Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1342/2025 23.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X4 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Goranboy Rayon İcra Hakimiyyətinin başçısının Nizami kənd inzibati ərazi üzrə nümayəndəliynə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüuqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə və Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayon Torpaq Şöbəsindən *5 noyabr *997-ci il tarixli, 0035* nömrə ilə JN-363, kod 50900**8 saylı Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X* məxsus Goranboy rayonunun Nizami kəndində yerləşən 0.52 ha (5*79 kv/m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X2 tərəfindən ona satılması barədə *5.05.*998-ci il tarixli torpaq alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, mülki iş materialında olan alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edilməmişdir. Tərəfindən müvafiq dövlət orqanlarına sorğu verilməsinə baxmayaraq, müqavilənin notariat qaydasında rəsmiləşdirilmiş surəti aşkar edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Goranboy Rayon İcra Hakimiyyətinin başçısının Nizami kənd inzibati ərazi üzrə nümayəndəliynə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə və Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsində *5.05.*998-ci il tarixli torpaq alqı-satqı müqaviləsi notariat qaydasında deyil, İcra nümayəndəsi tərəfindən təsdiq edilmiş surəti əlavə edilmişdir. Sözügedən müqavilənin qanunla tələb olunan notariat formasına riayət edilmiş forması iddia ərizəsinə əlavə olunmamış, eyni zamanda məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iş materialında olan alqı-satqı müqaviləsinin surətindən də görünür ki, satıcı X2 2*.05.*998-ci il tarixdə “bağırsaq ödemi” səbəbindən ölmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, alqı-satqı müqaviləsinin bağlanması mülki-hüquqi münasibət xarakteri daşıyır və bu münasibət alıcı və satıcı (vəfat etdiyindən onun varisləri) arasında yaranır. MPM-in: *49.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir; *49.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir; 259.0.*2-ci maddəsinə əsasən ərizə bu Məcəllənin *49-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin *50.*.2-ci və ya *50.*.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3* mart 20**-ci il tarixli 3 nömrəli Qərarının: *.*-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır.İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur; *3-cü bəndinə əsasən məhkəmələrə xatırladılmışdır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin *49-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə *50-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.*2-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normasına əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən AR MPM-nin *49-cu maddəsinin tələblərinə əməl edilməmiş, hazıradək həmin nöqsan iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Məhkəmə hesab edir ki, qeyd olunan vəziyyətdə mülki işə baxılması və ərizənin həll edilməsi qeyri-mümkündür. Odur ki, ərizə baxılmamış saxlanılmalıdır. MPM-in: **4.*.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, *33* nömrəli qəbzdən görünür ki, iddiaçı *00 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi baxılmamış saxlanılmalı və ödənilmiş *00 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır Göstərilənlərə əsasən, MPM-in 259, 260, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Goranboy Rayon İcra Hakimiyyətinin başçısının Nizami kənd inzibati ərazi üzrə nümayəndəliynə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüuqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə və Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsinə dair müki iş baxılmamış saxlanılsın. Ödənilmiş *00 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №2(045)-1342/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1342/2025
23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver