Məhkəmə qərarları › İş №2(044)-918/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-918/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-918/2020 16.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxx» KB X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxx» KB ASC-ti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2971.69 manat, faiz borcu üzrə 288.19 manat, cərimə 207.79 manat, cəmi 3467.67 manat və ödənilmiş 20 manat dövlət rüsumunun «xxxxxxx» KB ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(044)- 4399/2015 saylı məhkəmə əmrinə əsasən, xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, Ə.Babayev küçəsi, ev15A ünvanda yaşayan Cavabdeh1 və xx.xx.1962-ci ildə Gəncə şəhəridə anadan olmuş, Gəncə şəhəri, Ə.Babayev küçəsi, ev 15A-ünvanda yaşayan Cavabdeh1 və xx.xx.1962-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri Uşinski küçəsi, ev 5, mənzil 42-də yaşayan Cavabdeh2 müştərək qaydada 2971.69 manat əsas, 288.19 manat faiz, 207.79 manat cərimə, cəmi 3764.67 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 20 manat tutularaq «xxxxxxx» KB ASCnin hesabına köçürülməsi əmr edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2xx.xx.2020-ci il tarixli 2(044)- 4399/2015 saylı qərardadı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin x xxxxxxxx 2015-ci il tarixli 2(044)-4399/2015 saylı məhkəmə əmri ləğv edilərək iddia icraatına keçirilmiş və məhkəmə baxışına təyin edilmişdir. İddia ərizəsi onunla əsaslandırlmışdır ki, “xxxxxxxxxxx” lizin şirkəti MMC ilə ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli daxili lizinq müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. «xxxxxxx» KB ASC-ti ilə “xxxxxxxxxxx” lizin şirkəti MMC-ti arasında bağlanan xx.xx.2013-cü il tarixli “Faktorinq Müqaviləsi”nə əsasən “xxxxxxxxxxx” MMC lizinq müqavilələrindən irəli gələn pul tələbini “Faktor”a güzəşt etmiş və bu barədə “xxxxxxxxxxx” lizinq şirkəti MMC tərəfindən “xxxxxxx” KB ASC-yə “Tələb hüququnun keçməsi barədə” arayış verilmişdir. Eyni zamanda tələb hüququnun “xxxxxxx” KB ASC-yə keçməsi barədə lizinq alana bildiriş göndərilmişdir. Tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsinin 2.1-ci maddəsinə görə bu müqaviləyə görə lizinq şirkəti lizinq obyektini satıcıdan əldə etməyi və lizinq alana istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini qəbul etmiş, müəyyənləşdirilmiş dövrilikdə liniq ödəniləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürmüşlər. Lakin borclu müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Eyni zamanda həmin müqaviləyə əsasən lizinq alan lizinq ödənişlərini vaxtında ödəmədikdə, lizinq şirkətinin xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu bir faizi miqdarında dəbbə pulu ödəməlidir. Tələb hüququnun keçməsi və yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən borcluya bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan borc məbləği ödənilməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli 15-0027223 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 tərəfindən dəst kolye qoşa slizinka kolye,dəst komplekt qoşa slizinka komplekt qoşa slizinka, dəst qolbağı qoşa slizinka qolbağı qoşa slizinka, dəst qızıl klon badam qızıl klon badam, cəmi 4000 manat məbləğində mal və rekvizitləri “xxxxxxxxxxx” MMC-nə satılması barədə alqı-satqı müqaviləsi bağlanmışdır. 15-0027223 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, “xxxxxxxxxxx” MMC lizinq şirkəti ilə lizinq qoyan Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin təmini kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxxxx 2020-ci il tarixə “xxxxxxx” KB ASC-nə olan əsas borcu 2969.67 (iki min doqquz yüz altmış doqquz manat altmış yeddi qəpik) manat, faiz borcu 0 manat, cərimə faizləri, komisyon haqqı 0 manat, cəmi 2969.67 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həmdə bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı iddia tələbində Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2971.69 manat, faiz borcu üzrə 288.19 manat, cərimə 207.79 manat, cəmi 3467.67 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. Lakin iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışında isə Cavabdeh1 xx xxxxxxxx 2020-ci il tarixə “xxxxxxx” KB ASC-nə olan əsas borcu 2969.67 (iki min doqquz yüz altmış doqquz manat altmış yeddi qəpik) manat, faiz borcu 0 manat, cərimə faizləri, komisyon haqqı 0 manat, cəmi 2969.67 manat olduğu bildirilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, cəmi 2969.67 (iki min doqquz yüz altmış doqquz manat altmış yeddi qəpik) manat və ödənilmiş 20 manat dövlət rüsumu iddiaçı «xxxxxxx» KB ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin həcmi 500 (beş yüz) manatdan yüksək olduğundan və məhkəmə əmri icraatından iddia icraatına kecdiyindən, Dövət rüsumunun ödənilməmiş 10 (on) manat hissəsi cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, cəmi 2969.67 (iki min doqquz yüz altmış doqquz manat altmış yeddi qəpik) manat və ödənilmiş 20 manat manat dövlət rüsumu iddiaçı «xxxxxxx» KB ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə hesab edir ki, iddia tələbinin həcmi 500 (beş yüz) manatdan yüksək olduğundan və məhkəmə əmri icraatından iddia icraatına kecdiyindən, Dövət rüsumunun ödənilməmiş 10 (on) manat hissəsi cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar