturalarındakı bütün əlyazmaların icra olunmasında istifadə olunan rəngləyici maddələr kimyəvi tərkiblərinə görə öz aralarında eynidirlər; AUS seriyalı 590963, 590969 nömrəli qaimə -fakturalardakı “Cavabdeh” əlyazmaların və onların qarşısındakı imzalardan başqa bütün əlyazmaların icra olunmasında istifadə olunan rəngləyici maddələr kimyəvi tərkiblərinə görə öz aralarında eynidirlər; “AUS seriyalı 590988 nömrəli qaimə-fakturadakı “Cavabdeh” əlyazmasının və 590990 hömrəli qaimə-fakturadakı “Cavabdeh” əlyazmasının qarşısındakı imzanın icra olunmasında istifadə olunan rəngləyici maddələr kimyəvi tərkiblərinə görə öz aralarında eynidirlər. Göründüyü kimi iddiaçının öz tələbini əsaslandırdığı qaimə-fakturalar üzrə qeyd olunan qiymətlə malların cavabdehlərə verilmədiyi, həmin qaimə-fakturaların eyni vaxtda cavabdehlərə içərisi boş formada imzaladıldığı öz təsdiqini tapmışdır. Bundan başqa iddiaçının nümayəndəsi məhkəməyə göndərdiyi izahatında Cavabdeh notarial ərizə ilə 92200 manat borcu olduğunu etiraf etdiyini bildirsə də, Cavabdeh həmin borcun iddiaçının tələbi üzrə olan müqavilələrə aid olmadığını bildirmiş, iddiaçı isə həmin ərizədə qeyd olunan 92200 manat borcun 30.05.2012-ci il və ya 28.08.2013-cü il tarixli müqavilərlə üzrə etiraf edildiyini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda həmin ərizədə də 92200 manat borcun hansı əsasla və nəyə əsasən yarandığı qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək, cavabdehlərin iddianı qismən qəbul etmələrini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, X1 və Cavabdeh müştərək qaydada 13900 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMM-ə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 3 manatı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X1 və Cavabdeh 13900 (on üç min doqquz yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun 3 (üç) manatı tutularaq iddiaçı "xxxx" MMM-ə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-9/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-9/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver