Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-922/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, 800804-840274/1 nömrəli kredit müqaviləsi üzrə 2,267.31 manat əsas borc və 326.13 manat faiz borcu olmaqla cəmi 2,593.44 manat və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxxxx 2020-ci il tarixli, 800804-840274/1 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 29 faizlə 2500 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcu ödəməmişdir. xx xxxxxx 2020-ci il tarixinə 2267.31 manat əsas borc və 326.13 manat faiz borcu olmaqla cəmi 2593.44 manat məbləğində kredit borcu yaranmışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, 2020-ci ilin noyabr ayına kimi ödəniş etmiş, ancaq 2020-ci ilin iyul ayında işdən çıxdığı üçün gecikmələr yaranmışdır. O, iddiaçı tərəfindən hesablanmış borc məbləğinə etiraz etmir, lakin Qarabağ döyüşlərində iştirak etdiyi üçün ödəniş edə bilməmişdir. O, əsas borcu ödəməyə razıdır, lakin faiz borcunun silinməsini xahiş edir. Sonda iddianın qismən təmin olunmasını xahiş etdi. Mülki iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, 800804- 840274/1 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh illik 29% dərəcəsi ilə 36 ay müddətinə şəxsi istehlak məqsədi üçün 2500 manat məbləğində kredit verilmişdir. - xx.xx.2020-ci il tarixli 001/007/11228/2020 № li maliyyə arayışından görünür ki, borclunun banka 2267.31 manat əsas borc və 326.13 manat faiz borcu olmaqla, cəmi 2593.44 manat borcu var və kredit müqaviləsi üzrə gecikmə 164 gün təşkil edir. - İddiaçı ASC-nin xx xxxxxx 2020-ci il tarixli X3 surətindən görünür ki, Cavabdeh 2500 manat pul ödənilmişdir. - xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, cavabdeh kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyə tam əməl etməmiş, buna görə də iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ vardır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh, 2267.31 manat əsas borc və 326.13 manat faiz borcu olmaqla cəmi 2593.44 manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2267.31 manat əsas və 326.13 manat faiz, ümumilikdə 2593 (iki min beş yüz doxsan üç) manat 44 (qırx dörd) qəpik məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-922/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-922/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver