Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1054/2023 20.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X5 Məgəmməd oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Kreditor QSC-nin (bundan sonra-iddiaçı) cavabdehlər Borclu1, Borclu2, Borclu3, qarşı borc tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kreditor QSC cavabdehlər Borclu1, Borclu2, Borclu3 qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Borclu1, Borclu2, Borclu3 müştərək qaydada kreditorun xeyrinə 050R********** saylı kredit razılaşması üzrə 6509,92 ABŞ dolları məbləğində kredit borcu, 980,75 ABŞ dolları məbləğində faiz borcu və 650,99 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8141 ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Goranboy rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli 2(45)-3537/2017 saylı məhkəmə əmrinə əsasən Borclu1, Borclu2, Borclu3 müştərək qaydada kreditorun xeyrinə 050R********** saylı kredit razılaşması üzrə 6509,92 ABŞ dolları məbləğində kredit borcu, 980,75 ABŞ dolları məbləğində faiz borcu və 650,99 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8141 ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə əmr edilmişdir. Cavabdeh Borclu3 etirazına əsasən Goranboy rayon Məhkəməsinin 27 aprel 2023cü il tarixli 2(45)-3537/2017 saylı qərardadına əsasən Goranboy rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli 2(45)-3537/2017 saylı məhkəmə əmri ləğv edilmiş, mülki iş materiallarıə baxılması üçün iddia icraatına keçilmişdir. Goranboy rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli 2(45)-1054/2023 saylı qərardadına əsasən cavabdeh Borclu1 öldüyündən iddia tələbinə Borclu1 dair tələb hissədə xitam verilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında bankın tələbini onunla əsaslandırmışdır ki, Borclu1 Kreditor ilə xx.xx.2014-cü il tarixdə bağladığı 050L**********25 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müdətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. O, Kreditor ilə bağladığı xx.xx.2015-ci il tarixli 050R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 % olmaqla, ödəniş planı üzrə hissə- qaytarmaq şərti ilə 10000 (on min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 050R**********S saylı və 22.02.20 il tarixli 050R**********SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş, O, kredit razılaşmasının 1,2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödənişləri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaiti xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. O, kredit razılaşması üzrə götürdüyü kredit borcundan 3490.08 ABŞ Dolları ödəməmiş, onun 6509.92 ABŞ Dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit razılaşmasının 2 bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmçinin cavabdeh Borclu1 ölməsi barədə bankda heç bir rəsmi məlumat olmamışdır. Bu səbəbdən bank ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iş üzrə icraata Borclu1 aid hissədə xitam verilməsi məsələsini məhkəmənin mülahizəsinə uyğun həll olunmasına etiraz etmir. Cavabdehlərin hazırda əsas borcu 6321,78 ABŞ dolları, cərimə borcu 654,37 ABŞ dolları təşkil edir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Borclu2, Borclu3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan cavabdeh Borclu1 ilə Kreditor QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 050L**********25 saylı kredit xətti müqaviləsindən görünür ki, 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan Bankla Borclu1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 050R********** saylı kredit razılaşmasına əsasən ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Borclu1 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667% olmaqla, 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 050S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Borclu1 bank qarşısında öhdəliklərinin icrasına Borclu3 zamin durmuşdur. İş materiallarında olan 050S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Borclu1 bank qarşısında öhdəliklərinin icrasına Borclu2 zamin durmuşdur. İş materiallarında olan maliyəə xx.xx.2023-cü il tarixli Kreditor QSC-nin maliyyə arayışından görünür ki, cavabdehlərin əsas borcu 6321,78 ABŞ dolları, cərimə borcu 654,37 ABŞ dolları təşkil edir. Elektron məhkəmə informasiya sistemində cavabdehlərdən Borclu1 şəxsiu məlumatlarından görünür ki, o xx.xx.2020-ci il tarixdə ölmüşdür. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. (558.1). Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 4 iyun 2018-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə qeyd edir ki, Borcalan Borclu1 xx.xx.2020-ci il tarixdə ölmüş, hazırda onun kredit müqaviləsi üzrə banka olan borcu – 6421.78 ABŞ dolları məbləğində əsas, 65 ABŞ dolları cərimə borcu təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsindən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 65 ABŞ dolları məbləğində saxlanılmalıdır. Yuxarıda göstərilən maddi hüquq normalarından göründüyü kimi, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Ona görə də məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Borclu2, Borclu3 müştərək qaydada 050R********** saylı kredit razılaşması üzrə üzrə 6421.78 ABŞ dolları məbləğində əsas borcu, 65 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 6486.78 ABŞ dolları məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçı Kreditor QSC-nin xeyrinə tutulmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi 24 noyabr 2005-ci il tarixli 4 saylı Plenum Qərarının 10-cu maddəsində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Borclu2, Borclu3 müştərək qaydada 050R********** saylı kredit razılaşması üzrə üzrə 6421.78 ABŞ dolları məbləğində əsas borcu, 65 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 6486.78 ABŞ dolları məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Kreditor QSC-nin xeyrinə ödənilsin Cavabdehlər Borclu2, Borclu3 tutulacaq 6421.78 ABŞ dolları məbləğində əsas borcu, 65 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 6486.78 ABŞ dolları məbləğində borc Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-1054/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1054/2023
20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver