Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1630/2024 07.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2009-cu ildə doğulmuş X4 və xx.xx.2002-ci ildə doğulmuş X2 üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər bir uşaq üçün 230 manat olmaqla cəmi 460 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Goranboy Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli 2(045)-721/2018 saylı qətnaməsi ilə nikahları pozulmuş, xx.xx.2009-cu ildə doğulmuş X4 və xx.xx.2010-cu ildə doğulmuş X1 üçün hər uşağa görə ayda 80 manat, cəmi 160 manat alimentin alınması qət edilmişdir. Bundan sonra aliment artırılaraq 100 manat müəyyən edilmişdir. Lakin uşaqların hazırda xərcləri artmışdır. 2020-ci ildən uzun müddət keçmişdir. Hazırkı aliment məbləği ilə uşaqları saxlaya bilmir. Buna görə də xx.xx.2009-cu ildə doğulmuş X4 və xx.xx.2010-cu ildə doğulmuş X1 üçün alimentin miqdarının artırılaraq hər bir uşaq üçün 230 manat olmaqla cəmi 460 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh hər ay 200 manat aliment ödədiyini, yenidən ailə qurduğunu, buna görə də alimentin artırılmamasını xahi etdi. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Goranboy Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli 2(045)-721/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Goranboy Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli 2(045)-721/2018 saylı qətnaməsi ilə pozulmuş, Cavabdeh xx.xx.2009-cu ildə doğulmuş X4 və xx.xx.2010-cu ildə doğulmuş X1 üçün hər uşağa görə ayda 80 manat, cəmi 160 manat alimentin alınması qət edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş AZ-İİ 652452 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2010-cu ildə doğulmuşdur, onların atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş AZ-İİ 652453 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2009-cu ildə doğulmuşdur, onların atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Goranboy rayon məhkəməsinin 02 iyul 2020-ci il tarixli 2(045)-712/2020 saylı qətnaməsinin surətindən görünür ki, Goranboy Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli 2(045)-721/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, Cavabdeh xx.xx.2009-cu ildə doğulmuş X4 və xx.xx.2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, iki uşaq üçün cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından iki övladı - xx.xx.2009-cu ildə X7 və xx.xx.2010-cu ildə X6 doğulmuşdur. İddiaçı ilə Cavabdeh arasında olan nikah Goranboy Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli 2(045)-721/2018 saylı qətnaməsi ilə pozulmuş, Cavabdeh xx.xx.2009-cu ildə doğulmuş X4 və xx.xx.2010-cu ildə doğulmuş X1 üçün hər uşağa görə ayda 80 manat, cəmi 160 manat alimentin alınması qət edilmişdir. Sonradan Goranboy rayon məhkəməsinin 02 iyul 2020-ci il tarixli 2(045)-712/2020 saylı qətnaməsi ilə Goranboy Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli 2(045)-721/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artılımış, Cavabdeh xx.xx.2009-cu ildə doğulmuş X4 və xx.xx.2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, iki uşaq üçün cəmi 200 manat sabit pul məbləğində müəyyən edilmişdir. Həmin vaxtdan xeyli müddət keçmişdir. Bu müddət ərzində, qanunvericilikdə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu artırılmışdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İşin göstərilən halları tərəflərin izahatı və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşağlarını saxlamadıqda uşağlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqların mənafeyini üstün tutulmalı və onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 2024-cü ildə yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsinə baxmayaraq İddiaçı xx.xx.2009-cu ildə doğulmuş X4 və xx.xx.2010-cu ildə doğulmuş X1 üçün hər bir uşaq üçün 230 manat olmaqla cəmi 460 manat məbləğində müəyyən edilməsini tələb etdiyindən iddia bu tələb üzrə qismən təmin edilməlidir. Qeyd olunanları, o cümlədən uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun artmasını, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Goranboy rayon məhkəməsinin 02 iyul 2020-ci il tarixli 2(045)-712/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmalı, xx.xx.2009-cu ildə doğulmuş X4 və xx.xx.2010-cu ildə doğulmuş X1 üçün hər bir uşaq üçün 170 manat olmaqla, iki uşaq üçün hər ay cəmi 340 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 119.1 və 119.2-ci maddələrinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə göstərilmişdir ki, alimentin alınması haqqındakı iddiaların qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Odur ki, qanunvericiliyin qeyd olunan tələbinə müvafiq olaraq cavabdehdən aliment iddiası üzrə müəyyən olunmuş dövlət rüsumu alınıb dövlət mədaxilinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş subutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2009-cu ildə doğulmuş X4 və xx.xx.2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Goranboy rayon məhkəməsinin 02 iyul 2020-ci il tarixli 2(045)-712/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün sabit pul məbləğində 170 manat olmaqla, iki uşaq üçün hər ay cəmi 340 manat müəyyən edilsin və həmin məbləğdə aliment uşaqlar yetkinlik yaşına çatanadək Cavabdeh alınıb İddiaçı ödənilsin. Cavabdeh alimentin alınması iddiası üzrə qanunvericiliklə müəyyən olunmuş iddia qiymətinə müvafiq olaraq 30 (otuz) manat məbləğində dövlət rüsumu alınıb dövlət mədaxilinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-1630/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1630/2024
07.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver