Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1040/2023 15.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********98139 SAMSUNG GALAXY A10S markalı telefon üçün 262.8 (iki yüz altmış iki manat səksən qəpik) manat ödənilməmiş hissə, 26.2 (iyirmi altı manat iyirmi qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********85087 XİAOMİ REDMİ 9T markalı telefon üçün 50 (əlli) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə miqdarında borc, ümumilikdə 344 manat borc və ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********98139 SAMSUNG GALAXY A10S markalı telefon, İMEİ kodu **********85087 XİAOMİ REDMİ 9T markalı telefon almış və nəticədə 344 (üç yüz qırx dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 352.8 (üç yüz əlli iki manat səksən qəpik) manat (12 ay x 29.4 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********98139 SAMSUNG GALAXY A10S markalı telefon üçün ümumilikdə, 289 (iki yüz səksən doqquz) manat olmaqla ondan, 262.8 (iki yüz altmış iki manat səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 26.2 (iyirmi altı manat iyirmi qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 593.5 (beş yüz doxsan üç manat əlli qəpik) manat (18 ay x 25 manat + 143.5 manat ilkin ödəniş) İmei kodu **********85087 XİAOMİ REDMİ 9T markalı telefon üçün ümumilikdə, 55 (əlli beş ) manat olmaqla ondan, 50 (əlli) manat ödənilməmiş hissə, güzəşt olunaraq 5 (beş) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 633.5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə arasında bağlanılmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə arasında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəməyə gəlməmişdir. İddiaçı "xxxx" MMC teleqramla məhkəməyə mürаciət еdərək, təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını, iddianı müdаfiə еtdiklərini və qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə "xxxx" MMC arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilənin predmeti olan SAMSUNG GALAXY A10S markalı, İMEİ kodu **********98139 kodlu telefonun qiyməti 352.80 manat müəyyən edilmiş, Cavabdeh həmin əşyanı təhvil almışdır. Həmçinin, Cavabdeh müqavilə əsasında yaranan borcu 12 ay ərzində, ayda 29,40 manat (12 ay x 29.4 manat + 0 manat ilkin ödəniş), olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə "xxxx" MMC arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilənin predmeti olan XİAOMİ REDMİ 9T markalı, İMEİ kodu **********85087 kodlu telefonun qiyməti 593,50 manat müəyyən edilmiş, Cavabdeh 143,5 manat ilkin ödəniş etmiş və həmin əşyanı təhvil almışdır. Həmçinin, Cavabdeh müqavilə əsasında yaranan borcu 18 ay ərzində, ayda 25 manat (18 ay x 25 manat + 143.5 manat ilkin ödəniş) olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2021-ci il tarixli “Təhvil-Təslim Aktı”na əsasən Cavabdeh SAMSUNG GALAXY A10S markalı, İMEİ kodu **********98139 kodlu telefonu qüsursuz halda qəbul etmişdir; xx.xx.2021-ci il tarixli “Təhvil-Təslim Aktı”na əsasən Cavabdeh XİAOMİ REDMİ 9T markalı, İMEİ kodu **********85087 kodlu telefonu qüsursuz halda qəbul etmişdir; xx.xx.2019-cu il tarixli “Maliyyə və Ödəniş Cədvəli”nə uyğun olaraq Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********98139 SAMSUNG GALAXY A10S markalı telefon üçün 262.8 (iki yüz altmış iki manat səksən qəpik) manat ödənilməmiş hissə, 26.2 (iyirmi altı manat iyirmi qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********85087 XİAOMİ REDMİ 9T markalı telefon üçün 50 (əlli) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə miqdarında borc, ümumilikdə hər iki müqavilə üzrə 344 manat borcu vardır; Hökümət ödəniş portalının xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında təqdiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilələrinin predmeti olan əşyalar sonuncuya təhvil verilmiş, Cavabdeh müqavilələrdə göstərilmiş qaydada borcun ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə "xxxx" MMC-yə borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə): 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 600-cü maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi cavabdeh bağlanmış nisyə alğı-satqı müqavilələri üzrə müəyyən edilən vəzifəsini icra etməyərək almış olduğu malın dəyərini satıcıya razılaşdırılmış müddətdə tam ödəməmiş və buna görə iddiaçının ondan verilmiş malın dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddia tələbinin müqavilələr üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 31,20 manat məbləğində cərimə hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 3 manat məbləğində müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********98139 SAMSUNG GALAXY A10S markalı telefon üçün 262,80 (iki yüz altmış iki manat səksən qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********85087 XİAOMİ REDMİ 9T markalı telefon üçün 50 (əlli) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə olmaqla, ümumilikdə 315,80 manat borc pul və ödənilmiş 30 manat miqdarında dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********98139 SAMSUNG GALAXY A10S markalı telefon üçün 262,80 (iki yüz altmış iki manat səksən qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********85087 XİAOMİ REDMİ 9T markalı telefon üçün 50 (əlli) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə olmaqla, ümumilikdə 315,80 manat borc pul və ödənilmiş 30 manat miqdarında dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1040/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1040/2023
15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver