Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-125/2023 07.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, X1 kаtibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirаkı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy Rayon Məhkəməsinin 21 sentyabr 2010-cu il tarixli, 2(045)-126/2010 saylı qətnaməsinə əsasən 29 yanvar 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə Cavabdeh qət olunmuş alimentin miqdarını artırıb hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2006-cı ilin dekabr ayında el adəti ilə ailə qurmuş və bu barədə olan nikahı 17 iyun 2007-ci il tarixdə Goranboy rayonu Balakürd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi qeyd edilmişdir. Birgə yaşadığı müddətdə 29 yanvar 2008-cı il təvəllüdlü X10 adlı bir uşağı olmuşdur. Cavabdehlə birgə yaşamaq mümkün olmadığı üçün ayrılmışdır. Məhkəməyə təqdim etdiyi Goranboy Rayon Məhkəməsinin 21 sentyabr 2010-cu il tarixli, 2(045)-126/2010 saylı qətnaməsi ilə nikah qeydi ləğv olunmuş, 29 yanvar 2008-ci il ildə anadan olmuş X10 onun himayəsində saxlanılmış və yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 50 (əlli) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Artıq uşağı böyümüşdür, 15 yaşı var, orta məktəbin yuxarı sinfində oxuyur, hazırlıq dərslərinə gedir. Buna görə də uşağın tələbatları yetərincə artmışdır. Hazırki aliment məbləği uşağın heç bir tələbatını ödəmir. O, bacardığı qədər uşağının ehtiyacını ödəmək istəyir, lakin tək buna maddi imkanı çatmır. Cavabdeh isə ona alimentdən başqa heç bir köməklik etmir (onu da vaxtı-vaxtında vermir). Heç elə bil bu uşaq cavabdehin də uşağı deyil. Ona görə də istəyir ki, qət olunmuş alimentin miqdarı sabit pul məbləğdə müəyyən edilib artırılsın. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X9 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Balakürd kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 094217 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 29 yanvar 2008-ci ildə Gəncə şəhərində doğulmuşdur, atası Cavabdeh, anası X4r; Goranboy Rayon Məhkəməsinin 21 sentyabr 2010-cu il tarixli, 2(045)-126/2010 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X7 ilə Cavabdeh arasında 17 iyun 2007-ci ildə Goranboy rayonu Balakürd kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyində bağlanmış nikah qeydiyyatı ləğv edilmiş, Cavabdeh hər ay sabit pul məbləğində 50 (əlli) manat alimentin tutularaq 29 yanvar 2008-ci ildə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X5 verilməsi qət edilmişdir. Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 108491 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X7 arasında bağlanmış nikah xx.xx.2010-cu il tarixdə ləğv edilmişdir; Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflərin birgə nikahından 29 yanvar 2008-ci il təvəllüdlü X10 adlı övladları doğulmuşdur. Məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, 29 yanvar 2008-ci il təvəllüdlü X10 anası X2 himayəsinə verilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. İddiaçı birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 200 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 40.4 manat (170 manat*12ay=2040 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 29 yanvar 2008cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi gündən, Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 29 yanvar 2008-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi gündən, Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin. 40.4 (qırx manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-125/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-125/2023
07.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver