Məhkəmə qərarları › İş №2(045)-1809/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1809/2023

11.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1809/2023 11.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X12 qızının katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması və çəkilmiş əlavə xərclərə cəlb edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Goranboy Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(045)-371/2020 saylı qətnaməsi ilə 04 mart 2007-ci il təvəllüdlü X2 və 30 dekabr 2008-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan hər uşaq üçün 110 (bir yüz on) manat, cəmi 220 (iki yüz iyirmi) manat alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi və daha sonra iddianın dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Goranboy Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli 2(045)-189/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikahın pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 onun yanında saxlanmış və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment alınaraq ona ödənilməsi qət edilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(045)- 371/2020 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat aliment tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd etmək istəyir ki, həmin vaxtdan uşaqlar xeyli böyüyüblər. Bununla bağlı ona çəkilən xərclərin miqdarı xeyli artmışdır. Həmçinin, ölkədə gedən inflyasiya ilə əlaqədar qida məhsullarının, uşaq geyimlərinin qiymətləri artmışdır. Buna görə uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkir. Cavabdeh uşağın saxlanılması üçün alimentin miqdarını artırmağa könüllü olaraq razı deyil. Buna görə alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin, bildirdi ki, cavabdehin hər ay hər uşaq üçün 130 manat məbləğində aliment ödəməsinə də etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, birgə nikahdan doğulmuş uşaqlarının saxlanması üçün hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat aliment ödəməyə maddi imkanı çatır. Çünki onun aylıq gəliri Qarabağ müharibəsi iştirakçısı olduğuna görə aldığı 80 manat müavinətdən və təhsil idarəsində gözətçi işləməsinə görə aldığı 359 manat məbləğində əmək haqqıdan ibarətdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Xoylu kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 906004 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2007-ci ildə Goranboy rayonu, Dəliməmmədli şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Xoylu kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 212946 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2008-ci ildə Gəncə şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Məhkəməsinin 2(045)-189/2019 nömrəli, 23 aprel 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı X8 ilə Cavabdeh arasında 15 fevral 2006-cı il tarixdə Goranboy rayon Xoylu kənd icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 № ilə qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra 04 mart 2007-ci il təvəllüdlü X6 və 30 dekabr 2008-ci il təvəllüdlü X7 anaları X4 yanında saxlanılmış, 04 mart 2007-ci il təvəllüdlü X2 və 30 dekabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 06 dekabr 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 100 (bir yüz) manat, ümumilikdə 200(iki yüz) manat miqdarda aliment alınaraq X5 verilməsi qət edilmişdir; Goranboy rayon Məhkəməsinin 2(045)-371/2020 nömrəli, 20 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, Goranboy Pay on Məhkəməsinin 23 aprel 2019-cu il tarixli 2(045)-189/2019 saylı qətnaməsi ilə 04 mart 2007-ci il təvəllüdlü X2 və 30 dekabr 2008-ci il təvəllüdlü Allahverdiyev nəyyad Ədaiəı oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Allahverdiyev Əd ılət Allahverdi oğlundan hər ay tutulan alimentin miqdarı dəyişdirilsin və hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat aliment Cavabdeh tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir; Goranboy rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 072186 nömrəli vəsiqədən görünür ki, Cavabdeh mühraibə veteranıdır; “Elektron məhkəmə” informasiya sistemindən cıxarışdan görünür ki, Cavabdeh gözətçi işləməsinə görə aylıq 359 manat əmək haqqı və müharibə veteranlığına görə isə 80 manat müavinət alır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 220 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Beləliklə, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan 04 mart 2007-ci il təvəllüdlü X2 və 30 dekabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(045)-371/2020 nömrəli qətnaməsi ilə 04 mart 2007-ci il təvəllüdlü X2 və 30 dekabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(045)-371/2020 nömrəli qətnaməsi ilə 04 mart 2007-ci il təvəllüdlü X2 və 30 dekabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar