Məhkəmə qərarları › İş №2(045)-1732/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1732/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1732/2024 23.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" Kommersiya Bankı ASCnin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Kommersiya Bankı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2364.5 AZN əsas məbləğ üzrə, 440.39 AZN faiz üzrə, 200.22 AZN cərimə, 0 AZN komisyon haqqı, cəmi 3005.11 AZN borcun və ödənilmiş 50.06 AZN dövlət rüsumunun, 0.40 AZN xidmət haqqının tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən "xxxx" Kommersiya Bankı ASC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə 23% olmaq şərtilə 3500 AZN kredit verilmişdir. Eyni tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmış, Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 öhdəliklərinin icra edilmədiyi təqdirdə öhdəliyin icrasını öz öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh1 və Cavabdeh2 müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə Cavabdeh1 ümumilikdə 3005.11 AZN borcu yaranmışdır. Buna görə də Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2364.5 AZN əsas məbləğ üzrə, 440.39 AZN faiz üzrə, 200.22 AZN cərimə, 0 AZN komisyon haqqı, cəmi 3005.11 AZN borcun və ödənilmiş 50.06 AZN dövlət rüsumunun tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə 23 % olmaq şərtilə 3500 AZN kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 öhdəliklərinin icra edilmədiyi təqdirdə öhdəliyin icrasını öz öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2364.5 AZN əsas məbləğ üzrə, 440.39 AZN faiz üzrə, 200.22 AZN cərimə, 0 AZN komisyon haqqı, cəmi 3005.11 AZN borcu vardır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 50.06 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə, iş materiallarında olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, "xxxx" Kommersiya Bankı ASC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə 23 % olmaq şərtilə 3500 AZN kredit verilmişdir. Eyni tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmış, Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 öhdəliklərinin icra edilmədiyi təqdirdə öhdəliyin icrasını öz öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh1 və Cavabdeh2 müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə 2364.5 AZN əsas məbləğ üzrə, 440.39 AZN faiz üzrə, 200.22 AZN cərimə, 0 AZN komisyon haqqı, cəmi 3005.11 AZN borc yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor - borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsihalları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsidə daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış kredit müqaviləsinə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2364.5 AZN əsas məbləğ üzrə, 440.39 AZN faiz üzrə, 200.22 AZN cərimə, 0 AZN komisyon haqqı, cəmi 3005.11 AZN borc tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 50.06 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehlərdən tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilsin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2364.5 AZN əsas məbləğ üzrə, 440.39 AZN faiz üzrə, 200.22 AZN cərimə, cəmi 3005.11 AZN borc və ödənilmiş 50.06 AZN dövlət rüsumu, 0.40 AZN xidmət haqqı tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar