Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1044/2023 20.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi ilə məhkəməyə müraciət edərək Goranboy rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(045)-470/2015 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılmaqla, Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 14 fevral 2011-ci ildən birgə yaşamışdır. Birgə yaşadığı müddətdə bir uşağı olmuşdur: xx.xx.2011-ci il tarixdə anadan olmuş X4. Goranboy rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(045)-470/2015 saylı qətnaməsi ilə onun nikahı pozulmuşdur. xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 onun himayıəsində saxlanılmış, 75 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Hazırda o uşağı həmin məbləğlə saxlaya bilmir. Uaşğın xərcləri artmışdır. Buna görə də Goranboy rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(045)- 470/2015 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılmaqla, Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Goranboy rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(045)-470/2015 saylı qətnaməsinin surətindən görünür Cavabdeh ilə İddiaçı arasında 14 fevral 2011-ci ildə Goranboy rayon Qeydiyyat Şöbəsində AZ 649719 sayla qeüydə alınmış nikah pozulmuş, xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 anası İddiaçı himayəsinə verilmiş, 20 fevral 2015-ci il tarixdən başlayaraq Cavabdeh X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 75 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Goranboy 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasının davam etdirilə bilməməsi barədə arayışından görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Goranboy RİH Başçısının Tatarlı İƏD üzrə nümayəndəliyinin 17 aprel 2023-cü il tarixli 148 saylı arayışından görünür ki, Məmmədova X1 qeydiyyatdadır və orada yaşayır. Məhkəmə iddiaçını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Goranboy rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(045)-470/2015 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında 14 fevral 2011-ci ildə Goranboy rayon Qeydiyyat Şöbəsində AZ 649719 sayla qeydə alınmış nikah pozulmuş, xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 anası İddiaçı himayəsinə verilmiş, 20 fevral 2015-ci il tarixdən başlayaraq Cavabdeh X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 75 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda həmin vaxtdan müəyyən müddət keçmişdir, uşaq böyümüş, məktəbli olmaqla, orta təhsil almaqdadır, onun saxlanılması üzrə xərcləri də artmışdır. Uşağın saxlanmasında iddiaçının xərcləri artdığından iddiaçı alimentin müəyyən olunmuş miqdarının artırılması barədə iddia tələbi irəli sürməkdə də haqlıdır. İşin göstərilən halları iddiaçının izahatı və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşağlarını saxlamadıqda uşağlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın mənafeyi üstün tutulmalı və onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təmin edilməlidir. Qeyd olunanları, o cümlədən uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumum artmasını, uşağın orta təhsil almasını, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Goranboy rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(045)-470/2015 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməli və həmin məbləğdə aliment uşaq yetkinlik yaşına çatanadək Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 119.1 və 119.2-ci maddələrinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mediatora ödənilmiş 50 (əlli) manat İddiaçı tərəfindən tələb edilmədiyindən onun özünə aid edilməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə göstərilmişdir ki, alimentin alınması haqqındakı iddiaların qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Odur ki, qanunvericiliyin qeyd olunan tələbinə müvafiq olaraq cavabdehdən aliment iddiası üzrə müəyyən olunmuş 38 manat dövlət rüsumu alınıb dövlət mədaxilinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş subutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Goranboy rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(045)-470/2015 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və həmin məbləğdə aliment uşaq yetkinlik yaşına çatanadək Cavabdeh alınıb İddiaçı ödənilsin. Cavabdeh alimentin alınması iddiası üzrə qanunvericiliklə müəyyən olunmuş iddia qiymətinə müvafiq olaraq 38 manat məbləğində dövlət rüsumu alınıb dövlət mədaxilinə köçürülsün. Mediatora ödənilmiş 50 (əlli) manat İddiaçı özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-1044/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1044/2023
20.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver