Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1726/2023 24.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy Rayon Məhkəmasinin 21 dekabr 2016-cı il tarixli, 2(045)-3298/2016 saylı qetnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün müayyən edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 660 (altı yüz altmiş) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oglu ilə 04 may 2013-cü il tarixdə nikahı Goranboy rayonu Səfikürd kənd inzibati ərazi dairəsi üzrə nümayəndilikdə rəsmi qeyd edilməklə ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X10 adlı üç uşaqları olmuşdur. Cavabdehlə ailə münasibətləri onun təqsiri ucbatından pozulmuşdur. Goranboy Rayon Məhkəməsinin 21 dekabr 2016-ci il tarixli, 2(045)- 3298/2016 saylı qətnaməsinə əsasən nikah qeydi pozulmuş, uşaqları onun himayəsində saxlanılmış və yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün cavabdeh X15 oglundan hər bir uşaq üçan 60 (altmış) manat, cəmi 180 (bir yüz səksən) manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda məhkamə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləğinin miqdarı uşaqların heç bir tələbatını ödənilməsinə yetmir. Respublikada infliyasiya pulun qiymətdən düşməsi və bazar qiymətləri hər gün artır. İndi istəyir ki, bir ata kimi cavabdehdə uşaqlarının qarşısında öhdəliyi oldugunu anlasın. Ona görə də, istəyir ki, hər ay cavadehdan sabit pul məbləğində uşaqları üçün yaşayış minimumu həddində, yəni 220 (iki yüz iyirmi ) manat, üç uşaq üçün cəmi 660 (altı yüz altmış) manat aliment tutularaq ona verilsin. Hesab edir ki, məhkəmə uşaqlarının diqqətə layiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq alimentin miqdarının artıralmasında ona kömək edəcəkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, tələb edilən aliment məbləğini ödəməyə imkanı çatmır, çünki onun daimi iş yeri yoxdur, gündəlik iş olanda fəhləlik edir, ayda hər uşaq üçün 80-90 manat aliment ödəməyə imkanım çatar. Odur ki, göstərilənləri nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy Rayon Səfikürd kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİİ seriyalı 212658 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 17 noyabr 2013-cü ildə Goranboy rayonunda doğulmuşdur, atası Cavabdeh, anası X2r; Goranboy Rayon Səfikürd kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİİ seriyalı 514805 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2015-ci ildə Goranboy rayonunda doğulmuşdur, atası Cavabdeh, anası X2r; Goranboy Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 831674 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 02 iyun 2016-cı ildə Gəncə şəhər, Kəpəz rayonunda doğulmuşdur, atası Cavabdeh, anası X2r; Goranboy Rayon Məhkəməsinin 21 dekabr 2016-ci il tarixli, 2(045)-3298/2016 nömrəli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, 02 noyabr 2016-cı il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 60 (altmış) manat olmaqla, cəmi 3 uşaq üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir; Goranboy Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 267796 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki,Cavabdeh ilə X8 arasında olan nikah xx.xx.2018-ci ildə ləğv edilmişdir. Nikah ləğv olunduqdan sonra kişiyə “Hüseynov”, qadına “Ziyadova” soyadı verilmişdir; X1 filialı tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli, 3-17-2/2-71-37599/2023 nömrəli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişləri” altsistemində aktiv əmək müqaviləsi qeydə alınmamışdır. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, əvvəla iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay bir uşaq üçün 220 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan xx.xx.2013cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay hər uşaq üçün 110 (bir yüz on) manat, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh 38 manat (150 manat*12 ay=1800 manat) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 21 dekabr 2016-ci il tarixli, 2(045)-3298/2016 nömrəli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 110 (bir yüz on) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 21 dekabr 2016-ci il tarixli, 2(045)-3298/2016 nömrəli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 110 (bir yüz on) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh dövlət büdcəsinə 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1726/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1726/2023
24.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver