Məhkəmə qərarları › İş №2(045)-1116/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1116/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1116/2023 25.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X1 kаtibliyi ilə, İddiаçı İddiaçı АSC-nin cаvаbdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qаrşı “pul” tələbinə dаir iddiаsı üzrə mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı АSC iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2014-cü il tarixli, CC/53718/43/29 saylı müqaviləyə əsasən 336,34 manat əsas, 166,23 manat faiz borcu, xx.xx.2014-cü il tarixli, DK0017629/14 saylı müqaviləyə əsasən 199,50 manat əsas, 133 manat faiz və 39,50 manat cərimə və xx.xx.2014-cü il tarixli, BAL1419829/14 saylı digər müqaviləyə əsasən 483,09 manat əsas, 229,52 manat faiz borcu, 39,5 manat cərimə borcu olmaqla, cəmi 1626,68 manat borc və ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumunun tutularaq İddiaçı АSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddiаçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Məmmədov Mübariz Sumbat oğlu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, CC/53718/43/29 saylı, xx.xx.2014-cü il tarixli DK0017629/14 saylı və xx.xx.2014-cü il tarixli BAL1419829/14 saylı müqavilələrə əsasən bank ona ümumilikdə 1700 manat məbləğlərində kredit vermişdir. Hazırda mərhum Məmmədov Mübariz Sumbat oğlunun banka ümumi olaraq 1626.68 manat borcu vardır. Məmmədov Mübariz Sumbat oğlu xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Cavabdeh1 (arvadı), Cavabdeh2 (oğlu), Cavabdeh3 (oğlu) və Cavabdeh4 (qızı) Məmmədov Mübariz Sumbat oğlunun qanuni vərəsələridirlər. Məmmədov Mübariz Sumbat oğlu tərəfindən vərəsələrinə qalan miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsinin xx.xx.2017 tarixli 254 saylı arayışına və Goranboy rayonlararası DTİ və MHQİ tərəfindən xx.xx.1998 tarixdə Məmmədov Mübariz Sumbat oğluna verilmiş 591 qeydə-alma nömrəsi ilə 1A nömrəli kitabın səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 96.8 kv/m, yaşayış sahəsi 71.7 kv/m, yardımçı sahəsi 25.1 kv/m olan mənzildən ibarətdir. İddiaçı ASC ərizə ilə məhkəməyə mürаciət еdərək, cavabdehlərlə aralarında razılığa gəlmədiklərini və iddianın təmin еdilməsi bаrədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. Cаvаbdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC-nin Gəncə filialı ilə Məmmədov Mübariz Sumbat oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, CC/53718/43/29 saylı kredit müqaviləsindən görünür ki, bаnk bоrcаlаnа 12 аy müddətinə, illik 28 %-lə, 1000 manat məbləğində krеdit vеrmişdir; İddiaçı ASC-nin Gəncə filialı ilə Məmmədov Mübariz Sumbat oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli DK0017629/14 saylı kredit müqaviləsindən görünür ki, bаnk bоrcаlаnа 10 il müddətinə, illik 36 %-lə, 200 manat məbləğində krеdit vеrmişdir; İddiaçı ASC-nin Gəncə filialı ilə Məmmədov Mübariz Sumbat oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli BAL1419829/14 saylı kredit müqaviləsindən görünür ki, bаnk bоrcаlаnа 10 il müddətinə 1 ədəd 500 manat məbləğində kredit kartı vermişdir; “Balansdankənar məxaric orderi”ndən görünür ki, Məmmədov Mübariz Sumbat oğlu tərəfindən 1 ədəd “BOL MC” növlü kart qəbul edilmişdir; “Balansdankənar məxaric orderi”ndən görünür ki, Məmmədov Mübariz Sumbat oğlu tərəfindən 1 ədəd “X4” növlü kart qəbul edilmişdir; İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Məmmədov Mübariz Sumbat oğlunun banka xx.xx.2014-cü il tarixli, CC/53718/43/29 saylı müqaviləyə əsasən 336.34 manat əsas, 166.23 manat faiz borcu, xx.xx.2014-cü il tarixli, DK0017629/14 saylı müqaviləyə əsasən 199.5 manat əsas, 133 manat faiz və 39.5 manat cərimə və xx.xx.2014-cü il tarixli, BAL1419829/14 saylı digər müqaviləyə əsasən 483.09 manat əsas, 229.52 manat faiz borcu, 39.5 manat cərimə borcu olmaqla, cəmi 1626.68 manat borcu vaardır; Qasım İsmayılov rayon ВВАГ şöbəsi tərəfindən verilmiş İİİ-ЖГ seriyalı 371974 nömrəli nikahən bağlanması haqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Mübariz Sumbat oğlu ilə Cavabdeh1 arasında nikah 19 fevral 1985-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 nömrə ilə qeyd edilmişdir; Qasım İsmayılov rayon ВВАГ şöbəsi tərəfindən verilmiş XİV-ЖГ seriyalı 293008 nömrəli doğum haqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 29 oktyabr 1988-ci ildə Qasım İsmayılov rayonunda doğulmuşdur, atası Məmmədov Mübariz Sumbat oğlu, anası Cavabdeh1 Baxadur qızıdır; Qasım İsmayılov rayon ВВАГ şöbəsi tərəfindən verilmiş XİV-ЖГ seriyalı 358991 nömrəli doğum haqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 13 iyul 1987-ci ildə Qasım İsmayılov şəhərində doğulmuşdur, atası Məmmədov Mübariz Sumbat oğlu, anası Cavabdeh1 Baxadur qızıdır; Qasım İsmayılov rayon ВВАГ şöbəsi tərəfindən verilmiş Xİ-ЖГ seriyalı 288801 nömrəli doğum haqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 03 fevral 1096-cı ildə Qasım İsmayılov rayonunda doğulmuşdur, atası Məmmədov Mübariz Sumbat oğlu, anası Cavabdeh1 Baxadur qızıdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 828242 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Məmmədov Mübariz Sumbat oğlu 04 noyabr 2016-cı ildə “kardiogen şok, miokardın kəskin infarktı” səbəbindən ölmüşdür; Gəncə “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat kontoru tərəfindən verilmiş V-319/2017 nömrəli, 05 iyul 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindəmn görünür ki, Məmmədov Mübariz Sumbat oğlunun (arvadı) Cavabdeh1, (oğlu) Cavabdeh2, (oğlu) Cavabdeh3 və (qızı) Cavabdeh4 ünvan 1 ünvanında yerləşən miras əmlakdan bərabər hissədə pay almalıdırlar; Hökumət Ödəniş Pоrtаlının ********** nömrəli, xx.xx.2023-cü il tаriхli mədахil qəbzindən görünür ki, iddiаçı hаzırkı tələb üzrə 37 mаnаt dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Məmmədov Mübariz Sumbat oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, CC/53718/43/29 saylı, xx.xx.2014-cü il tarixli DK0017629/14 saylı və xx.xx.2014-cü il tarixli BAL1419829/14 saylı müqavilələrə əsasən İddiaçı ASC tərəfindən Məmmədov Mübariz Sumbat oğluna 12 ay müddətinə illik 28 faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə hər üç müqavilə üzrə ümumilikdə 1700 manat məbləğində kredit verilmişdir. Məmmədov Mübariz Sumbat oğlu həmin sazişlə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüşdür. Lakin borclu Məmmədov Mübariz Sumbat oğlu kredit ödənişlərini vaxtlı-vaxtında icra edə bilməmişdir. Belə ki, borclu Məmmədov Mübariz Sumbat oğlunun xx.xx.2016-cı ildə öldüyünü nəzərə alaraq, onun yuxarıda adı çəkilən kredit müqavilələrinə görə borcunu onun qanun üzrə vərəsələrindən tələb edir. Bu vərəsələr: (arvadı) Cavabdeh1, (oğlu) Cavabdeh2, (oğlu) Cavabdeh3 və (qızı) Cavabdeh4dır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərinin hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Ona görə də cavabdehlər kredit müqaviləsi üzrə borcu ödəməyə borcludurlar. Cavabdehlər kredit alanın öldüyü tarixə, yəni xx.xx.2016-cı il tarixinədək mövcud olan borcu ödəməyə görə məsuliyyət daşıyırlar. Kredit alanın xx.xx.2014-cü il tarixli, CC/53718/43/29 saylı müqaviləyə əsasən 336.34 manat əsas, 166.23 manat faiz borcu, xx.xx.2014-cü il tarixli, DK0017629/14 saylı müqaviləyə əsasən 199.5 manat əsas, 133 manat faiz və 39.5 manat cərimə və xx.xx.2014-cü il tarixli, BAL1419829/14 saylı digər müqaviləyə əsasən 483.09 manat əsas, 229.52 manat faiz borcu, 39.5 manat cərimə borcu olmaqla, cəmi 1626.68 manat borcu vardır. Mülki Məcəllnin 1306-cı maddəsinin mənasına görə vərəsələr alınmış miras aktivi həddində məsuliyyət daşıyırlar. Bununla bağlı məhkəmə qeyd edir ki, borcun məbləğinin alınmış miras aktivindən çox olduğu müəyyən edilmədi. Belə ki, MM-in 1307-ci maddəsində qeyd olunmuşdur ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Nəzərə alınmalıdır ki, miras notarius tərəfindən siyahıya alınmayıb, odur ki, miras qoyanın borcunun (1626,68 manat) mirasdan çox olduğunu sübut etmə vəzifəsi cavabdehlərin üzərinə düşür. Vərəsəlik şəhadətnaməsində bir əşyanın (sahəsi 96.8 kv.m təşkil edən bir mənzilin) qeyd olunması mirasın yalnız həmin əşyadan ibarət olması kimi qəbul edilə bilməz. Mirasın yalnız bu əşyadan ibarət olması barədə sübut təqdim edilməyibsə, MM-in 1307-ci maddəsinin məqsədləri baxımından hesab olunur ki, digər əşyalar da (pul, daşınar əşya, ər-arvadın ümumi əmlakındakı pay və s.) miras qalıb. Həmin maddənin mənasına görə vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut edənə qədər mirasın borcdan çox olduğu prezumpsiyası qüvvədə olur. Nəzərə alınmalıdır ki, MM-in 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Cavabdehlər vərəsəlik şəhadətnaməsində göstərilən əşyaları miras kimi qəbul etməklə kredit verəndən qalan mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, mirası tamamilə qəbul etmiş sayılırlar. Lakin cavabdehlər məhkəmə iclasında gəlməmiş, borcun (1626,68 manat) mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Vərəsələrin öhdəliyi birgə deyil, paylıdır. Belə ki, MM-in 1306-cı maddəsində “özlərinin hər birinin payına mütənasib surətdə" ifadəsindən istifadə olunması ona dəlalət edir ki, öhdəlik paylıdır. Məsuliyyətin paya mütənasibliyi məsuliyyətin ədalətliliyini təmin edir, yəni az pay almış vərəsə çox pay almış vərəsə ilə eyni həcmdə məsuliyyət daşımalı deyil, hər bir vərəsə miras qoyanın hesabına hansı həddə zənginləşibsə həmin həddə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” , 4 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə yuxarıda sadalanan hüquq normalarına əsasən qeyd edir ki, mərhum Məmmədov Mübariz Sumbat oğlunun öldüyü tarixədək hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən onun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə iddia tələbi əsaslı hesab edilməlidir. Məhkəmə iddia tələbinin iki müqaviləsi üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan cəmi 79 manat məbləğində cəriməyə dair qeyd edir ki, bu tələblər tənasübsüz surətdə yüksəkdir və MM-nin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin ödənilmiş 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” qanununun 8.1.2-ci maddəsinə (30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) əsasən cavabdehdən əvəzi tutulmalı olan ödənilmiş dövlət rüsumunun məbləği 35,58 (otuz beş manat əlli səkkiz qəpik) manat müəyyən edilməli və 1,42 (bir manat, qırx iki qəpik) manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı ASC-nin xeyrinə müştərək qaydada 1018,93 manat əsas, 528,75 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 1557,68 manat məbləğində borc pul və ödənilmiş 35,58 (otuz beş manat əlli səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Yuxarıda qeyd olununlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ЕTDİ: İddiа qismən təmin еdilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı ASC-nin xeyrinə müştərək qaydada 1018,93 manat əsas, 528,75 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 1557,68 manat məbləğində borc pul və ödənilmiş 35,58 (otuz beş manat əlli səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar