Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-930/2022 06.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair mülki işə, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sadə elektron qolbağı yararsız vəziyyətə salındığına görə, dəyəri 639.91 manat əbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli 1(044)-140/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Gəncə şəhər Nizami rayon Məhkəməsinin 24.12.2021-ci il tarixli 7(044))-202/2021 saylı qərarı ilə barəsində “08 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 05.11.2021-ci il tarixli qərarı təqbiq edilməklə cəzadan azad edilmişdir. Cəza çəkdiyi müddətdə Cavabdeh yaşadığı ünvana üç ədəd ev siqnal ötürücüsü quraşdırılmış və onun ayağına sadə elektron qolbaq bağlanmışdır. Bununla yanaşı Cavabdeh bir ədəd mobil nəzarətqurğusu və onun adapteri təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri və həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yarasız vəziyyətə salacağı halda dəyərinin oindan tutulacağı Cavabdeh elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. 09.12.2021-ci il tarixdə Cavabdeh atası Azər Yusifov şöbəyə gələrək oğlunun ayağındakı qolbağı açaraq evdən getdiyini bildirmiş və məhkuma tətbiq edilmiş elektron nəzarət vasitələrini könüllü olaraq şöbəyə təqdim etmişdir. Bu zaman qolbağa baxış keçirilmiş və qolbağda çat izi olduğu və yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. 10.12.2021-ci il tarixdə Cavabdeh şöbəyə gəlmiş və şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən axtarıldığı üçün qolbağı ayağından dartılaraq açıldığını və yaşayış yerini tərk etdiyini bildirmişdir. Cavabdeh sadə elektron qolbağın dəyərini könüllü ödəmək təklif olunsa da o, vurulmuş əşyanın dəyərini könüllü ödəməkdən imtina etmişdir. Ədliyyə Nazirliyinin maliyyə və əminat idarəsinin verdiyi maliyyə arayışına görə sadə elektron qolbağın dəyəri 637.91 manat təşkil edir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaarq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştiarkı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli 2(044)-140/2020 saylı hökmünün surətindən görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsləri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına cəzasına məhkum edilmiş, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəza çəkdiyi müddət ərzində məhkumun üzərinə saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək vəzifələri qoyulmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli 2(044)-140/2020 saylı hökmün icrası barədə göstərişin surətindən görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli 2(044)-140/2020 saylı hökmü 15.12.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. 16.03.2021-ci il tarixli protokolun surətindən görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli 2(044)-140/2020 saylı hökmü ilə 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına cəzasına məhkum edilmiş X5 ayağına sadə elektron qolbaq bağlanmış, 3 ədəd ev siqnal ötürücüsü, 1 ədəd mobil nəzarət qurğusu və adapter, 1 ədəd poverbank məhkuma təhvil verilmiş və ona elektron nəzarət vasitələrinə xidmət qaydaları izah edilmiş, ona yaddaş kitabçası verilmişdir. 21.10.2020-ci il tarixli protokolun surətindən görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli 2(044)-140/2020 saylı hökmü ilə 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına cəzasına məhkum edilmiş X6 tətbiq edilən elektron nəzarət vasitələrinin dəyəri, həmçinin həmin vasitələri itirəcəyi və ya onu zədələyəcəyi, yaxud digər üsulla onu yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı elan edilmişdir. Biometrik məlumatların yoxlanılması üçün lisenziyalar - 88.26 manat, ev siqnal ötürücüsü - 1 ədəd 108.32 manat, mobil nəzarət qurğusu xüsusi proqram təminatı ilə 1346.03 manat, elektron qolbağ - 637.91 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışından görünür ki, elektron nəzarət vasitələrin-Biometrik məlumatların yoxlanılması üçün lisenziyalar - 88.26 manat, ev siqnal ötürücüsü - 1 ədəd 108.32 manat, mobil nəzarət qurğusu xüsusi proqram təminatı ilə 1346.03 manat, elektron qolbağlar - 637.91 manatdır. 10.12.2021-ci il tarixdə X7 tərəfindən verilmiş izahatdan görünür ki, X2 qolbağa vurulmuş zərərin dəyəri olan 637.91 manat məbləği könüllü olaraq ödəməkdən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, vurulmuş maddi ziyan ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli 2(044)-140/2020 saylı hökmü ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsləri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına cəzasına məhkum edilmiş, X5 ayağına sadə qolbaq bağlanmış, mobil nəzarət qurğusu, adapteri, ev siqnal ötürücüsü təhvil verilmiş və ona elektron nəzarət vasitələrinə xidmət qaydaları izah edilərək, ona yaddaş kitabçası verilmiş və həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və qolbağ çat vəziyyətində olmuşdur. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, cavabdeh X3 637.91 (altı yüz otuz yeddi manat doxsan bir qəpik) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X3 637.91 (altı yüz otuz yeddi manat doxsan bir qəpik) manat tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə ödənilsin. (Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Bakı şəhər maliyyə idarəsi VÖEN: **********, hesab № AZ66CTRE********************, SWİFT: STREAZ22, büdcə səviyyəsinin kodu 1, büdcə təsnifatının kodu 142330-a). Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-930/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-930/2022
06.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver