Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-929/2022 28.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair mülki işə, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunu yararsız vəziyyətə salındığına görə, dəyəri 1346.03 manat məbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(044)-51/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(044)-140/2021 saylı qərarı ilə barəsində “08 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin xx.xx.2021-ci il tarixli qərarı təqbiq edilməklə cəzadan azad edilmişdir. Cəza çəkdiyi müddətdə Cavabdeh yaşadığı ünvana üç ədəd ev siqnal ötürücüsü quraşdırılmış və onun ayağına sadə elektron qolbaq bağlanmışdır. Bununla yanaşı Cavabdeh bir ədəd mobil nəzarət qurğusu və onun adapteri təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri və həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yarasız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı Cavabdeh elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. Cavabdeh cəzadan azad olunması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə elektron nəzarət vasitələri ondan təhvil alınmışdır. Bu zaman Cavabdeh mobil qurğunun əlindən su ilə dolu hovuza düşdüyünü bildirmişdir. İDRAK texnoloji transfer MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli texniki rəydə Cavabdeh təhkim olunmuş mobil qurğunun displey modulunun sıradan çıxdığı bildirilmişdir. Bununla bağlı olaraq məhkumla əlaqə saxlanılmış və ona mobil nəzarət qurğusuna dəymiş zərəri könüllü ödəmək təklif olunsa da o, vurulmuş əşyanın dəyərini könüllü ödəməkdən imtina etmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə mobil nəzarət qurğusunun dəyəri 1346.03 manat təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil və o, mobil qurğunun əlindən su ilə dolu hovuza düşdüyünü deməmişdir. İddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(044)- 51/2020 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(044)-51/2020 saylı hökmün icrası barədə göstərişin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(044)-51/2020 saylı hökmü 10 sentyabr 2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli protokolun surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(044)-51/2020 saylı hökmü ilə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh ayağına sadə elektron qolbaq bağlanmış, 3 ədəd ev siqnal ötürücüsü, 1 ədəd mobil nəzarət qurğusu və adapter məhkuma təhvil verilmiş və ona elektron nəzarət vasitələrinə xidmət qaydaları izah edilmiş, həmçinin yaddaş kitabçası verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli protokolun surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(044)-51/2020 saylı hökmü ilə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh tətbiq edilən elektron nəzarət vasitələrinin dəyəri, həmçinin həmin vasitələri itirəcəyi və ya onu zədələyəcəyi, yaxud digər üsulla onu yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı elan edilmişdir. Biometrik məlumatların yoxlanılması üçün lisenziyalar - 88.26 manat, ev siqnal ötürücüsü - 1 ədəd 108.32 manat, mobil nəzarət qurğusu xüsusi proqram təminatı ilə 1346.03 manat, elektron qolbağ - 637.91 manat. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və təminat İdarəsinin verdiyi maliyyə arayışından görünür ki, elektron nəzarət vasitələrin-Biometrik məlumatların yoxlanılması üçün lisenziyalar - 88.26 manat, ev siqnal ötürücüsü - 1 ədəd 108.32 manat, mobil nəzarət qurğusu xüsusi proqram təminatı ilə 1346.03 manat, elektron qolbağlar - 637.91 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, vurulmuş maddi ziyan ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(044)-51/2020 saylı hökmü ilə, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və mobil nəzarət qurğusunu yararsız vəziyyətə salmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, Cavabdeh 1346.03 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1346.03 manat tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-929/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-929/2022
28.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver