Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-947/2020 04.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, cavabdehlər Cavabdeh2 oğlunun və Cavabdeh3 iştirakı ilə, X2 Cəmiyyətinin (ASC) Cavabdeh2 oğluna, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun tutulması barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh2 oğlu arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli № 1014-MB/1760 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli № 1014- MB/1760 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh2 oğlu, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada banka 1367 manat əsas borcu, 483 manat faiz borcu, 30 manat cərimə borcu olmaqla, cəmi 1880 manat pul vəsaitinin və ödənilmiş 20 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(044)- 4345/2016 saylı məhkəmə əmrinə əsasən xx.xx.1968-ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri Eminbəyli küçəsi 8-ci döngə ev 7-də yaşayan Cavabdeh2 oğlu, xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Daşkəsən rayonu Bayan kəndində yaşayan Cavabdeh1 və xx.xx.1969-cu ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri Eminbəyli küçəsi ev 91-də yaşayan Cavabdeh3 müştərək qaydada 1367 manat əsas, 483 manat faiz, 30 manat cərimə cəmi 1880 manat borcu və ödənilmiş dövlət rüsumunun əvəzində 20 manat tutularaq kreditor İddiaçı-nin hesabına köçürülməsi qərara alınmışdır. Cavabdeh3 ərizə ilə müraciət edərək, məhkəmə əmrinin ləğv edilməsini və materialların iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-947/2020 saylı qərardadına əsasən məhkəmə əmri ləğv edilmiş, ərizə üzrə materiallar iddia icraatına keçirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh2 oğlu arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli № 1014-MB/1760 saylı kredit müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə illik 29 faiz ödəmək şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməyərək krediti və faizləri ödəməmişdir. Həmin kredit üzrə iddiaçı ilə Cavabdeh1 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında Cavabdeh2 oğlu iddianı qismən qəbul edərək bildirmişdir ki, onun borcu Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanının təsirinə düşsə də, o, savadı olmadığı üçün banka vaxtında müraciət etməmiş, restruktrizasiya ilə bağlı ərizə verməmiş, buna görə də onun borcu restruktrizasiya olunmamışdır. Onun hazırda bir dəfəyə borcu ödəməyə imkanı çatmır, lakin hər ay hissəhissə ödənişlər edə bilər. Sonda Cavabdeh2 cərimənin azaldılaraq iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qismən qəbul edərək bildirdi ki, onun hazırkı borcdan məlumatı olmamışdır. O, ölkədən xaricə getmək istəyərkən ona borcu olduğu üçün ölkədən çıxışına məhduddiyyət qoyulması barədə məlumat vermişlər. Sonda Cavabdeh3 cərimənin azaldılaraq iddianın qismən təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - xx.xx.2014-cü il tarixli, 1014-MB\1760 saylı bank hesabı və kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 oğluna İddiaçı-dən 18 ay müddətinə illik 29% ödəmək şərtilə 3000 manat məbləğində kredit verilmişdir. - xx.xx.2014-cü il tarixli, 1014-MB/1760.1 və 1014-MB/1760.2 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh1 və Cavabdeh3 xx xxxxxx 2014-cü il tarixli № 1014- MB/1760 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşdür. - xx.xx.2014-cü il tarixli Kassa məxaric orderinin surətindən görünür ki, cavabdeh Bağırov X1 ASC-dən 3000 manat pul almışdır. - xx.xx.2016-cı il tarixli pretenziyadan görünür ki, borclu Cavabdeh2 oğluna xx xxxxxx 2014-cü il tarixli 1014-MB/1760 saylı kredit müqaviləsi üzrə banka 1367 manat əsas borcu, 483 manat faiz borcu, 30 manat cərimə borcu olmaqla, cəmi 1880 manat borcu olduğu barədə məlumat verilmişdir. - xx.xx.2016-cı il tarixli Maliyyə arayışından görünür ki, xx xxxxxx 2014-cü il tarixli 1014-MB/1760 saylı kredit müqaviləsinə əsasən, ödəniş cədvəlinə uyğun olaraq aparılan ödəmələr əsasında, İddiaçı -yə əsas məbləği 1367 manat, hesablanmış faizləri üzrə 483 manat, cərimə borcu üzrə 30 manat olmaqla ümumi 1880 manat məbləğində borc təşkil edir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh2 oğlu İddiaçı qarşısında götürdüyü öhdəliklərə tam əməl etmədiyinə görə iddiaçının ondan borcun ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasənzaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh1 və Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1014-MB/1760.1 və 1014-MB/1760.2 saylı zaminlik müqavilələrinə əsasən sonuncular kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Buna görə də iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh3 da borcun ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1014-MB\1760 saylı bank hesabı və kredit müqaviləsində cərimə haqqında razılaşma öz əksini tapmışdır. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 5 manat müəyyən olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 1367 manat əsas, 483 manat faiz və 5 manat cərimə olmaqla cəmi 1855 manat məbləğində borc cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə İddiaçı -nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğindəpul vəsaitinin 25 manat məbləğində hissəsi də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki – ProsessualMəcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 oğlundan, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada 1367 manat əsas, 483 manat faiz, 5 manat cərimə olmaqla, cəmi 1855 (bir min səkkiz yüz əlli beş) manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun 25 (iyirmi beş) manatı tutularaq iddiaçı X2 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-947/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-947/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver