Məhkəmə qərarları › İş №2(044)-98/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-98/2021

29.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-98/2021 29.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Cabbarov Səttar Rafiq oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Cabbarov Səttar Rafiq oğluna qarşı “tikilinin sökülməsi, darvazanın götürülməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cabbarov Səttar Rafiq oğluna qarşı “tikilinin sökülməsi, darvazanın götürülməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ümumi açılan yola qoyulmuş giriş-çıxış darvazasının sökülüb götürülməsi, cavabdeh tərəfindən onun evinə bitişik tikilmiş hamam – tualetin sökülməsi və cavabdeh tərəfindən evinə bitişik hamam tualetdən yaranan rütubət nəticəsində evin təmiri üçün xərclənmiş 5000 (beş min) manat maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh ilə qonşudur və cavabdeh küçənin ümumi istifadədə olan hissəsinə gediş-gəliş darvazası qoymuş, onun ailəsi məcburiyyət qarşısında qalaraq başqa küçədən getməyə məcbur olur. Cavabdehin özünə darvaza qoyduğu yol şəhərin ümumi layihəsinə görə olan yoldur. Cavabdehin ümumi gediş - gəliş yoluna dəmir darvaza qoyması nəticəsində onların həyətlərini güclü yağışlar yağanda su basır, hər dəfə güclü yağışlar yağanda onlar ancaq su ilə çalışırlar ki, su evin zirzəmisini basmasın. Cavabdeh onun evinin divarına bitişik hamam-tualet düzəltmiş, həmin hamam-tualetin onun evinə bitişik olması nəticəsində onun evinin divarı nəmlənərək sökülmüş, o, indiyədək evinin nəmlənmiş hissəsini 4 dəfə təmir etdirməsinə baxmayaraq, faydası olmamışdır. Onun evinin təmirə görə xərclədiyi 5000 (beş min) manat məbləğində ziyan cavabdehdən alınıb ona verilməlidir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə iddia həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək,hazırda cavabdeh döngənin sonunda yerləşən evinin qarşısında olan torpaq sahəsini zəbt edərək ora iki ədəd iç-içə darvaza qoymuş, nəticədə isə döngə dalana çevrilmişdir. Bu isə qonşuların hüququnu pozmaqla yanaşı, eyni zamanda sanitariya-gigiyena, yanğın təhlükəsizliyi, şəhərsalma qaydalarını da pozur. İddia ərizəsində göstərdiyi kimi darvaza qoyulması nəticəsində yağış suları döngədə, hazırkı vəziyyətdə isə dalanda qalır və axmağa yueri olmadığından gölməçə yaranır, həmin gölməçədə olan yağış suları isə sonra onun həyətinə və birinci mərtəbədə yerləşən evinə daxil olur. Döngədə heç bir kanalizasiya quyusu olmadığından, suyun axımının qarşısının süni surətdə bağlanması nəticəsində yağış suları yalnız günəş şüaları ilə buxarlanaraq quruyur. Bundan başqa, cavabdeh özünə divar hördürmədən onun divarın abitişik, onun divarından istifadə etməklə hamamtualet tikdirmişdir. Hətta bu az imiş kimi, onun divarına bitişik, yerin altında su hovuzu da inşa etdirmişdir. Məhkəmə mübahisəsi davam etdiyi müddətdə hətta hamam-tualetin üstündə yenə də onun mülkiyyətində olan divardan istifadə etməklə mətbəx də inşa etdirmişdir. Hamam tualetin yanından isə onun divarına bitişik əl damları, yuxarıdan böyük bir zal, onun yanında isə mətbəx tikdirmişdir. Onun divarının ikinci mərtəbəsi tək kərpicdən tikilmişdir. O, dəfələrlə cavabdehdən divar tikdirməsini, onun divarınmdan istifadə etməməsini tələb etmiş, lakin cavabdeh buna əhəmiyyət verməmişdir. Hətta bunlar azmış kimi, onun evinin novdanını da sökdürmüşdür ki, özünün mətbəxinin və zalının tavanını vurdura bilsin. Cavabdeh onun novdanına söykənən yandama düzəltdirmiş, cakuzi vannasını, su termostatı sistemini onun barısına birləşdirmişdir. Cavabdeh tərəfindən döngənin giriş-çıxışını zəbt edən qanunsuz darvazanın götürülməsi, cavabdeh tərəfindən Gəncə şəhəri İsmət Qayıbov küçəsi ev 74-də onun mülkiyyətində olan divardan istifadə etməklə inşa edilmiş su anbarı, hamam - tualet, zalın, əl damlarının və mətbəxin sökülməsi, gələcəkdə də cavabdeh tərəfindən bu cür pozuntuların baş verəcək ehtimalını nəzərə alaraq onun evinin mətbəxinə bitişik olan divarına dövlət orqanı tərəfindən kamera qoyulmasına və nəzarətin həyata keçirilməsinə, ona dəymiş 5000 (beş min) manat ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdeh məhkəmə iclasında bildirdi ki, onun yaşadığı ev ona ulu babasından miras qalmışdır. Ümumi işlək yol deyilən hissə həmişə onun ailəsinin sahibliyində olmuş, 1973cü ildə darvaza qoyulmuşdur. Təbii fəlakət, yəni leysan yağışları nəticəsində bir çoxlarına eləcə də onun evinə ziyan dəymiş, səbəbi isə güclü yağış və həmin vaxt küçədə çəkilən su və kanalizasiya xəttinin inşasında mühəndis işlərinin düzgün aparılmaması, döngənin qabağında qazılıb çıxarılmış torpaq topası küçədə yuxarıdan gələn sel-yağış sularının döngəyə axması olmuşdur. 1988-ci ildə həyətlərində yeraltı hovuz tikdirərkən hovuzla nənəsinin aybalası evinin ara məsafəsi 1 metrə yaxın olmuş, lakin ev hovuzdan nəm çəkməmişdir. 1989-cu-90-cı illərdə dayısı Elçin köhnə evi sökdürüb yenisini tikdirərkən ara divra, onlarla şərik tikdirilmiş, bu şərtlə ki, əgər onlardan biri həmin yerdə əlavə nəsə tikdirərsə ayrıca divar hördürməlidir. Buna görə 1990-cı ildə onların tərəfindən əlavə barı tikilməklə hamam tualet, əl damları tikilmiş, inşa olunmuş hər bir tikili öz tikdirdikləri bünövrənin üstündədir, hamam və tualet də istifadə olunan su xətti tərəflərindən sökülmüş ümumi divardan 1-1.2 metr məsafədə qurulmuş, su isitmə aqriqatı “kalonka” çöldədir. Ö, həqiqətən onlar tərəfindən iddiaçının təmirinə zərər dəymişsə, zərəri ödəməyə hazırdır. O, İddiaçı ilə bir qonşu kimi əvvəllər normal qonşuluq münasibətlərində olmuş və aralarında heç bir problem olmamışdır. Lakin son vaxtlarda aralarında mübahisələri yaranmasına baxmayaraq o, həyətində tikililər inşa etdirən vaxt Nurlana özü də gələrək ona xeyir dua vermiş və heç bir narazılıq etməmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 27.11.2006-cı il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi, 92 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən 25.07.2019-cu il tarixdə verilmiş məktubdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi, 80 saylı ünvadna yerləşən fərdi yaşayış evi 10.02.2009-cu il tarixli, **********77-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X1 mülkiyyətindədir. ünvan 1 ünvanda qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən 09.08.2019-cu il tarixdə verilmiş məktubdan görünür ki, Kirovabad şəhəri, M.Əzizbəyov küçəsi, 332 saylı ünvanda aparılmış inventarlaşdırma zamanı mülkün X2 istifadəsində olduğu göstərilmişdir. Bu fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.03.2021-ci il tarixli 10/3771 saylı rəyindən görünür ki, Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsində yerləşən 90 saylı evin həyətində yerləşən hamam-tualet tikililərin inşaası Azərbaycan Respublikası nazirlər Kabinetinin 04.09.2000ci il tarixli 160 saylı qərraı ilə təsdiq edilmiş, “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərindsə dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1 və 4.2 bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun inşa olunmadığı müəyyən edilmişdir. Gəncə şəhəri, Nizami rayonu, Totanlı küçəsində yerləşəniddiaçıya məxsus yaşayış otağının divarı cavavdehə məxsus hamam-ayaqyolu tikilisinə bitişik vəziyyətdə olduğunu və eləcə də, yaşayış otağının divarı və döşəməsi üzərində (cavabdehə məxsus hamam – ayaqyolu tikililəri tərəfindən) su sızma ləkələrinin olduğunu nəzərə alaraq, ünvan 2 ünvanda yerləşən hamam-ayaqyolu tikilisindən suyun sızdığı və nəticədə ziyan dəydiyi müəyyən edilmişdir. Gəncə şəhəri, Nizami rayonu, Totanlı küçəsində yerləşən yaşayış evinin tikilisinə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 664.0 manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertizası Mərkəzinin 15.03.2021-ci il tarixli 10/3771 saylı rəyi ilə müəyyən olundu ki, Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsində yerləşən 90 saylı evin həyətində yerləşən hamam-tualet tikililərin inşası tikinti norma və qaydalarına uyğun inşa olunmamış, iddiaçıya məxsus ünvanda yerləşən yaşayış otağının divarı və döşəməsi üzərində su sızma ləkələri ünvan 2 ünvanda yerləşən hamam-ayaqyolu tikilisindən suyun sızması nəticəsində yaranmış və həmin qüsurların aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 664.0 manat məbləğindədir. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən ümumi açılan yola qoyulmuş giriş-çıxış darvazasının sökülüb götürülməsi, su anbarı, zalın, əl damlarının və mətbəxin sökülməsi, gələcəkdə də cavabdeh tərəfindən bu cür pozuntuların baş verəcək ehtimalını nəzərə alaraq onun evinin mətbəxinə bitişik olan divarına dövlət orqanı tərəfindən kamera qoyulmasına və nəzarətin həyata keçirilməsi hissələrinə qiymət verərək hesab edir ki, iddia tələbinin həmin hissəsinə dair iddiaçı tərəfindən sübutlar təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsində yerləşən 90 saylı evin həyətində yerləşən hamam-tualet tikililəri sökülməli, Cavabdeh 664.0 (altı yüz altmış dörd) manat alınaraq İddiaçı verilməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh oğlundan tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsində yerləşən 90 saylı evin həyətində yerləşən hamam-tualet tikililəri sökülsün. Cavabdeh 664.0 (altı yüz altmış dörd) manat alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar