Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1774/2023 26.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2(045)-132/2022 saylı qətanaməsinə əsasən Cavabdeh xx.xx.2021-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində müəyyən edilmiş 120 manat alimentin miqdarı artırılaraq hər ay 220 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını xx.xx.2019-cu il tarixdə qeyd etdirməklə ailə qurub evləniblər. Birgə nikahlarından bir uşağları anadan olmuşdur. X4 – xx.xx.2021-cı il. Cavabdehlə 2022-ci ildən ayrılıblar. Aralarında olan nikah qeydi isə Goranboy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(045)-132/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Cavabdehlə faktiki olaraq ayrıldıqdan sonra aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib və Goranboy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(045)-132/2022 saylı qətnaməsinə əsasən azyaşlı uşağının saxlanılması üçün cavabdehdən hər ay 120 manat alimentin və 50 manat uşaq 3 yaşına çatanadək alimentin tutularaq ona verilməsi qət edilmişdir. Goranboy rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 120 manat alimentin məbələği çox aşağıdır, həmin məbləğə indiki dövrə azyaşlı uşağı saxlamaq olduqca çətindir. Hazırda cavabdeh kommunal işçilərin üzərində nəzarətçi kimi dayanır, rəsmi işləyir. İş yerindən əlavə boş vaxtlarında da gəlir əldə edir. Odur ki, hazırda müraciət etməklə cavabdehdən hər ay sabit pul məbləğində 220 manat aliment tələb edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, cavabdeh bildirişi qəbul etməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı doğum haqqında şəhadətnamədən və Goranboy Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2(045)-132/2022 saylı qətnaməsinin surətindən müəyyən edilir ki, tərəflərin xx.xx.2021-cı il təvəllüdlü Zəhra adlı bir uşağı doğulmuşdur. Goranboy Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2(045)-132/2022 saylı qətnaməsi ilə, Cavabdeh uşaq üçün hər ay cəmi 120 manat alimentin, uşaq 3 yaşına çatanadək isə 50 manat alimentin İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı uşağın artan xərcləri nəzərə alınaraq uşaq üçün hər ay cəmi 220 manat sabit pul məbləğinə aliment tələb edir. Goranboy şəhər İHB-nın Qızılhacılı qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 iyul 2023-ci il tarixli arayışdan görünür ki, İddiaçı Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yaşayır. Elektron məhkəmə informasiya sistemində Cavabdeh gəlirləri barədə məlumatdan müəyyən olunur ki, Cavabdeh hazırda “X7” MMC-də işləyir və 345 manat əmək haqqı alır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır; Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qanunun məzmunundan göründüyü kimi dövlət bir çox kateqoriyalardan olan insanları yaşaması üçün minimum xərcləri müəyyən etmişdir ki, uşaqların saxlanmasının minimum xərci kimidə 220 manat müəyyən edilmişdir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından olan uşağının böyüdükcə gündəlik tələbatının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxt aşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hərtərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda X2 böyüdükcə hər il artan xərclərini, cavabdehin hazırda daimi iş yerinin olmasını nəzərə alaraq hesab edir ki, Goranboy Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2(045)-132/2022 saylı qətnaməsi ilə xx.xx.2021cı il təvəllüdlü X1 üçün hər ay cəmi 120 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq tərəflərin birgə nikahından doğulmuş Zəhra adlı uşaqlarının yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay cəmi 150 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya ödəməlidir. İddiaçı alimentin 220 manat müəyyən edilməsini xahiş etdiyindən tələb qalan hissədə rədd edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin və «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2(045)-132/2022-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2021-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh uşaq üçün hər ay cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh alimentin alınması iddiası üzrə qanunvericiliklə müəyyən olunmuş iddia qiymətinə müvafiq olaraq 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-1774/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1774/2023
26.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver