Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1545/2023 05.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, X3 kаtibliyi, İddiaçı, Cavabdehnun iştirаkları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi hər ay 200 manat miqdarında alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2004-cü ildə ailə qurmuşlar. Birgə nikahdan iki övladları olmuşdur: xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X11. Goranboy Rayon Məhkəməsinin 2(045)-793/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə uşaqların hər ikisi onun himayəsinə verilməklə hər uşağa 55 manat aliment ayrılmışdır. X9 yetkinlik yaşına çatmışdır. Mediasiya şöbəsinə müraciət etsə də cavabdeh uşağa əlavə olaraq heç bir maddi yardım göstərməmişdir. Uşaq böyüdükcə tələbatı artır və ona 55 manatla baxmaq olmur. Lakin, cavabdeh qeyd olunan alimentdən başqa heç bir maddi yardım göstərmir. Cavabdeh Həmənli kənd orta məktəbində müəllimə işləyir və əmək haqqı alır. Ata evində yaşayır və bordaq heyvana baxır, əkin əkir və qazancı yaxşıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddia tələbini qismən qəbul edir. O, Goranboy rayonu Həmənli kənd ibtidai məktəbdə ibtidai sinif müəlliməsi kimi işləmiş, lakin setifikatlaşdırmadan keçmədiyi üçün onunla bağlanmış əmək müqaviləsi 4 sentyabr 2023-cü il tarixdən ləğv edilmişdir. Həmin əmrin surətini məhkəməyə təqdim etdi. Hazırda onun gəliri yoxdur. Birgə nikahdan olan uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 55 manat, cəmi 110 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Hazırda uşaqlardan biri, yəni xx.xx.2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatdığından ona aliment ödəmir. Yəni, hal-hazırda xx.xx.2008-ci il təvəllüdlü X1 üçün 55 manat sabit pul məbləğində aliment ödəyir. Həmin alimentin 20 manat məbləğində artırılmasını məhkəmədən xahiş edir. Göstərilənləri nəzərə alaraq iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 658558 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 03 may 2005-ci ildə Gəncə şəhərində doğulmuşdur, atası İddiaçı, anası Cavabdehdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 190890 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 28 iyul 2008-ci ildə Gəncə şəhərində doğulmuşdur, atası İddiaçı, anası Cavabdehdır; Goranboy Rayon Məhkəməsinin 08 iyul 2014-cü il tarixli, 2(104)-575/2014 nömrəli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş 03 may 2005-ci il təvəllüdlü X7 və 28 iyul 2008-ci il təvəllüdlü X4 Zaur Suliddin oğlunun himayəsinə verilmiş və həmin uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 55 manat, cəmi 110 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir; Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan Təhsil sektorunun Həmənli kənd ibtidai məktəbin rəhbərinin xx.xx.2023-cü il tarixli, 119 nömrəli əmrinin surətindən görünür ki, setifikatlaşdırmadan keçmədiyi üçün Cavabdeh ilə bağlanmış əmək müqaviləsi 4 sentyabr 2023-cü il tarixdən ləğv edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, 03 may 2005-ci il təvəllüdlü X7 və 28 iyul 2008-ci il təvəllüdlü X11 ataları İddiaçı himayəsinə verilmiş və həmin uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 55 manat, cəmi 110 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Hazırda 03 may 2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatmışdır. Hazırda iddiaçı 28 iyul 2008-ci il təvəllüdlü X2 üçün müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsini xahiş edir. Cavabdeh iddianı qismən qəbul edir və hər ay 75 manat sabit pul məbləğində alimentin müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla, iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız ananın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay 200 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi gündən, Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 110 (yüz on) manat sabit pul məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi gündən, Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 110 (yüz on) manat sabit pul məbləğində müəyyən edilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-1545/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1545/2023
05.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver