Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1934/2023 14.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi və daha sonra dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1141.05 (bir min yüz qırx bir manat sıfır beş əpik) manat məbləğində əsas borc, 0 (sıfır) manat məbləğində faiz borcu, 0 (sıfır) manat məbləğində cərimə borcu, 25 dekabr 2015-ci il tarixindən başlayaraq Mərkəzi Bankın illik 5 (beş) faiz uçot dərəcəsi ilə əsas borcun ödənilməsi anına kimi hər gün üçün 0.16 (on altı qəpik) manat məbləğində hesablanmaqla 451.20 (dörd yüz əlli bir manat iyirmi qəpik) manat, ümumilikdə isə 1592.25 (bir min beş yüz doxan iki manat iyirmi beş qəpik ) manat məbləğində borcun, 31 (otuz bir) manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 25 dekabr 2013-cü il tarixində Cavabdeh1 (bundan sonra - borclu) ilə "Gəncəbank” ASC (bundan sonra bank) arasında 560003AZM001 saylı müqavilə (bundan sonra - kredit müqaviləsi) bağlanmış və həmin Müqaviləyə əsasən bank tərəfindən borcluya illik 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə, 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 (bundan sonra - zamin) 25 odekabr 2013-cü il tarixli 560003AZM001 saylı zaminlik müqaviləsi (bundan sonra - zaminlik müqaviləsi) əsasında kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Bundan başqa borclunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə borcalanla bank arasında 25 dekabr 2013-cü il tarixdə 560003AZM001 saylı girov müqaviləsi bağlanmış və borcalana məxsus olan 4 (dörd) ədəd qızıl beşlik girova qoyulmuşdur. Lakin, borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişlər. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiklərini, onların iştirakı məhkəmə iclasının keçirilməsini və iddianın təmin edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarında iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 560003AZM001 nömrəli 25 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən ləğv prosesində olan İddiaçı ASC Cavabdeh1 illik 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə, 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verməyi, Cavabdeh1 həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, borclunun öhdəliyi zaminliklə təmin olunmuş Cavabdeh2 bu müqavilə üzrə zamin qismində üzərinə öhdəliklər götürmüşdür; Hökümət ödəniş portalının ********* nömrəli xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödəmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinin əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 740.5-ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; 745.5-ci maddəsinə əsasən kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməklə, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermişdir. Cavabdeh aldığı borcun müəyyən hissəsini və müəyyən dövr üçün faizləri ödəsə də, daha sonra kredit ödənişini etməyərək, öhdəliyini tam və vaxtında icra etməmişdir. Bununla da, Cavabdeh1 kredit müqaviləsi üzrə şərtləri pozduğuna görə onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Qeyd olunmalıdır ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Məhkəmə, eyni zamanda iddia tələbinin digər Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Mülki Məcəllənin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşə əlavə edilmiş xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinin 4-cü bəndində göstərilir ki, zaminlik müqaviləsi hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və borcalanın bank qarşısında öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə qalır. Məhkəmə həmin bəndi zaminliyin müddətini müəyyən edən şərt kimi qəbul etmir. Müddətin anlayışı Mülki Məcəllənin 367-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən: - Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır; - Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir; - Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Beləliklə, mülki hüquq münasibətlərində müddət əqdlə və ya məhkəmə tərəfindən müəyyən edilə bilər. Müddət konkret zaman vahidi ilə ifadə oluna bilər və ya hökmən baş verməli hadisəyə bağlana bilər. Müddətin müəyyən edilməsinin başqa meyarı yoxdur. Öhdəliyin icra edilməsi hökmən baş verməli hadisə deyildir. Aydındır ki, obyektiv və ya subyektiv səbəblərdən öhdəlik borclu tərəfindən uzun müddət və ya heç vaxt icra olunmaya da bilər. Buna görə də zaminlik müqaviləsinin 4-cü bəndində zaminliyin müddətinin kredit müqaviləsi üzrə öhdəliyin icra edildiyi tarixədək müəyyən edilməsi Mülki Məcəllənin 367-ci maddəsinin tələbinə zidd olduğu üçün həmin bənd etibarsızdır. Bu halda isə zaminliyə xitam verilməsi üçün müddət qanunla nəzərdə tutulmuş qaydada hesablanmalıdır. Zaminliyin təmin etdiyi öhdəliyin icrasının son vaxtı 25 dekabr 2015-ci il olmuşdur. İddiaçı zaminə qarşı öhdəliyin icrası müddətinin başa çatdığı 25 dekabr 2015-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bu hal isə zaminliyə xitam verilməsinə səbəb olur, yəni müddət keçdikdə zaminliyə özlüyündən xitam verilir. Odur ki, zaminliyə xitam verildiyinə görə iddiaçının keçmiş zaminə qarşı irəli sürdüyü tələb təmin edilə bilməz. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tələb edilən dövlət rüsumunun məbləğinə dair qeyd edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia tələbində 31 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını tələb etsə də, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı hazıkı tələb üzrə dövlət rüsumu olaraq 30 manat ödəmiş və həmin məbləğin köçürülməsi üçün iddiaçıdan 0,40 manat xidmət haqqı tutulmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən dövlət büdcəsinə 31 manat məbləğində dövlət rüsumu ödənilməmişdir. Odur ki, iddiaçının xidmət haqqının tutulması ilə bağlı tələbi də olmadığından məhkəmə hesab edir ki, tələb həmin hissədə qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1141.05 (bir min yüz qırx bir manat sıfır beş əpik) manat məbləğində əsas borc, 0 (sıfır) manat məbləğində faiz borcu, 0 (sıfır) manat məbləğində cərimə borcu, 25 dekabr 2015-ci il tarixindən başlayaraq Mərkəzi Bankın illik 5 (beş) faiz uçot dərəcəsi ilə əsas borcun ödənilməsi anına kimi hər gün üçün 0.16 (on altı qəpik) manat məbləğində hesablanmaqla 451.20 (dörd yüz əlli bir manat iyirmi qəpik) manat olmaqla, ümumilikdə 1592.25 (bir min beş yüz doxan iki manat iyirmi beş qəpik) manat məbləğində borc pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı ASC- nin xeyrinə 1141.05 (bir min yüz qırx bir manat sıfır beş əpik) manat məbləğində əsas borc, 0 (sıfır) manat məbləğində faiz borcu, 0 (sıfır) manat məbləğində cərimə borcu, 25 dekabr 2015-ci il tarixindən başlayaraq Mərkəzi Bankın illik 5 (beş) faiz uçot dərəcəsi ilə əsas borcun ödənilməsi anına kimi hər gün üçün 0.16 (on altı qəpik) manat məbləğində hesablanmaqla 451.20 (dörd yüz əlli bir manat iyirmi qəpik) manat olmaqla, ümumilikdə 1592.25 (bir min beş yüz doxan iki manat iyirmi beş qəpik) manat məbləğində borc pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1934/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1934/2023
14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver