Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1392/2024 06.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2868.32 manat əsas borc, 38.25 manat faiz borcu, 4.35 manat cərimə borcu olmaqla, cəmi 2910.92 manat borc, xx.xx.2023-cü il tarixli 10-TK-5-0-2111-23 saylı kredit müqaviləsi üzrə 404.04 manat əsas borc, 8.13 manat faiz, 0.4 manat cərimə borcu olmaqla, cəmi 412.57 manat borc və xx.xx.2023-cü il tarixli 10-Y-4-0-2106-23 saylı kredit müqaviləsi üzrə 680.89 manat əsas borc, 10.71 manat faiz, 1.66 manat cərimə borcu olmaqla, cəmi 693.26 manat məbləğində borcun və ödənilmiş 60.17 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, X3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən “Yelo Bank’' ASC-dən illik 16 % olmaqla 24 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. cü il tarixli 10-Y-4-0-2106-23 saylı kredit verilməsinə dair müqaviləyə əsasən X3 İddiaçı ASC-dən illik 14.9%-lə 24 ay müddətinə 1100 manat məbləğində kredit götürmüşdür. xx.xx.2023-cü il tarixli 10-TK-5-0-2111-23 saylı kredit verilməsinə dair müqaviləyə əsasən X3 İddiaçı ASC-dən illik 25%-lə 48 ay müddətinə 500 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. 2024-cü il mayın 30-dək X2 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2868.32 manat əsas borc, 38.25 manat faiz borcu, 8.7 manat cərimə borcu olmaqla, cəmi 2915.27 manat borcu vardır. X2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 8.7 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 4.35 AZN məbləğində tələb olunur. 2024-cü il mayın 30-dək X2 banka xx.xx.2023-cü il tarixli 10-TK-5-0-2111-23 saylı kredit müqaviləsi üzrə 404.04 manat əsas borc, 8.13 manat faiz, 0.4 manat cərimə borcu olmaqla, cəmi 412.57 manat borcu vardır. 2024-cü il mayın 30-dək X2 banka xx.xx.2023-cü il tarixli 10-Y-4-0-2106-23 saylı kredit müqaviləsi üzrə 680.89 manat əsas borc, 10.71 manat faiz, 1.66 manat cərimə borcu olmaqla, cəmi 693.26 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Kassa məxaric orderindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdə 2626,06 manat məbləğində vəsaiti qəbul etmişdir; Kassa məxaric orderindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdə 6273 manat məbləğində vəsaiti qəbul etmişdir. Kassa məxaric orderindən görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə 400 manat məbləğində vəsaiti qəbul etmişdir; Maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2023-cü il tarixli 10-Y-4-0-2106-23 saylı kredit müqaviləsi üzrə 680.89 manat əsas borc, 10.71 manat faiz, 1.66 manat cərimə borcu olmaqla, cəmi 693.26 manat məbləğində borcu vardır; Maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2022-ci il tarixli, 10-Y-2-0-3812-22 kredit müqaviləsi üzrə 2868.32 manat əsas borc, 38.25 manat faiz borcu, 4.35 manat cərimə borcu olmaqla, cəmi 2910.92 manat məbləğində borcu vardır; Maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2023-cü il tarixli 10-TK-5-0-2111-23 saylı kredit müqaviləsi üzrə 404.04 manat əsas borc, 8.13 manat faiz, 0.4 manat cərimə borcu olmaqla, cəmi 412.57 manat məbləğində borcu vardır; Hökümət ödəniş portalının xx.xx.2024-cü il tarixli, ********** mədaxil qəbzinə əsasən İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 60,17 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh saziş üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu saziş ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 4,35 manat məbləğində cərimə hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 1 (bir) manat məbləğində, müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2868.32 manat əsas borc, 38.25 manat faiz borcu, 1 manat cərimə borcu olmaqla, cəmi 2907.57 manat borc, xx.xx.2023-cü il tarixli 10-TK-5-0-2111-23 saylı kredit müqaviləsi üzrə 404.04 manat əsas borc, 8.13 manat faiz, 0.4 manat cərimə borcu olmaqla, cəmi 412.57 manat borc və xx.xx.2023-cü il tarixli 10-Y- 4-0-2106-23 saylı kredit müqaviləsi üzrə 680.89 manat əsas borc, 10.71 manat faiz, 1.66 manat cərimə borcu olmaqla, cəmi 693.26 manat məbləğində borc və ödənilmiş 60,17 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 119, 214-220, 227, 233, 284-1, 284-5.3, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-ci il tarixli kredit cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2868.32 manat əsas borc, 38.25 manat faiz borcu, 1 manat cərimə borcu olmaqla, cəmi 2907.57 manat borc, xx.xx.2023-cü il tarixli 10-TK-5-0-2111-23 saylı kredit müqaviləsi üzrə 404.04 manat əsas borc, 8.13 manat faiz, 0.4 manat cərimə borcu olmaqla, cəmi 412.57 manat borc və xx.xx.2023-cü il tarixli 10-Y- 4-0-2106-23 saylı kredit müqaviləsi üzrə 680.89 manat əsas borc, 10.71 manat faiz, 1.66 manat cərimə borcu olmaqla, cəmi 693.26 manat məbləğində borc və ödənilmiş 60,17 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1392/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1392/2024
06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver