Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1899/2024 26.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayon Məhkəməsinin 26 avqust 2021-cı il tarixli, 2(045)-1121/2021 saylı qətnaməsi ilə 12 iyul 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 05 iyun 2017-ci il tarixdə nikahı Goranboy rayon Qeydiyyat şöbəsində rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə yaşadığı müddətdə 12 iyul 2017-ci il təvəllüdlü X2 adlı bir uşağı olmuşdur. Cavabdehlə birgə yaşamaq mümkün olmadığı üçün ayrılmışdır. Ayrıldıqdan sonra uşağı onun himayəsində qalıb və hal-hazırda da onunla birlikdə yaşayır. Məhkəməyə təqdim etdiyi Goranboy rayon Məhkəməsinin 26 avqust 2021-cı il tarixli 2(045)-1121/2021 saylı qətnaməsinə əsasən cavabdehdən uşağı 12 iyul 2017-ci i təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləğinin miqdarı uşağın heç bir təlabatının ödənilməsinə yetmir. Belə ki, artıq uşaq orta məktəbdə oxuyur, onun müəyyən təlabatları var ki, o tək ödəyə bilmir. Eyni zamanda psixi-nervoloji xəstədir. Müalicəsinə hər ay pul lazım olur. Bundan başqa, Respublikada infliyasiya-pulun qiymətdən düşməsi və bazar qiymətləri hər gün artır. Cavabdeh isə bu təlabatları ödəməkdə ona heç bir köməklik etmir. Heç elə bil bu uşaq onun da uşağı deyil. Buna görə də o “aliment məbləğinin miqdarının artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olur. Elə bilir ki, alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun olmalıdır. Bildiyinə görə “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimu haqqında”Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Ümüd edir ki, məhkəmə onun iddia tələbini əsaslı hesab edib uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün qət edilmiş alimentin miqdarını artırıb 235 manata çatdıracaqdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etməyərək izahatında bildirdi ki, məhkəmə tərəfindən təyin edilmiş aliment məbləğini hər ay vaxtlıvaxtında ödəyir. O, 2021-ci il tarixdə yenidən ailə qurmuşdur. Ona görə də iddia tələbində qeyd edilən aliment məbləğini ödəməyə maddi imkanı yoxdur. Onun hər ay birgə nikahdan doğulmuş uşağının saxlanması üçün 170 manat aliment ödəməyə imkanı çatar. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 305942 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah qeydi xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 985739 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 12 iyul 2017-ci ildə Gəncə şəhəri, Kəpəz rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Məhkəməsinin 2(045)-1121/2021 nömrəli, 26 avqust 2021-ci il tarixli qətnaməsindən görünür ki, Goranboy Rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2(045)-4553/2017 saylı qətnaməsi ilə xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabadeh Cavabdeh hər ay tutulan alimentin miqdarı dəyişdirilmiş və hər ay 150 manat aliment Cavabdeh tutularaq İddiaçı verilməsi müəyyən edilmişdir; Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, əvvəla iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay bir uşaq üçün 235 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Odur ki, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə 12 iyul 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh 30 manat (40 manat*12ay=480 manat) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Gornaboy Rayon Məhkəməsinin 2(045)-1121/2021 nömrəli, 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə 12 iyul 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gornaboy Rayon Məhkəməsinin 2(045)-1121/2021 nömrəli, 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə 12 iyul 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh dövlət büdcəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1899/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1899/2024
26.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver