Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1148/2023 20.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X4 Məhəmməd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Goranboy rayon məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, № 2(045)-724/2021 qətnaməsi ilə müəyyən edilmiş alimentin artıtılaraq, hər ay sabit pul məbləğində 220 manat məbləğində müəyyən edilməsi, 50 manat mediasiya xərcinin yarısı, 25 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh ilə 2009-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan bir övladı olmuşdur. xx.xx.2010-cu il tarixdə doğulmuş X3. Goranboy rayon məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(045)-724/2021 saylı qətnaməsi ilə qətnaməsi ilə xx.xx.2010-cu il tarixdə doğulmuş X1 üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda uşaqlar üçün yaşayış minimumu 220 manatdır. Buna görə də xx.xx.2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Goranboy rayon məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, № 2(045)- 724/2021 qətnaməsi ilə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılması, hər ay sabit pul məbləğində 220 manat alimentin məbləğinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, cavabdeh bildirişi qəbul etməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Goranboy rayon məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(045)-724/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 03 noyabr 2009-cu il tarixdə 10 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2010-cu il tarixdə doğulmuş X3 anası İddiaçı yanında saxlanılmış, xx.xx.2010-cu il tarixdə doğulmuş X1 üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Goranboy rayon məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(045)-724/2021 saylı qətnaməsi ilə xx.xx.2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Goranboy rayon məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(045)- 724/2021 saylı qətnaməsi çıxarıldıqdan sonra tərəflərin maddi vəziyyətində hər hansı dəyişiklik olması barədə iddiaçı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İşin göstərilən halları işdə iştirak edən şəxslərin izahatı, bunu tamamlayan məhkəmə iclasında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin münasibətləri tənzimləyən qeyd olunan müddəa alimentin müəyyən olunmuş miqdarına dəyişiklik edilə bilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə şərtləndirir. İddiaçı isə özünün və ya cavabdehin maddi vəziyyətində alimentin miqdarının artırılmasına əsas verən hər hansı bir dəyişikliyin olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası təmin edilmədiyindən, iddiaçının 50 manat mediasiya xərcinin yarısı, 25 manat pulun alınıb ona verilməsi hissəsində də iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-1148/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1148/2023
20.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver