Məhkəmə qərarları › İş №2(045)-1309/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1309/2024

27.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1309/2024 27.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə evliliyindən anadan olmuş 27 yanvar 2012-ci il təvəllüdlü X7 və 04 avqust 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində müəyyən olunmuş 250 (iki yüz əlli) manat aliment məbləği artırılaraq 500 (beş yüz) manat məbləğində artırılaraq müəyyən olunaraq Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti ilə ailə qurub evlənmişdir. Xasiyyəti tutmadığından məhkəmə qaydasında nikahı pozulmuşdur. Birgə evlilikdən 27 yanvar 2017-ci il təvəllüdlü X7 və 04 avqust 2016-cı il təvəllüdlü X5 anadan olmuşdur. Belə ki, Goranboy Rayon Məhkəməsinin iş 1131/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən iki uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində bir uşağa görə 100 ( bir yüz ) manat, iki uşağa görə 200 (iki yüz ) manat məbləğində aliment müəyyən edilmişdir. Hazırda o, uşaqlara maddi cəhətdən tək başına baxmaqda çətinlik çəkir, məhkəmə tərəfindən təyin edilmiş 200 (iki yüz) manat məbləğində aliment uşaqların tələbatını təmin etmir. Goranboy Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş 200 (iki yüz) manat aliment məbləği artırılaraq, hər uşağa görə 250 ( iki yüz əlli) manat iki uşaqlara görə 500 (beş yüz) manat müəyyən olunaraq alimentin artırılmasını tələb edir. Ona görə də, “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, Cavabdeh uşaqları ilə maraqlanmır, uşaqların nə yeyib, nə içməsi, necə böyüməsi sağlamlığı ilə ümumiyyətlə ata olaraq nə maddi cəhətdən, nə mənəvi uşaqları ilə maraqlanmır. O, uşaqlarına necə analıq edirsə də, cavabdeh də elə ata olmalıdır. Hazırda aliment məbləği artırılaraq 500 (beş yüz) manat məbləğində müəyyən olunmasını tələb edir. Cavabdehin yaxşı gəliri var. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, hazırkı tələb üzrə qeyd edilən məbləğdə aliment ödəməyə imkanı çatmır. O, "xxxx" MMC-də işləyir və aylıq 326 manat əmək haqqı alır. O, məhkəmə tərəfindən təyin edilmiş aliment məbləğindən başqa uşaqlarının digər xərclərini təmin edir, yəni geyim və sair əşyalarını alır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 404209 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X6 arasında nikah Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsaəsn xx.xx.2021-ci il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra “Xəlilova” soyadı verilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 831803 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 27 yanvar 2012-ci ildə Göygöl şəhərində doğulmuşdur, atası Cavabdeh, anası X3r; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 831767 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 04 avqust 2016-cı ildə Gəncə şəhərində doğulmuşdur, atası Cavabdeh, anası X3r; Goranboy Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(045)-1131/2021 nömrəli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, iddiaçı X6 ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Goranboy rayon Borsunlu kənd İƏD-i üzrə nümayəndəliyində 16 saylı akt qeydi ilə qeydiyyata alınmış nikah pozulması, boşanmadan sonra 27 yanvar 2012-ci il təvəllüdlü X7 və 04 avqust 2016-cı il təvəllüdlü X5 anaları X2 yanında saxlanılması, 27 yanvar 2012-ci il təvəllüdlü X7 və 04 avqust 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 02 iyul 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat miqdarda aliment alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 250 manat, ümumilikdə 500 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Odur ki, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan 27 yanvar 2012-ci il təvəllüdlü X7 və 04 avqust 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh 36,8 manat (140 manat*12ay=1680 manat) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(045)-1131/2021 nömrəli qətnaməsi ilə 27 yanvar 2012-ci il təvəllüdlü X7 və 04 avqust 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(045)-1131/2021 nömrəli qətnaməsi ilə 27 yanvar 2012-ci il təvəllüdlü X7 və 04 avqust 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 36,8 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar