Məhkəmə qərarları › İş №2(045)-1004/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1004/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1004/2025 03.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh borcunu könüllü ödəmədiyinə görə ondan 418,77 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azəriqaz” X1 X4 İdarəsi ilə Cavabdeh (kod: **********00000) arasında AK-06417/08-24 saylı, xx.xx.2024-cü il tarixli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün İstehlakçi ilə Paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətinə tam ödənilməlidir. Qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri tam ödənilməlidir.Bağlanılmış müqaviləyə əsasən Cavabdeh adına qeydiyyata alınmış fərdi yaşayış evi İddiaçı Gəncə X4 İdarəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. Lakin, Cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş və istifadə olunan təbii qazın dəyərini ödəməmişdir. Nəticədə istifadə etdiyi təbii qazın dəyərinə görə cavabdehin ‘Azəriqaz” X1 X4 İdarəsinə 418.77 manat məbləğində debitor borcu yaranmışdır.Məhkəməyə qədər müddət ərzində cavabdehə tərəflərindən borcun ödənilməsi barədə göndərilmiş xx.xx.2025-ci il tarixli, HŞ-01/13-082 saylı xəbərdarlıq məktubu borcun ödənişi təmin edilməmişdir. Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əməl etməmiş və İddiaçı Gəncə X4 İdarəsinə 418,77 manat məbləğində debitor borcu yaranmışdır. Borc əsaslıdır, istehlakçı tərəfindən ödənilməlidir. Lakin, cavabdeh borcu könüllü ödəməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi X5 cavabdeh tərəfindən ödənişin edilmədiyini və hazırda borcunun artaraq 448,34 manat təşkil etdiyini bildirdi, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı İB-nin Gəncə RQİİ (paylayıcı) ilə Cavabdeh (istehlakçı) arasında bağlanmış AK-06417/08-24 saylı, xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri Dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini və təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2025-ci il tarixli, HŞ-01/13-082 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh debitor borcunun ödənilməsi üçün lazimi qaydada məlumat verilmişdir; xx.xx.2025-ci il tarixli abonentin saldosu sənədindən görünür ki, **********00000 saylı abonent Cavabdeh 2025-ci il iyun ayı üzrə 448,34 manat borcu yaranmışdır; X2 **********61 saylı, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə müəyyən edilmiş halları nəzərə alaraq qeyd edir ki, cavabdeh istifadə etdiyi təbii qazın dəyərini müqavilə və qanunvericiliklə müəyyən edilmiş qaydada tam həcmdə ödəmədiyindən İddiaçınə 448,34 manat məbləğində borcu yaranmışdır. MPM-in: 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 418,77 manat məbləğində debitor borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olununlara əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 418,77 manat məbləğində debitor borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar