Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1283/2025 19.11.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X2 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31.080 (otuz bir min səksən) manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh 31080 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Onun barəsində cinayət işi başlanmış və o zərərçəkmiş şəxs kimi tanınmışdır. Həmin vaxt pulunun bir hissəsi mülki məsələ oldğu üçün ümumi məbləğdən çıxımış və cavabdehə 25.480 manatla bağlı ittiham verilmişdir. Sonradan ona aid hissədə guya onlar ər-arvad münasibətində olmaqları ilə bağlı iş üzrə icraata xitam verilmişdir. O, həmin qərardan şikayət vermiş, şikayəti Gəncə şəhər Məhkəməsində təmin edilmiş və istintaq orqanı tərəfindən qəbul edilmiş qərar ləğv edilmişdir. Sonradan həmin prokurorluq tərəfindən qərardan şikayət verilmiş apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Gəncə şəhər prokurorluğu tərəfindən cinayət işi başlanmış və araşdırılması üçün Gəncə şəhər Baş Polis İdarəsinə göndərilmişdir. Həmin işin başlanmasına səbəb Azərbaycan Respublikası Baş Prokuroru cənab X1 şəhərində vətəndaşları qəbul etməsi ərəfəsində baş vermişdir. Həmin vaxt o, prokurorun qəbuluna yazılmış və bundan çəkinən Gəncə şəhər Prokurorluğu onun qəbulda iştirak edə bilməyəcini və işin həll ediləcəyini bildirmiş. Lakin sonradan göründüyü kimi məsələni hansı formada həll etdikləri artıq mübahisələndirilən qərardan görünür. Sonradan verdiyi şikayətlər təmin edilməmiş və qəbul edilmiş qərarlarda məhkəməyə müraciət etməsi bildirilmişdir. Buna görə də məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, Cavabdeh onun 31080 manat pulunu ələ keçirmişdir. Bununla bağlı o hüquq-müahfizə orqanlarına məlumat vermiş və cavabdeh barəsində cinayət işi başlanmışdır. Sonradan ona aid hissədə guya onlar ər-arvad münasibətində olmaqları ilə bağlı iş üzrə icraata xitam verilmişdir. O, həmin qərardan şikayət vermiş, şikayəti Gəncə şəhər Məhkəməsində təmin edilmiş və istintaq orqanı tərəfindən qəbul edilmiş qərar ləğv edilmişdir. Hazırda o, Cavabdeh 31080 manat pulunu tələb edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı iddia ərizəsi ilə müraciət edərək ona qarşı dələduzluq etdiyini və ondan 25000 manat pulun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının iddiasə ilə razı deyildir və bununla bağlı aşağıdakıları qeyd edir. İddiaçı ilə ortaq tanışı vasitəsi ilə 2018-ci ildə onnunla tanış olmuşdur. Ailəsindən boşandığını, hazırda tək yaşadığını, onunla ailə qurmaq niyyətində olduğunu bildirmişdir. Uzun müddətli danışqlardan sonra onlar görüşüb ünsiyyət saxlamağa başlamışlar. O, xırda ticarətlı məşğul olurdu. İddiaçı isə özünün bildirdiyinə görə taxıl və un satışı ilə məşğul olurdu. Onun işində bəzən maddi çətinlik yaranmış və iddiaçı özü onun işində maddi dəstək olacağını bildirmiş və hətda bir neçə dəfə ona pul köməkliyi etmişdir. Bəzi hallarda isə onun işi yaxşı olanda o iddiaçıya maddi dəstək göstərmişdir. 2020-ci ilin əvvələrində aralarında müəyyən narazılıqlar yaranmış və onlar ayrılmışlar. Bu səbəbdən də o müxtəlif bəhanələr gətirərək Ayaz Bəhrəm-zadə ilə görüşməkdən yayınmışdır. Hər dəfə iddiaçı ona telefon vasitəsi ilə zəng edəndə ayrılmaq istədiyini bildirmiş, lakin Ayaz onu təhdid etmişdir. Bundan sonra Ayaz ona zəng edərək 20000 manat borclu olduğunu birdirmişdir. Bu telefon danışığından sonra o dəfələrlə iddiaçı ilə görüşüb müəyyən məbləğlərdə pul vermiş və onun hesablamasına görə cəmi iki-üç min borcu qalmışdır. Sonuncu iki üç min ödəməməyinin səbəbi isə İddiaçı onu dəfələrlə təhqir etməsi olmuşdur. Hazırda iddiaçı dörd il müddət keçdikdən sonra ona qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Halbu ki, bu kimi tələblə münasibətlərinin pozulduğu vaxtdan üç il müddətinə məhkəməyə müraciət edə bilərdi. Ona görə də iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq etməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə Apellyasiya Məhkəməsinin 6(104)-17/2025 saylı, 16 aprel 2025-ci il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə şəhər Məhkəməsinin 3 mart 2025-ci il tarixli, 6(125)-1/2025 saylı qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5051 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin hallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Аzərbаysаn Rеspublikаsının Mülki Məsəlləsinin: 385.1-ci mаddəsinə əsаsən öhdəliyə əsаsən bir şəхs (bоrslu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pulu ödəməli, əmlаkı vеrməli, iş görməli, хidmətlər göstərməli, və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur; 427.3-cü mаddəsinə əsаsən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımınsа icrа еdilməməsi bаşа düşülür; 448.1-ci mаddəsinə əsаsən əgər bu Məsəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cavabdehdir. Belə ki, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıya 31.080 manat məbləğində borcunun olması, ümumiyyətlə cavabdehlə iddiaçı arasında şifahi borc müqaviləsinin bağlanması, iddiaçı tərəfindən cavabdehə həmin pulun verilməsi məhkəmə araşdırması və iş materialları ilə sübuta yetirilmir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia tələbi rədd edilməli və mülki iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul”tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №2(045)-1283/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1283/2025
19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver