Məhkəmə qərarları › İş №2(045)-1329/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1329/2023

01.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1329/2023 01.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(045)-231/2019 saylı qətnaməsi əsasında xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq, hər ay bir uşağa görə 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən ediməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2008-ci ildə qeyr-rəsmi ailə qurmuş, faktiki nikahdan 10.11. 2009-cu ildə X4 anadan olmuşdur. Bərdə rayon Məhkəməsinin 28 fevral 2013-cü il tarixli, 2(021)-300/2013 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2009-cu ildə anadan olmuş X2 atası olması faktı təsdiq olunmuş, xx.xx.2009-cu il təvəllüdlü Əhmədzadə (Quluzadə) Eşqin Muraz oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Goranboy rayon Safkürd kəndində yaşayan Cavabdeh 2013cü ilin yanvar ayından başlayaraq hər ay bır uşaq üçün 60 (altmış) manat məbləğində aliment tutularaq ona verilmişdir. Goranboy Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(045)-231/2019 saylı qətnaməsinə əsasən Cavabdeh tutulan alimnetin məbləği dəyişdirilərək, cavabdehdən 10 noyabr 2009-cu ildə anadan olmuş Əhmədzadə (Quluzadə) Eşqin Muraz oğlunun yetkinlik yaşına çatana kimi tutulmalı olan məbləğ 85 (səksən beş) manat məbləğində müəyyən edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi hazırki vaxtın tələblərinə cavab vermir. Belə ki, həmin aliment məbləği uşağın normal yaşaması üçün kifayət etmir, uşağın gündəlik yeməyə, paltara, mənzildə işıqdan, qazdan, sudan istifadə etmə və sair ödənişlərə ehtiyac olmaqla maddi cəhətdən çətinlik çəkir. Hazırda uşaq böyümüşdür, cavabdeh uşağın saxlanmasına əlavə yardım göstərmir. Halbuki cavabdeh fərdi əməklə məşğuldur, imkanı yaxşı olmaqla maddi cəhətdən təminatlıdır. Bundan əlavə olaraq qeyd edir ki, Cavabdeh qarşı alimentin artırılması tələbinə dair Bərdə Rayon Məhkəməsində iddia qaldırmışdır. Bərdə Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərardına əsasən iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qyatrılmışdır. Həmin qərardaddan Gəncə Apellyasiya Məhkəməsinə şikayət etmiş və Gəncə Apellyasiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(104)3098/2022 saylı qərardadına əsasən Bərdə Rayon Məhkəməsinin müvafiq qərardadları dəyişdirilmədən saxlanılmışdır. Goranboy Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(045)-360/2023 saylı qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, yenidən ailə həyatı qurmuş və yeni ailəsindən də bir uşağı vardır. Hazırkı tələb üzrə qeyd edilən məbləğdə aliment ödəməyə imkanı çatmır. O, fərdi əməklə məşğul olur və aylıq gəliri dəyişkəndir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bərdə Rayon Məhkəməsinin 2(021)-300/2013 nömrəli, 28 fevral 2013-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 10 noyabr 2009-cu il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 atası olması faktı təsdiq edilmişdir; Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 232192 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 10 noyabr 2009-cu ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir; Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 338906 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 10 noyabr 2009-cu ildə Bərdə şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 999621 nömrəli çıxarışdan görünür ki, Cavabdeh ilə X5 arasında nikah xx.xx.2014-cü il tarixdə 1 saylı Gəncə “ASAN xidməti” mərkəzində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2342 nömrə ilə qeyd edilmişdir; Goranboy rayon Məhkəməsinin 2(045)-231/2019 nömrəli, 29 yanvar 2019-cu il tarixli qətnaməsindən görünür ki, 10 noyabr 2009-cu il tarixdı anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 85 (səksən beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir; Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, əvvəla iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay bir uşaq üçün 193 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Beləliklə, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan xx.xx.2009cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay 125 (bir yüz iyirmi beş) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh 30 manat (40 manat*12ay=480 manat) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 2(045)-231/2019 nömrəli, 29 yanvar 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 125 (bir yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 2(045)-231/2019 nömrəli, 29 yanvar 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 125 (bir yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh dövlət büdcəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar