Məhkəmə qərarları › İş №2(045)-166/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-166/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-166/2023 18.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli GTKR3437510A127 saylı kredit müqaviləsinə əsasən, 5716,82 manat əsas, 1383,41 manat faiz, cəmi 7100,23 manat məbləğində borcun, xx.xx.2019-cu il tarixli, **********01944127 saylı kredit kartına dair müqaviləyə əsasən 1590,43 manat əsas, 540,10 manat faiz, cəmi 2130,53 manat borcun və ödənilmiş 112,30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR3437510A127 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********01944127 saylı kredit kartına dair müqaviləyə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə "xxxx" ASC-nǝ xx.xx.2021-ci il tarixli, GTKR3437510A127 saylı kredit müqaviləsinə əsasən 5716,82 manat ǝsas; 1383.41 manat faiz; cami 7100.23 manat borcu, xx.xx.2019-cu il tarixli, **********01944127 saylı kredit kartına dair müqaviləyə əsasən 1590,43 manat ǝsas; 540,1 manat faiz; cəmi 2130,53 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh məhkəməyə gəlməmişlər. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiklərini, iddia ərizəsi ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədləri məhkəməyə təqdim etdiklərini qeyd edərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC-nin Kəpəz filialı (bank) ilə Cavabdeh (borcalan) arasında xx.xx.2019-cu il tarixli **********01944127 saylı kredit kartına dair müqaviləsindən görünür ki, bank borcalana xx.xx.2022-ci il tarixədək, illik 25 %-lə, 5000 manat məbləğində kredit vermişdir; İddiaçı ASC-nin Kəpəz filialı (bank) ilə Cavabdeh (borcalan) arasında xx.xx.2021-ci il tarixli GTKR3437510A127 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 35 ay müddətinə, illik 26 %-lə, 7500 manat məbləğində kredit vermişdir; xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə xx.xx.2021-ci il tarixli GTKR3437510A127 saylı kredit müqaviləsinə əsasən, 5716,82 manat əsas, 1383,41 manat faiz, cəmi 7100,23 manat məbləğində borcu, xx.xx.2019-cu il tarixli, **********01944127 saylı kredit kartına dair müqaviləyə əsasən 1590,43 manat əsas, 540,1 manat faiz, cəmi 2130,53 manat borcu vardır; xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, 7500 (yeddi min beş yüz) manat Cavabdeh tərəfindən qəbul edilmişdir; xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, bir ədəd plastik kart Cavabdeh tərəfindən qəbul edilmişdir; Hökümət ödəniş portalının ********** nömrəli, xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, İddiaçı ASC 112,30 manat məbləğində məhkəməyə dövlət rüsumu ödəmişdir; İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixə xx.xx.2021ci il tarixli, GTKR3437510A127 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 35 ay müddətinə, illik 26%-lə, 7500 manat və xx.xx.2019-cu il tarixli **********01944127 saylı kredit kartına dair müqaviləsindən görünür ki, bank borcalana xx.xx.2022-ci il tarixədək, illik 25 %-lə, 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğini və hesablanmış faizləri hər ay bərabər hissələrlə ödəməyi öhdəsinə götürsə də, kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə xx.xx.2022-ci il tarixə banka xx.xx.2021-ci il tarixli GTKR3437510A127 saylı kredit müqaviləsinə əsasən, 5716,82 manat əsas, 1383,41 manat faiz, cəmi 7100,23 manat məbləğində borcun, xx.xx.2019-cu il tarixli, **********01944127 saylı kredit kartına dair müqaviləyə əsasən 1590,43 manat əsas, 540,1 manat faiz, cəmi 2130,53 manat borcu yaranmışdır. Yaranmış borcu ödəməsi barədə cavabdehə xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM): 385.1-ci mаddəsinə əsаsən öhdəliyə əsаsən bir şəхs (bоrclu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pul ödəməli, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci mаddəsinə əsаsən bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cаvаbdеhdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pоzuntusu üçün məsuliyyət dаşıyır. 448.4-cü mаddəsinə əsаsən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdeh öhdəliklərini icra etməmiş, bununla da kreditora ziyan vurmuşdur. Buna görə də, cavabdeh öhdəliklərinin pozuntusu üçün kreditor qarşısında məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli GTKR3437510A127 saylı kredit müqaviləsinə əsasən, 5716,82 manat əsas, 1383,41 manat faiz olmaqla, cəmi 7100,23 manat məbləğində borc pul, xx.xx.2019-cu il tarixli, **********01944127 saylı kredit kartına dair müqaviləyə əsasən 1590,43 manat əsas, 540,10 manat faiz olmaqla, cəmi 2130,53 manat məbləğində borc pul və ödənilmiş 112,30 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Yuxarıda qeyd olununlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli GTKR3437510A127 saylı kredit müqaviləsinə əsasən, 5716,82 manat əsas, 1383,41 manat faiz olmaqla, cəmi 7100,23 manat məbləğində borc pul, xx.xx.2019-cu il tarixli, **********01944127 saylı kredit kartına dair müqaviləyə əsasən 1590,43 manat əsas, 540,10 manat faiz olmaqla, cəmi 2130,53 manat məbləğində borc pul və ödənilmiş 112,30 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar