Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-95/2022 16.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Modem TP-Link üçün 8 manat ödənilməmiş hissə, 2 manat cərimə, İMEİ kodu: **********89685 olan Samsung Galaxy J8 telefon üçün 516 manat ödənilməmiş hissə, 142 manat cərimə, cəmi 658 manat, Power Bank mi 10000 mah üçün 42 manat ödənilməmiş hissə, 13 manat cərimə, Power Bank mi 10000 mah üçün 80 manat ödənilməmiş hissə, 24 manat cərimə, İMEİ kodu: **********35827 olan Samsung J2 telefon üçün 266 manat ödənilməmiş hissə, 51 manat cərimə, İMEİ kodu: **********29726 olan Samsung galaxy A10 telefon üçün 336 manat ödənilməmiş hissə, 92 manat cərimə, İMEİ kodu: **********81839 olan Samsung galaxy A10 telefon üçün 336 manat ödənilməmiş hissə, 92 manat cərimə, Modem TP- Link, musiqi mərkəzi Hoffmann üçün 306 manat ödənilməmiş hissə, 56 manat cərimə, OTG micro USB, Wall charger LDNİO 2USB, USB Cable Joyroom, SanDisk Cruzer Blade 8GB aksesuar üçün 48 manat ödənilməmiş hissə, 14 manat cərimə, ümumilikdə 2424 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində bildirmişdir ki, cavabdeh, "xxxx" MMC ilə 24.08.2018-ci il tarixli və 22.10.2018-ci il, 12.11.2018-ci il, 29.11.2018-ci il, 10.01.2019-cu il, 02.05.2019-cu il, 22.05.2019-cu il, 27.05.2019-cu il, 05.06.2019-cu il tarıxlı müqaviləsinə əsasən, Modem TP-LİNK, İMEİ kodu **********89685 Samsung Galaxy J8 telefon, 2 ədəd Power Bank mi 10000mah, İMEİ kodu **********35827 Samsung J2 telefon, İMEİ kodu **********29726 Samsung galaxy A10 telefon, İMEİ kodu **********81839 Samsung galaxy A10 telefon, Modem TP-LİNK, Musiqi mərkəzi HOFFMANN, OTG Micro USB, Wall charger LDNİO 2USB, USB Cable Joyroom, SanDisk Cruzer Blade 8GB aksesuar almış və nəticədə 2424 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.08.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 72 manat (9 ay x 8 manat) Modem TP-LİNK üçün 10 manat olmaqla ondan, 8 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu; 22.10.2018-ci il tarıxli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 829 manat (18 ay x 43 manat + 55 manat ilkin ödəniş) İMEİ kodu **********89685 Samsung Galaxy J8 telefon üçün 658 manat olmaqla ondan, 576 manat ödənilməmiş hissə, 142 manat dəbbə pulu; 12.11.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 72 manat (72 ay x 6 manat) Power Bank mi 10000mah üçün 55 manat olmaqla ondan, 42 manat ödənilməmiş hissə, 13 manat dəbbə pulu; 29.11.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 180 manat (9 ay x 20 manat) Power Bank mi 10000 mah üçün 104 manat olmaqla ondan, 80 manat ödənilməmiş hissə, 24 manat dəbbə pulu; 10.01.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 380 manat (20 ay x 19 manat) İMEİ kodu **********35827 Samsung J2 telefon üçün 317 manat olmaqla ondan, 266 manat ödənilməmiş hissə, 51 manat dəbbə pulu; 02.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 348 manat (12 ay x 28 manat + 12 manat ilkin ödəniş) İMEİ kodu **********29726 Samsung galaxy A10 telefon üçün 428 manat olmaqla ondan, 336 manat ödənilməmiş hissə, 92 manat dəbbə pulu; 22.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 340 manat (12 ay x 28 manat + 4 manat ilkin ödəniş) İMEİ kodu **********81839 Samsung galaxy A10 telefon üçün 428 manat olmaqla ondan, 336 manat ödənilməmiş hissə, 92 manat dəbbə pulu; 27.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 306 manat (18 ay x 17 manat) Modem TP-LİNK , Musiqi mərkəzi HOFFMANN üçün 362 manat olmaqla ondan, 306 manat ödənilməmiş hissə, 56 manat dəbbə pulu; 05.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 48 manat (6 ay x 8 manat) OTG Micro USB, wall charger LDNTO 2USB , USB Cable Joyroom, SanDisk Cruzer Blade 8GB aksesuar üçün 62 manat olmaqla ondan, 48 manat ödənilməmiş hissə, 14 manat dəbbə pulu miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 637 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 1938 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, o, Vətən müharisəbində iştirak etdiyi üçün borcda gecikmələri olub, müharibədən qayıtdıqdan sonra Yaşat fonduna kredit borcunun ödənilməsində köməklik edilməsi ilə bağlı müraciət etmiş, orada ona fond tərəfindən məsələnin həlli ilə bağlı köməklik edəcəklərini bildirmişlər. Haızrda o, İİİ qrup əlildir və borcunu müqavilə üzrə ödəməyə razıdır. Sonda o, iddianın qismən təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 24.08.2018-ci il tarixli K00264766 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 65 manat olan Modem TP-Link TD-W8961N qiyməti 72 manat olan, ayda 8 manat olmaqla, 9 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 24.08.2018-ci il tarixli K00264766 nömrəli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 06.10.2018-ci il tarixdən 06.06.2019-cu il tarixədək 09 ay ərzində hər ayın 6-ı tarixində ayda 8 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 22.10.2018-ci il tarixli 00344664 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 580 manat olan Samsung Galaxy J8 2018 DS (SM J 810) markalı telefonu, ilkin ilkin 55 manat, ayda 43 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 22.10.2018-ci il tarixli 00344664 saylı müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 04.12.2018-ci il tarixdən 04.05.2020-ci il tarixədək 18 ay ərzində hər ayın 4-ü tarixində ayda 43 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 12.11.2018-ci il tarixli 00370288 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 49 manat olan Power Bankı mi (10000mah-original), ayda 6 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 12.11.2018-ci il tarixli 00370288 saylı müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 25.12.2018-ci il tarixdən 25.11.2019-cu il tarixədək 12 ay ərzində hər ayın 25-i tarixində ayda 6 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 29.11.2018-ci il tarixli 00394247 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 159 manat olan Power Bank Mİ 10000MAH-original (2usb), Tərəzi Redmond RS- 733, Dect Gigaset A220 white, ayda 20 manat olmaqla, 09 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 29.11.2018-ci il tarixli 00394247 sayl; müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 12.01.2019-cu il tarixdən 12.09.2019-cu il tarixədək 09 ay ərzində hər ayın 12-i tarixində ayda 20 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 10.01.2019-cu il tarixli 00464237 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 958 manat olan Samsung Galaxy J8 2018 DS (SM J 810), Samsung H2 2018 DS (J250) markalı tel/tabı, ayda 19 manat olmaqla, 20 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 10.01.2019-cu il tarixli 00464237 saylı müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 23.02.2019-cu il tarixdən 23.09.2020-ci il tarixədək 20 ay ərzində hər ayın 23-ü tarixində ayda 19 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 02.05.2019-cu il tarixli 00640934 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 280 manat olan Samsung galaxy A10 (SM-A105) tel/tabı,ilkin 12 manat ayda 28 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 02.05.2019-cu il tarixli 00640934 saylı müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 15.06.2019-cu il tarixdən 15.05.2020-ci il tarixədək 12 ay ərzində hər ayın 15-i tarixində ayda 28 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 22.05.2019-cu il tarixli 00676044 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 280 manat olan Samsung galaxy A10 (SM-A105) tel/tabı, ilkin 4 manat ayda 28 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 22.05.2019-cu il tarixli 00676044 saylı müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 04.07.2019-cuil tarixdən 04.06.2020-ci il tarixədək 12 ay ərzində hər ayın 4-ü tarixində ayda 28 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 27.05.2019-cu il tarixli 00686149 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 260 manat olan Musiqi mərkəzi Hoffmann TS-50 Space, Modem TP-Link TD- W8961N, ayda 17 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 27.05.2019-cu il tarixli 00686149 saylı müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 09.07.2019-cu il tarixdən 09.12.2020-ci il tarixədək 18 ay ərzində hər ayın 9-u tarixində ayda 18 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 05.06.2019-cu il tarixli 00705118 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 32 manat olan OTG Micro USB, Wall charger LDNİO 2USB Output+Micro Usb cabl, USB Cable Joyroom S-L317 Micro Black, SanDisk Cruzer Blade 8GB, ayda 8 manat olmaqla, 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 05.06.2019-cu il tarixli 00705118 saylı müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 18.07.2019-cu il tarixdən 18.12.2019-cu il tarixədək 6 ay ərzində hər ayın 18-i tarixində ayda 8 manat ödənilməsi nəzərdə tutulmuşdur. 01.05.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24.08.2018-ci il tarixli müqaviləyə əsasən əsas borca ödənilmiş məbləği 64 manat, ödənilməmiş məbləği 8 manat, cərimə 2 manat, cəmi 10 manat, 22.10.2018-ci il tarixli müqaviləyə əsasən əsas borca ödənilmiş məbləği 313 manat, ödənilməmiş məbləği 516 manat, cərimə 142 manat, cəmi 658 manat, 12.11.2018-ci il tarixli müqaviləyə əsasən əsas borca ödənilmiş məbləği 30 manat, ödənilməmiş məbləği 42 manat, cərimə 13 manat, cəmi 55 manat, 29.11.2018ci il tarixli müqaviləyə əsasən əsas borca ödənilmiş məbləği 100 manat, ödənilməmiş məbləği 80 manat, cərimə 24 manat, cəmi 104 manat, 10.01.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca ödənilmiş məbləği 114 manat, ödənilməmiş məbləği 206 manat, cərimə 51 manat, cəmi 317 manat, 02.05.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca ödənilmiş məbləği 12 manat, ödənilməmiş məbləği 336 manat, cərimə 92 manat, cəmi 428 manat, 22.05.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca ödənilmiş məbləği 4 manat, ödənilməmiş məbləği 336 manat, cərimə 92 manat, cəmi 428 manat, 27.05.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca ödənilməmiş məbləği 306 manat, cərimə 56 manat, cəmi 362 manat, 05.06.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca ödənilməmiş məbləği 48 manat, cərimə 14 manat, cəmi 62 manat ümumilikdə 2424 manat borc təşkil edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsidir. Alqı-satqı müqaviləsinin ən əsas şərti əşyanın alıcının mülkiyyətinə verilməsi və həmin əşyanın qiymətinin alıcı tərəfindən ödənilməsidir. Nisyə alqı-satqı müqaviləsi bağlanarkən ilk növbədə əşyanın qiyməti müəyyən edilməli, daha sonra isə onun ödəniş qaydası razılaşdırılmalıdır. Yəni əşyanın ödəniş qaydası əşyanın müqavilə ilə müəyyən edilmiş qiymətinin ödənilməsinə xidmət etməlidir. Lakin tərəflər arasında bağlanmış müqavilədə əşyanın qiyməti başqa məbləğdə göstərilir, ödəniş qrafikinə uyğun hesablandıqda isə başqa məbləğ ortaya çıxır. 24.08.2018-ci tarixli müqavilədə satılan Modem TP-Link TD-W8961N-nin qiyməti 65 manat göstərildiyi halda həmin məbləği 9 aya böldükdə iddiaçı 8 manat almışdır. Halbuki, 9 ay ərzində 8 manat ödənildikdə alınan məbləğ 72 manatdır. Bu zaman alınan malın qiyməti ilə ödənilməsi tələb edilən məbləğ arasında 7 manat, başqa sözlə 10,8% fərq vardır. 22.10.2018-ci tarixli müqavilədə satılan Samsung Galaxy J8 2018 DS (SM J 810) markalı telefonu qiyməti 580 manat göstərildiyi halda həmin məbləği 18 aya böldükdə iddiaçı 43 manat almışdır. Halbuki, ilkin ödəniş 55 manat olmaqla 18 ay ərzində 43 manat ödənildikdə alınan məbləğ 829 manatdır. Bu zaman telefonun qiyməti ilə ödənilməsi tələb edilən məbləğ arasında 249 manat, başqa sözlə 43% fərq vardır. 12.11.2018-ci tarixli müqavilədə satılan Power Bankı mi (10000mah-original),qiyməti 49 manat göstərildiyi halda həmin məbləği 12 aya böldükdə iddiaçı 6 manat almışdır. Halbuki, 12 ay ərzində 6 manat ödənildikdə alınan məbləğ 72 manatdır. Bu zaman telefonun qiyməti ilə ödənilməsi tələb edilən məbləğ arasında 23 manat, başqa sözlə 47 % fərq vardır. 29.11.2018-ci tarixli müqavilədə satılan Power Bank Mİ 10000MAH-original (2usb), Tərəzi Redmond RS-733, Dect Gigaset A220 white qiyməti 159 manat göstərildiyi halda həmin məbləği 9 aya böldükdə iddiaçı 20 manat almışdır. Halbuki, 9 ay ərzində 20 manat ödənildikdə alınan məbləğ 180 manatdır. Bu zaman alınan malların qiyməti ilə ödənilməsi tələb edilən məbləğ arasında 21 manat, başqa sözlə 13.3 % fərq vardır. 10.01.2019-cu tarixli müqavilədə satılan Samsung J2 2018 DS (J250) markalı telefonun qiyməti 270 manat göstərildiyi halda həmin məbləği 20 aya böldükdə iddiaçı 19 manat almışdır. Halbuki, 20 ay ərzində 19 manat ödənildikdə alınan məbləğ 380 manatdır. Bu zaman alınan malın qiyməti ilə ödənilməsi tələb edilən məbləğ arasında 110 manat fərq vardır. 02.05.2019-cu tarixli müqavilədə satılan Samsung galaxy A10 (SM-A105) tel/tabı qiyməti 280 manat göstərildiyi halda həmin məbləği 12 aya böldükdə iddiaçı 28 manat almışdır. Halbuki, ilkin ödəniş 12 manat, 12 ay ərzində 28 manat ödənildikdə alınan məbləğ 348 manatdır. Bu zaman alınan malların qiyməti ilə ödənilməsi tələb edilən məbləğ arasında 68 manat, başqa sözlə 25 % fərq vardır. 22.05.2019-cu tarixli müqavilədə satılan Samsung galaxy A10 (SM-A105) tel/tabı qiyməti 280 manat göstərildiyi halda həmin məbləği 12 aya böldükdə iddiaçı 28 manat almışdır. Halbuki, ilkin ödəniş 4 manat olmaqla 12 ay ərzində 28 manat ödənildikdə alınan məbləğ 340 manatdır. Bu zaman alınan malların qiyməti ilə ödənilməsi tələb edilən məbləğ arasında 60 manat, başqa sözlə 25 % fərq vardır.27.05.2019-cu tarixli müqavilədə satılan Musiqi mərkəzi Hoffmann TS-50 Space, Modem TP-Link TD-W8961N, qiyməti 260 manat göstərildiyi halda həmin məbləği 18 aya böldükdə iddiaçı 17 manat almışdır. Halbuki, 18 ay ərzində 17 manat ödənildikdə alınan məbləğ 306 manatdır. Bu zaman alınan malların qiyməti ilə ödənilməsi tələb edilən məbləğ arasında 21 manat, başqa sözlə 18% fərq vardır. 05.06.2019-cu tarixli müqavilədə satılan OTG Micro USB, Wall charger LDNİO 2USB Output+Micro Usb cabl, USB Cable Joyroom S-L317 Micro Black, SanDisk Cruzer Blade 8GB, qiyməti 32 manat göstərildiyi halda həmin məbləği 6 aya böldükdə iddiaçı 8 manat almışdır. Halbuki, 6 ay ərzində 8 manat ödənildikdə alınan məbləğ 48 manatdır. Bu zaman alınan malların qiyməti ilə ödənilməsi tələb edilən məbləğ arasında 16 manat, başqa sözlə 50% fərq vardır. Göründüyü kimi iddiaçı malın qiymətini müqavilədə konkret razılaşdırmalarına baxmayaraq nəyə əsasən cavabdehdən razılaşdırılmış qiymətlərdən əlavə ödəniş tələb edilməsini əsaslandırmamışdır. Ödəniş cədvəlinin tərəflər arasında razılaşdırılması və müqavilənin tərkib hissəsi olması iddiaçının tələbinin əsaslı olmasına dəlalət edə bilməz. Çünki ödəniş cədvəli malın qiymətini yox, onun ödənilməsi qaydasını müəyyən edir. Başqa sözlə, malın qiyməti ödəniş cədvəlinə yox, ödəniş cədvəli malın qiymətinə uyğun olmalıdır. İddiaçının nümayəndəsinin nağd və nisyə satış qiymətlərinin arasında fərq olması ilə bağlı gətirdiyi dəlil də əsaslı deyildir. Belə ki, müqavilədə malın qiyməti qrafasında yalnız bir qiymət göstərilmişdir. Nağd və nisyə satış qiymətlərinin arasında fərq olacağı ilə bağlı müqavilədə heç bir şərt nəzərdə tutulmamışdır. İddiaçı mal və xidmətləri cavabdehə 22.10.2018-ci il tarixli müqavilədə 829 manata, 12.11.2018-ci il tarixli müqavilədə 72 manata, 29.11.2018-ci il tarixli müqavilədə 180 manata, 10.01.2019-cu il tarixli müqavilədə 380 manata, 02.05.2019-cu il tarixli müqavilədə 348 manata, 22.05.2019-cu il tarixli müqavilədə 340 manata, 27.05.2019-cu il tarixli müqavilədə 306 manata, 05.06.2019-cu il tarixli müqavilədə 48 manata, satıldığını və cavabdehin müvafiq olaraq 1-ci müqavilə üzrə 64 manat, 2-ci müqavilə üzrə 313 manat, 3-cü müqavilə üzrə 30 manat, 4-cü müqavilə üzrə 100 manat və 5-ci müqavilə üzrə 114manat, 6-cı müqavilə üzrə 12 manat, 7-ci müqavilə üzrə 4 manat ödəniş etdiyini bildirmişdir. Məhkəmə yuxarıdakı mövqeyə uyğun olaraq hesab edir ki, iddiaçının satdığı mal və xidmətlərin müqavilədə konkret olaraq qiymətləri göstərildiyindən, həmin qiymətə əlavənin hesablanması üçün heç bir hüquqi əsas müəyyən edilmədiyindən iddiaçının tələbi yalnız mal və xidmətlərin müqavilə ilə təsbit edilmiş qiymətləri çərçivəsində əsaslı hesab edilməlidir. Buna görə də məhkəmə cavabdehdən aldığı mal və xidmətlərə görə 22.10.2018-ci il tarixli müqavilə üzrə 65 manat puldan ödədiyi 64 manatı çıxaraq qalan 1 manat borcun, 22.10.2018-ci il tarixli müqavilə üzrə 580 manat puldan ödədiyi 313 manatı çıxaraq qalan 267 manat borcun, 12.11.2018-ci il tarixli müqavilə üzrə 49 manat puldan ödədiyi 30 manatı çıxaraq qalan 19 manat borcun, 29.11.2018-ci il tarixli müqavilə üzrə 159 manat puldan ödədiyi 100 manatı çıxaraq qalan 59 manat borcun, 10.01.2019-ci il tarixli müqavilə üzrə 958 manat puldan ödədiyi 114 manatı çıxaraq qalan 844 manat borcun, 02.05.2019-cu il tarixli müqavilə üzrə 280 manat puldan ödədiyi 12 manatı çıxaraq qalan 268 manat borcun, 22.05.2019-cu il tarixli müqavilə üzrə 280 manat puldan ödədiyi 4 manatı çıxaraq qalan 276 manat borcun, 27.05.2019-cu il tarixli müqavilə üzrə 260 manat borcun, 05.06.2019-cu il tarixli müqavilə üzrə 32 manat borcun tutulmasını əsaslı hesab edir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 24.08.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1 manat ödənilməmiş hissə, 22.10.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 267 manat ödənilməmiş hissə, 12.11.2018-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 19 manat, 29.11.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 59 manat, 10.01.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 156 manat, 02.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 268 manat, 22.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 276 manat, 27.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 260 manat, 05.06.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 32 manat,ümumilikdə 1338 manat borc Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 20 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24.08.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1 manat ödənilməmiş hissə, 22.10.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 267 manat ödənilməmiş hissə, 12.11.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 19 manat, 29.11.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 59 manat, 10.01.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 156 manat, 02.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 268 manat, 22.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 276 manat, 27.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 260 manat, 05.06.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 32 manat,ümumilikdə 1338 manat (min üç yüz otuz səkkiz) manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun 20 (iyirmi) manatı tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-95/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-95/2022
16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver