Məhkəmə qərarları › İş №2(044)-936/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-936/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-936/2020 26.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin nümayəndəsi Məmmədov Sahib Hökümət oğlunun, Cavabdehin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nə qarşı “pul” tələbinə qair qarşılıqlı iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-ti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17794.45 manat borc məbləğinin “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nə qarşı “pul” tələbinə qair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbi üzrə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-dən cavabdehə məxsus 7262.55 manat pulun tutularaq qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə Cavabdeh oğlu “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin X3 Aerobus- 319, 320 hava gəmilərinin stajçı-pilotu vəzifəsinə qəbul edilmişdir. Müəyyən edilmiş peşə hazırlığı mərhələsi başa çatdıqdan sonra, yeni bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxx” X2 X9 - 319, 320 hava gəmilərinin ikinci pilotu vəzifəsinə keçirilmişdir. Cavabdehlə əmək müqaviləsi müddət məhdudiyyəti olmadan, yəni müddətsiz bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 4-cü bəndinin müddəalarına müvafiq olaraq, tərəflər arasında razılaşmaya əsasən, əmək müqaviləsinə əsasən, əmək müqaviləsinin 4.35-ci bəndi ilə – işçi işəgötürənin hesabına təhsil aldığı hallarda tərəflərin öhdəliklərini tənzimləyən müddəalar daxil edilmişdir. Bağlanmış əmək müqaviləsinin 4.35-ci bəndinə əsasən cavabdeh işəgötürənin hesabına müvafiq ixtisas üzrə yenidəntəlim kurslarına göndərildiyi halda, hazırkı əmək müqaviləsinin şərtlərinə uyğun olaraq, həmin yenidəntəlim kurslarını bitirdiyi vaxtdan və ya hava gəmisinin kapitanı vəzifəsinə təyin edildiyi vaxtdan ən azı 6 il müddətində işləməyi, qeyd olunan müddət başa çatmazdan əvvəl cavabdeh öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verdikdə isə, işəgötürən tərəfindən onun təhsilinə sərf olunan bütün faktiki məsrəfləri işəgötürənə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixdə, müvafiq yenidəntəlim və tədris başa çatdıqdan sonra, bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx”QSC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxx” X1 X9-319, 320 hava gəmilərinin kapitanı vəzifəsinə qəbul edilmişdir. Cavabdehlə əmək müqaviləsi həmçinin müddət məhdudiyyəti olmadan, yəni müddətsiz bağlanmış və əmək müqaviləsinin 4.35-ci bəndinə əsasən cavabdeh işəgötürənin hesabına müvafiq ixtisas üzrə yenidən təlim kurslarına göndərildiyi halda, hazırkı əmək müqaviləsinin şərtlərinə uyğun olaraq, həmin yenidəntəlim kürslarını bitirdiyi vaxtdan və ya hava gəmisinin kapitanı vəzifəsinə təyin edildiyi vaxtdan ən azı 6 il müddətində işləməyi, qeyd olunan müddət başa çatmazdan əvvəl cavabdeh öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verdikdə isə, işəgötürən tərəfindən onun təhsilinə sərf olunan bütün faktiki məsrəfləri və müəyyən edilmiş müddətdə aldığı əmək haqqının 50 faizi məbləğində vəsaitin işəgötürənə ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə cavabdeh Aerobus-319, 320 hava gəmilərinin kapitanı vəzifəsində ən azı 6 il, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək işləməyi öhdəsinə götürmüşdür. Lakin xx.xx.2019-cu il tarixdə cavabdeh yeni yaşayış yerinə köçməsi ilə əlaqədar öz arzusu ilə əmək müqaviləsinin xx.xx.2019-cu il tarixdən xitam verilməsi barədə ərizə təqdim etmişdir. Cavabdeh qüvvədə olan əmək müqaviləsinin 4.35ci bəndi ilə nəzərdə tutulan öhdəliklərinin olması barədə xəbərdar edilmişdir, lakin o, yenidəntəlimi üçün çəkilənxərclərin pul kompensasiyasını ödəməklə öhdəliklərini icra etmək niyyətini (şifahi formada) təsdiq edərək, əmək müqaviləsinə xitam verilməsində təkid etmişdir. xx.xx.2019-cu il tarixli 201/Ş nömrəli əmrə əsasən Cavabdeh ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən ləğv edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin Maliyyə-İqtisadiyyat İdarəsinin təqdim etdiyi arayışa əsasən, cavabdeh Aerobus - 319, 320 hava gəmilərinin kapitanı ixtisası üzrə təhsili və yenidəntəlimi ilə bağlı “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin faktiki məsrəfləri 25057.00 (iyirmi beş min əlli yeddi) manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 3-cü bəndinin və Həmkarlar İttifaqı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin rəhbərliyi arasında kollektiv sazişin 4.19-cu bəndinin müddəalarına uyğun olaraq, cavabdehlə yekun hesablaşma aparılmış, həmçinin əmək müqaviləsinin 4.35-ci bəndinə əsasən cavabdehin öhdəlikləri üzrə qismən kompensasiya şəklində 7262.55 manat vəsait tutulmuşdur. Hazırda cavabdehin borcu 17794.45 manat təşkil edir. xx.xx.2019-cu il tarixdə cavabdehin qeydiyyatda olduğu ünvana, yəni ünvan 1 mənzil 4 ünvanına sifarişli məktubla bildiriş və mövcud borcun ödənilməsi üçün hesab göndərilmişdir, lakin məktub "b“ ünvan üzrə yaşamır” qeydi ilə geri qaytarılmışdır. xx.xx.2019-cu il tarixdə faktiki yaşadığı ünvana təkrarən sifarişli məktubla bildiriş və mövcud borcun ödənilməsi üçün hesab göndərilmişdir. Məktub ünvan sahibinə təqdim edilməsinə baxmayaraq, bu günə qədər cavabdeh tərəfindən mövcud borcun qaytarılması üçün heç bir tədbir görülməmişdir. İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin nümayəndəsi Məmmədov Sahib Hökümət oğlu məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəməyə qarşılıqlı iddia ərizəsinə qarşı mülahizə təqdim edərək bildirdi ki, cavabdehin öz xahişi ilə vaxtından əvvəl işdən azad olunduğuna görə ümumi borcun 7262.55 manatı (25033.09 – 7262.55 = 17794.45) əmək müqaviləsinin 4.35 bəndinə uyğun olaraq son haqq-hesabla tutulmuşdur. Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, 7262.55 manat vəsaitin QSC-dən tutulması tələbini irəli sürmüşdür. Qarşılıqlı iddianın əsası kimi cavabdeh onunla QSC arasında tam maddi məsuliyyət haqqında müqavilənin bağlanmadığını irəli sürmüş və bunu ona vurulmuş maddi zərər kimi qiymətləndirir. Qarşılıqlı iddianın müddəaları ilə razı deillər və cavabdehlə bağlanmış əmək müqaviləsinin 4.35 bəndinə uyğun olaraq, axırıncının işəgötürən qarşısında olan pul öhdəliyi əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 175-ci maddəsinin şərtinə uyğun olaraq orta aylıq əmək haqqından artıq olmayan miqdarda, yəni 7262.55 manat məbləğində tutulmuşdur. Əmək müqaviləsinin xitam olunduğu məqamda Əmək Məcəlləsinin 177-ci maddsəsinin 2-ci bəndinə uyğun olaraq cavabdehin hesablanmış orta aylıq əmək haqqı 9379.00 manat təşkil etmişdir. Məhkəmədən ilkin iddia tələbinin təmin olunması və qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia tələbi üzrə cavabdeh cəmiyyət cari tələb üzrə iddiaçıya ödənilməli olan əmək haqqı və istifadə olunmuş məzuniyyət gönlərinə görə hesablanmış kompensasiyanı qanunsuz olaraq tutmuş və iddiaçıya ödəməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh cəmiyyətdə hava gəmisi kapitanı vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə xx.xx.2019-cu il tarixə qədər çalışmış daha sonra yeni yaşayış yerinə köçməsi ilə əlaqədar işdən öz arzusu ilə çıxmışdır. İddiaçı işdən ayrılan zaman öna ödənilməli olan əmək haqqı barədə, cəmiyyət tərəfindən tutulan pul barədə hər hansı məlumat verilməmişdir. Cəmiyyət iddiaçıya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman iddiaçıya məlum olmuşdur ki, iddiaçıya ödənilməli olan 7262.55 manat məbləğində pul vəsaiti cəmiyyət tərəfindən tutulmuşdur. İddiaçı pul vəsaitinin tutulması barədə məlumatlandırılmamış, pul vəsaitinin tutulmasına dair hər hansı yazılı razılıq verilmədiyi halda bu məbləğin iddiaçıdan tutulması yol verilməzdir. Cəmiyyət iddiaçıya məxsus pul vəsaitini tutmaqla iddiaçıya maddi zərər vurmuşdur. Cəmiyyət bu halı onunla əsaslandırır ki, iddiaçının cəmiyyətə ödəməli olduğu təhsil haqqının əvəzi olaraq iddiaçıya ödənilməli olan vəsait cəmiyyət tərəfindən tutulmuşdur. Bu tamamilə qanunsuzdur və iddiaçının mülkiyyət hüquqlarının və əmək hüquqlarının kobud pozuntusudur. Əmək qanunvericiliyinin normalarından görünür ki, cəmiyyət sadəcə üç halda iddiaçıya ödənilməli olan pul vəsaitini tuta bilər - tam maddi məsuliyyət haqqında tərəflər arasında ayrıca saziş olduqda, tutulan məbləğ bir aylıq orta əmək haqqı həddində olduqda, Əmək Məcəlləsinin 199-cu maddəsində sadalanan hallarda. Cari işin faktiki hallarından görünür ki, tutulan məbləğ bir aylıq əmək haqqından artıqdır. O, cümlədən tərəflər arasında tam maddi məsuliyyət haqqında saziş yoxdur. İşin faktiki hallarından görünür ki, Əmək Məcəlləsinin 199-cu maddəsində təsbit edilən hallar cari işdə mövcud deyildir. Hər üç hal cari işdə mövcud olmadığından cəmiyyət tərəfindən pulun tutulması tamamilə qanunsuzdur və tutulan pul iddiaçıya geri qaytarılmalıdır. Cavabdehin nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə əsassızdır, təmin edilməməlidir. Məhkəmədən ilkin iddia tələbinin təmin olunmaması və qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia tələbi təmin edilməli və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC “xxxxxxxxxxxxxxxxxxxxxxx” X7 X4 A-319, A-320 hava gəmisinin kapitanı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli xasiyyətnamənin surətindən görünür ki, Cavabdeh 2006-cı ildə Milli Aviasiya Akademiyasının Hava gəmilərinin uçuş istismarı fakultəsinin Mühəndis-təyyarəçi ixtisasını fərqlənmə diplomu ilə bitirmiş, xx.xx.2008-ci il tarixində “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin “xxxxxxxxxxxxxx” Bakı Aviasiya Şirkətinin Mi-2 vertolyotunun kapitanı vəzifəsinə təyin edilmiş, xx.xx.2009-cu ildə “X13 Services” MMC-nin Mi-8 vertolyotunun 2-ci pilotu vəzifəsinə keçirilmiş, xx.xx.2010-cu ildə” X14 Services” MMC-nin S-92 tipli vertolyotun 2-ci pilotu vəzifəsinə keçirilmişdir. xx.xx.2013-cü il tarixdən “xxx” QSC-nin X8 A-319/320 HG-nin stajçı-pilotu vəzifəsinə qəbul edilmişdir. xx.xx.2014-cü il tarixdə A-319/320 hava gəmisi 2-ci pilotu vəzifəsinə təyin edilmişdir. İKAO-nun ingilis dili səviyyəsi - 5 (beş). İşlədiyi müddət ərzində özünü yalnız müsbət tərəfdən göstərmişdir. Həmişə peşəkar səviyyəsini artırmağa çalışır. Vəzifəsinə məsuliyyətlə yanaşır, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmişdir. İş materiallarında “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin Vitse-prezidenti tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin prezidentinə ünvanlanmış təqdimatdan görünür ki, Ali, Milli Aviasiya Akademiyasını fərqlənmə diplomu ilə bitirmiş Hava gəmilərinin uçuş istismarı; Mühəndis-təyyarəçi ixtisas təhsilli Cavabdeh A-319/320 HG-nin 2-ci pilotu xx.xx.2014-cü ildən X4 A-319/320 HG-nin kapitanı vəzifəsinə təyin edilməsi üçün təqdimat verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-ti ilə Ali, Milli Aviasiya Akademiyası, hava gəmilərinin uçuş istismarı, mühəndis-təyyarəçisi Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Əmək Məcəlləsinə əsasən bağlanmış müqaviləyə əsasən, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-ti X8 A-319, A-320 hava gəmisinin stajçı pilotu vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan xx.xx.2013-cü il tarixli ƏM-nə əlavədən görünür ki,Cavabdeh ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar 2014-cü ilin mart ayının 01-dən “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxx” X7 X8 A-319, A-320 hava gəmisinin stajçı-pilotu vəzifəsində hesab edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin Vitse-prezidenti tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin prezidentinə ünvanlanmış təqdimatdan görünür ki, Cavabdeh A-319/320 HG-nin stajçı-pilotu xx.xx.2013-cü ildən X4 A-319/320 HG-nin 2-ci pilotu vəzifəsinə təyin edilməsi üçün təqdimat verilmişdir. İş materiallarında olan həkim X10 rəyi ilə xx.xx.2014-cü il tarixinə qədər uçuş işinə yararlı hesab edilmiş SW Helikopter Services MMC S-92 tipli vertolyotun 2-ci pilotu Cavabdeh Fərhad oğlunun AİRBUS 319/320 ixtisası üzrə yenidən təlim keçməsi üçün MA tədris müəssisəsinin rəhbərliyinə təqdimat verilmişdir. xx.xx.2019-cu il tarixli 12/3118 saylı məktubun surətindən görünür ki, Cavabdeh əmək müqaviləsinə xitam verilənədək, “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-də əmək fəaliyyətini həyata küçirilməsi üçün bağlanılan əmək müqaviləsinin 4.35 bəndinə uyğun olaraq, Airbus A-319/320 tipli hava gəmisində yenidən təlim keçməsi ilə əlaqədar təliminə sərf edilmiş 17794.45 manat məbləğində borc bu bildirişin alındığı vaxtdan bir ay müddətində ödənilməsi, həmin borc, yuxarıda göstərilən bəndə əsasən, A-319/320 tipli hava gəmisinin kapitanı vəzifəsinə təyin edildiyi tarixdən 6 il ərzində işləmədiyinə görə yaranması, həmin məbləğin müəyyən edilmiş müddətdə ödənilmədiyi halda “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin rəhbərliyi məhkəmə instansiyalarına iddia ilə müraciət etmək və iddia tələblərinin təmin edilməsi üçün müvafiq məhkəmə müdafiəsi tətbiq etmək hüququnu özündə saxladığı bildirilmişdir. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-ti “xxxxxxxxxxxxxxxxxxxxxxx” X7 X4 A-319, A-320 hava gəmisinin 2-ci pilotu vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ƏM-nə əlavədən görünür ki, ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar 2017-ci il yanvar ayının 01-dən “xxxxxxxxxxxxxxxxxxxxxxx” X7 X4 A-319, A-320 HG-nin ikinci pilotunun aylıq vəzifə maaşı, kompensasiya xarakteri daşıyan qüvvədə olan əlavə ödənişlər və artımlar saxlanılmaqla, vahid tarif cədvəlinin 12-ci dərəcəsi üzrə 1040 manat müəyyən edilmişdir. Uçuş saatına görə əlavə ödənc verilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli xasiyyətnamənin surətindən görünür ki, Cavabdeh 2006-cı il tarixdə Milli Aviasiya Akademiyasını bitirdikdən sonra xx.xx.2013-cü il tarixdən “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin X8 stajçı-pilotu vəzifəsinə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə A-319/320 HG üzrə trenajor hazırlıq kursunu uğurla başa çatdırmış, təlim uçuşlarını başa çatdırdıqdan sonra, xx.xx.2014-cü il tarixdə uçuş yoxlamasını müvəffəqiyyətlə keçmişdir. İKAO-nun ingilis dili səviyyəsi-4 (dörd).A-319/320 HG-nin 2-ci pilotu vəzifəsinə layiq olması bildirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” X1 İstehsalı İdarəsinin A319/320 HG kapitanı, xx.xx.1983-cü il təvəllüdlü, 2006-cı ildə milli Aviasiya akademiyasını bitirmiş Cavabdeh 2008-2009-cu illərdə Mİ-2 vertolyotunun kapitanı, 2009-2013-cü illərdə isə Mİ-8, S-76, və S-82 tipli vertolyotların ikinci pilotu vəzifəsində işləmişdir. 2013-2014-cü illərdə A319/320 tipli hava gəmisinin stajçı-pilotu, 2014-2017-ci illərdə isə ikinci pilot vəzifəsində işləmişdir. Cavabdeh 30.06.- xx.xx.2017-ci il tarixində HG-nin kapitanı vəzifəsinə təyin olunmaq üçün Milli Aviasiya Akademiyasında 8 saatlıq trenajor hazırlığı keçmişdir. Hazırlıq kursunun uçuş hissəsini isə xx.xx.2017 - xx.xx.2018-ci il tarixlərində “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin uçuşları zamanı keçmişdir. Təlim uçuşlarının müddəti 118.33 saat olmuşdur. Cavabdeh xx.xx.2019-cu il tarixdən işdən çıxmaq barədə ərizə ilə rəhbərliyə müraciət etmişdir. Əmək müqaviləsinə əsasən, kapitan vəzifəsində 6 il işləmədiyi nəzərə alınaraq, onun kapitan vəzifəsinə keçmək üçün “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən çəkilən faktiki xərclər Cavabdeh tərəfindən şirkətə qaytarılmalıdır. Cavabdeh isə A319/320 tipli hava gəmisinin kapitanı vəzifəsində cəmi 1 il 8 ay işləmişdir. Cavabdeh HG-nin kapitanı vəzifəsinə təyin olunması üçün yuxarıda göstərilən hazırlıqlarla əlaqədar çəkilən xərclərin (trenajor xərci istisna olmaqla) cəmi 25057.00 manat təşkil edir. Təlim uçuşları (təlimatçı kapitanla), cəmi 24291 manat (116.03 saat *78 manat*2+116.03*78*20%)*1.22=24291 manat, şef-pilotla imtahan uçuşu, cəmi (2.3*78*3.3+2.3*78*20%)*1.22=766 manat. Cavabdeh istifadə olunmamış məzuniyyət günlərinə görə hesablanmış, lakin ödənilməmiş kompensasiya məbləği, 2019-cu ilin fevral və mart aylarına görə ödənilməli əmək haqqı ilə birlikdə cəmi 7262.55 manat təşkil edir. Cavabdeh tərəfindən əlavə olaraq 17794.45 manat ödənilməlidir. İş materiallarında olan 2017-ci il üzrə arayışdan görünür ki, A-319, A-320 HG-nin şefpilotunun aylıq vəzifə maaşı 1410 manat, A-319, A-320 HG-nin təlimatçı kapitanının aylıq vəzifə maaşı 1270 manat təşkil edir. İş materiallarında olan ikinci pilot Cavabdeh Fərhad oğlunun Airbus A319/320 tipli hava gəmisində kapitan vəzifəsinə pilot-inspektorla təlim uçuşu üçün çəkilmiş xərcin açıqlamasından görünür ki, müqavilə öhdəliyinin yerinə yetirilməməsi nəticəsində təlim uçuşuna görə pilot-inpektora vəzifə maaşına ödənilmiş əlavədən yaranan zərər 24289.07 manat təşkil edir. İş materiallarında olan ikinci pilot Cavabdeh Fərhad oğlunun Airbus A319/320 tipli hava gəmisinə kapitan vəzifəsinə şef-pilota imtahan uçuşu üçün çəkilmiş xərcin açıqlamasından görünür ki, müqavilə öhdəliyinin yerinə yetirilməməsi nəticəsində imtahan uçuşuna görə Şef-pilota vəzifə maaşına ödənilmiş əlavədən yaranan zərər-744.02 manat təşkil edir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən tərtib olunmuş cədvəldən görünür ki, Cavabdeh Fərhad oğlunun Airbus A319/320 tipli hava gəmisində təlimatçı-kapitan X6 iştirakı ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək uçuştəlimi kursları keçmişdir. İş materaillarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-ti tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh həqiqətən “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-də “xxx” X7 X4 A-319/32- hava gəmisinin kapitanı vəzifəsində işləmişdir və onun əmək haqqı 2020-ci ilin martın 01-nə 9379.00 (doqquz min üç yüz yetmiş doqquz) manat təşkil edir. İş materiallarında olan X11 İttifaqı Respublika Komitəsi arasında 2017-2019-cu illər üçün Kollektiv sazişin 4.19-cu bəndindən görünür ki, işəgötürən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175-ci maddəsinin “f” bəndinə uyğun olaraq işçilərin əmək haqqından, o cümlədən əmək müqaviləsi ləğv edildikdə hesablanan məbləğdən dəymiş ziyanın məbləğini, yaxud işçi ilə bağlanmış əmək müqaviləsində nəzərdə tutulan öhdəliklərdən irəli gələn borcun məbləğini qeyd-şərtsiz qaydada tutmaq haqqına malikdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli 295 saylı əmrin surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin komanda-uçuş heyətinin əməyinin ödənilməsi sisteminin qaydaya salınması məqsədi ilə xx.xx.2011-ci il tarixdən etibarən “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin 86 nömrəli xx.xx.2010-cu il tarixli və 254 nömrəli xx.xx.2010-cu il tarixli əmrləri qüvvədən düşmüş hesab edilməsi əmr edilmişdir və əmr “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin bütün komanda-uçuş heyətinin nəzərinə çatdırılması, ərin icrasına nəzarət vitse-prezidentə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199 və 200-ci (tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması) maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin (Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydada) “C” bəndinə görə işəgötürən işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləğini tutmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəziin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh xx.xx.2013-cü il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin X3 Aerobus-319, 320 hava gəmilərinin stajçı-pilotu vəzifəsinə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxx” X2 X9-319, 320 hava gəmilərinin ikinci pilotu vəzifəsinə keçirilmişdir. Cavabdeh ilk bağlanmış əmək müqaviləsinin 4.35-ci bəndinə əsasən cavabdeh işəgötürənin hesabına müvafiq ixtisas üzrə xx.xx.2017-xx.xx.2018-ci il tarixlərdə yenidəntəlim kurslarına göndərilmiş və yenidəntəlim kursları “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin uçuşları zamanı keçirilmişdir. xx.xx.2017-ci il tarixdə, müvafiq yenidəntəlim və tədris başa çatdıqdan sonra, bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx”QSC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxx” X1 X9-319, 320 hava gəmilərinin kapitanı vəzifəsinə qəbul edilmişdir. Cavabdeh əmək müqaviləsinin şərtlərinə uyğun olaraq, həmin yenidəntəlim kurslarını bitirdiyi vaxtdan və ya hava gəmisinin kapitanı vəzifəsinə təyin edildiyi vaxtdan ən azı 6 il müddətində işləməyi, qeyd olunan müddət başa çatmazdan əvvəl cavabdeh öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verdikdə isə, işəgötürən tərəfindən onun təhsilinə sərf olunan bütün faktiki məsrəfləri işəgötürənə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh onunla bağlanmış əmək müqaviləsinin 4.35-ci bəndinə əməl etməmiş və yeni yaşayış yerinə köçməsi ilə əlaqədar öz arzusu ilə xx.xx.2019-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ərizə vermiş və “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin xx.xx.2019-cu il tarixli 201/Ş saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bununla da Cavabdeh yenidəntəlim kurslarını bitirdiyi vaxtdan və ya hava gəmisinin kapitanı vəzifəsinə təyin edildiyi vaxtdan ən azı 6 il müddətində işləməli olduğu halda, həmin müddət başa çatmamış öz xahişi ilə vaxtından əvvəl işdən azad olunduğundan iddiaçıya olan ümumi borc olan 25033.xx xxxxxxxx 7262.55 manat əmək müqaviləsinin 4.35 bəndinə uyğun olaraq son haqq-hesabla tutulmuşdur. Hazırda Cavabdeh iddiaçıya 17794.45 (on yeddi min yeddi yüz doxsan dörd manat qırx beş qəpik) manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq işçi fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Mülki iş materialları ilə müəyyən olunur ki, qarşılıqlı iddia üzrə iddiaçı pul tələbinə dair iddia ilə bir il müddətində məhkəməyə müraciət etməli olduğu halda bunu etməmişdir. Mübahisə əmək mübahisəsindən əmələ gəldiyindən ona 1 illik iddia müddəti tətbiq olunmalıdır. Göründüyü kimi iddiaçı iddia müddətini ötürmüşdür. İş məhkəmədə araşdırılarkən qarşılıqlı iddia üzrə iddiaçı müddətin üzürlü səbəblərdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddia müddətinin ötürülməsi məhkəmə tərəfindən iddianın rədd edilməsi üçün əsas hesab edilir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, Cavabdeh 17794,45 (on yeddi min yeddi yüz doxsan dörd manat qırx beş qəpik) manat pul tutularaq, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nə verilməlidir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nə qarşı «pul» tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh 17794,45 (on yeddi min yeddi yüz doxsan dörd manat qırx beş qəpik) manat pul tutularaq, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nə verilsin. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nə qarşı «pul» tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar