Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1481/2023 16.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, X1 kаtibliyi, İddiaçı, Cavabdeh iştirаkları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(045)-1089/2021 saylı qətnaməsi ilə 26 fevral 2017-ci ildə anadan olmuş X3 və 12 iyun 2020-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 19 aprel 2016cı ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə iki uşaqları olmuşdur: X7 - 26 fevral 2017-ci il təvəllüdlü, X5 - 12 iyun 2020-ci il təvəllüdlü. Cavabdehlə birgə yaşamaq mümkün olmadığı üçün ayrılmışlar. Ayrıldıqdan sonra uşaqları onun himayəsində qalmış və hal-hazırda da onunla yaşayırlar. Məhkəməyə təqdim etdiyi Goranboy Rayon Məhkəməsinin 02 noyabr 2021-cı il tarixli, 2(045)-1089/2021 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında 19 aprel 2016-cı il tarixdə Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində bağladıqları, 911 saylı akt qeydi ilə qeydiyyata alınmış nikah pozulmuş, 26 fevral 2017-cı ildə anadan olmuş X7 və 12 iyun 2020-ci ildə anadan olmuş X5 onun himayəsinə verilmiş, cavabdehdən uşaqlar yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay cəmi 230 (iki yüz otuz) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləğinin miqdarı uşağın heç bir təlabatının ödənilməsinə yetmir. Respublikada inflyasiya pulun qiymətdən düşməsi və bazar qiymətləri hər gün artır. Bundan başqa məhkəməyə təqdim etdiyi uşaqları X3 xəstəlik tarixçəsindən görünür ki, o, ciddi xəstədir. Hər ay onun müalicəsi üçün xeyli maddi vəsait tələb olunur ki, o, bunu tək ödəyə bilmir. Cavabdeh isə ona alimentdən başqa heç bir köməklik etmir. Heç elə bil bu uşaqlar onun da uşaqları deyil. Buna görə də o, aliment məbləğinin miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddia tələbini qismən qəbul edir. O, "xxxx" QSC-də işləyir. Alimenti vaxtı-vaxtında ödəyir. Hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment ödəyə bilər. Göstərilənləri nəzərə alaraq iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 450817 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 12 iyun 2020-ci ildə Gəncə şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Gəncə “ASAN Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 910576 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 26 fevral 2017-ci ildə Gəncə şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(045)-1089/2021 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə X8 arasında 19 aprel 2016-cı il tarixdə Gəncə “ASAN Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsində 911 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, boşanmadan sonra 26 fevral 2017-ci il təvəllüdlü X7 və 12 iyun 2020-ci il təvəllüdlü X2 anaları X4 himayəsinə verilməsi, 26 fevral 2017-ci il təvəllüdlü X3 və 12 iyun 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 29 iyun 2021-ci il tarixdən başlayaraq iddiaçı Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 115 manat, cəmi 230 manat alimentin tutularaq X6 verilməsi qət edilmişdir; Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 439621 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X8 arasında olan nikah ləğv edilmiş və sonuncuya “Bayramova” soyadı verilmişdir; Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflərin birgə nikahından 26 fevral 2017-ci il təvəllüdlü X7 və 12 iyun 2020-ci il təvəllüdlü X5 doğulmuşdur. Yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 115 manat, cəmi 230 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının dəyişdirilməsini xahiş edir. Cavabdeh iddianı qismən qəbul edir və hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla, iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 220 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 26 fevral 2017-ci il təvəllüdlü X3 və 12 iyun 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, qətnamə qanuni qüvvəyə mindiyi gündən, Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 140 (yüz qırx) manat, cəmi 280 manat sabit pul məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 26 fevral 2017-ci il təvəllüdlü X3 və 12 iyun 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, qətnamə qanuni qüvvəyə mindiyi gündən, Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 140 (yüz qırx) manat, cəmi 280 manat sabit pul məbləğində müəyyən edilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-1481/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1481/2023
16.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver