Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-924/2022 28.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 2960/2019 saylı 29.10.2019-cu il tarixli qətnaməsi ilə 09.04.2017-ci il tarixdə X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan 160 manat alimentin məbləğinin artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməsi və həmin məbləğin cavabdehdən tutularaq, eyni zamanda 50 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikahlarını 10.11.2015-ci il tarixdə rəsmiləşdirərək ailə qurmuş və onların birgə nikahlarından 09.04.2017-ci il tarixdə X3 adlı bir uşaqları anadan olmuşdur. Onların birgə yaşamaları mümkün olmamış və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli qətnaməsinə əsasən onların nikahları pozulmuş, birgə nikahlarından olan uşaq onun himayəsində saxlanılmış və uşağın saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda həmin məbləğ uşağın maddi ehtiyaclarını ödəmir,uşağın tələbatı günü-gündən artır. Hazırda uşaq məktəbəqədər hazırlıq kurslarına cəlb edilməlidir, o, isə fərdi əməklə məşğuldur, onun aylıq gəlirini ev şəraitində əl işləri ilə məşğul olmaqla əldə edir, əvvəllər qazancı normal olmuş, lakin son zamanlar ölkədə baş verən pandemiya və bahalaşma səbəbindən onun qazancı normal səviyyədə deyil. Günü-gündən böyüyən qızının ehtiyaclarını qarşılamaqla, uşağı təkbaşına böyütməkdə çətinlik çəkir. Cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli 2(044)- 2960/2019 saylı qətnamənin surətindən görünür ki, iddiaçı Babayeva (İsmayılova) Günay Mahir qızı ilə Cavabdeh arasında 10.11.2015-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2311 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş və tərəflərin birgə nikahlarından 09 aprel 2017-ci il tarixdə anadan olmuş X3 nikahın pozulmasından sonra iddiaçı Babayeva (İsmayılova) Günay Mahir qızının himayəsində saxlanılması və Cavabdeh 09 aprel 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27.08.2019-cu il tarixdən başlayaraq, hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin iddiaçı Babayeva (İsmayılova) Günay Mahir qızının xeyrinə tutulması qət edilmişdir. 11.12.2019-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 nikahları 11 dekabr 2019-cu il tarixdə 318 saylı akt qeydi ilə pozulmuşdur. 28.04.2017-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmişdoğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahlarından 09 aprel 2017-ci il tarixdə X3 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli 2(044)-2960/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, 09 aprel 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 2280 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 42.80 manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli 2(044)-2960/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, 09 aprel 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment və 50 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 42.80 manat Cavabdeh oğlundan tutularaq dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə 28.04.2022-ci il tarixli 2(044)-924/2022 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-924/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-924/2022
28.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver