Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-196/2023 01.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, X5 kаtibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiаçı İddiaçı АSC-nin cаvаbdеh X3 qаrşı “pul” tələbinə dаir iddiаsı üzrə mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı АSC iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, cаvаbdеh X1 ümumilikdə 1439.95 (bir min dörd yüz otuz doqquz manat doxsan beş qəpik) manat (əsas borcu - 1425.40 (bir min dörd yüz iyirmi beş manat qırx qəpik) manat, faiz borcu - 14.55 (on dörd manat əlli beş qəpik) məbləğin və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun tutularaq İddiaçı АSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddiаçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 13-xx-xx-093453 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh 60 (altmış) ay müddətinə, illik 1 % olmaqla 1552.39 (bir min beş yüz ǝlli iki) manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli 13-xx-xx-093453 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borcu 1425.40 (bir min dörd yüz iyirmi beş manat qırx qəpik) manat, faiz borcu - 14.55 (on dörd manat əlli beş qəpik) manat, ümumilikdə 1439.95 (bir min dörd yüz otuz doqquz manat doxsan beş qəpik) manat məbləğində borc təşkil edir. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, Cavabdeh vərəsəsi - X4r. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, krediti mərhum atası sağ olan vaxtı sığorta ilə götürmüşdür. Lakin, krediti götürdükdən bir müddət sonra atası vəfat etmiş və o, atasının vərəsəsi məyyən olunmuşdur. O, həmin məbləği ödəmək istəmir, çünki buna imkanı yoxdur. Hesab edir ki, mərhum atası bu məbləği sığortalı götürdüyündən həmin pul da sığorta hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. İddiaçı ASC ərizə ilə məhkəməyə mürаciət еdərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını хаhiş еtmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC-nin Gəncə filialı (borcverən) ilə Cavabdeh (bоrcаlаn) arasında bağlanmış 13-xx-xx-093453 nömrəli, 22 iyul 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, bаnk bоrcаlаnа 60 аy müddətinə, illik 1 %-lə, 1552.39 manat məbləğində krеdit vеrmişdir; 25 iyul 2022-ci il tаriхli, M/19-6382 nömrəli arayışdan görünür ki, Cavabdeh 13-xxxx-093453 nömrəli, 22 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 1439.95 (bir min dörd yüz otuz doqquz manat doxsan beş qəpik) manat, o cümlədən 1425.40 (bir min dörd yüz iyirmi beş manat qırx qəpik) manat əsas borcu, 14.55 (on dörd manat əlli beş qəpik) manat faiz borcu vardır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 144851 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “digər beyindaxili qansızma” səbəbindən ölmüşdür; 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 11 fevral 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Cavabdeh vərəsəsi, Goranboy rayonu, Qazanbulaq qəsəbəsi ünvanında qeydiyyatda olan X6 miras əmlakdan tam hissədə irs almışdır; “Kredit götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi”ndən görünür ki, xx.xx.1949-cu il təvəllüdlü Cavabdeh həyatı "xxxx" ASC tərəfindən sığortalanmışdır. Sığorta müddəti xx.xx.2015-ci il saat 00:01, xx.xx.2016-cı il, saat 00:00. Hökumət Ödəniş Pоrtаlının ********** nömrəli, xx.xx.2022-ci il tаriхli mədахil qəbzindən görünür ki, iddiаçı hаzırkı tələb üzrə 35 mаnаt dövlət rüsumu ödəmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2019-cu il tarixli, 13-xx-xx- 093453 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 1%-lə, 1552.39 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğini və hesablanmış faizləri hər ay bərabər hissələrlə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmiş, X7 borcalanın vərəsəsi kimi müəyyən edilmişdir. Hazırda cavabdeh X7 iddia tələbini qəbul etmir və vəfat etmiş atasının həyatı sığortalandığı üçün bu məbləğin sığorta tərəfindən ödənilməli olduğunu əsas gətirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmə yuxarıda sadalanan hüquq normalarına əsasən qeyd edir ki, mərhum Cavabdeh öldüyü tarixədək hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən onun vərəsəsi X3 münasibətdə iddia tələbi əsaslı hesab edilməlidir. Məhkəmə, cavabdeh X2 izahatında göstərdiyi xüsusatlara, yəni borcun sığorta hesabına ödənilmə dair qeyd edir ki, Cavabdeh həyat sığortasının müddəti xx.xx.2016-cı il tarixdə saat 00:00-da başa çatmışdır. Hazırki iş üzrə isə tərəflər arasında müqavilə 22 iyul 2019-cu il tarixdə bağlanılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 1425.4 (bir min dörd yüz iyirmi beş manat qırx qəpik) manat, faiz borcu üzrə 14.55 (on dörd manat əlli beş qəpik) manat, cəmi 1439.95 (bir min dörd yüz otuz doqquz manat doxsan beş qəpik) manat borc və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Yuxarıda qeyd olununlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ЕTDİ: İddiа təmin еdilsin. Cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 1425.4 (bir min dörd yüz iyirmi beş manat qırx qəpik) manat, faiz borcu üzrə 14.55 (on dörd manat əlli beş qəpik) manat, cəmi 1439.95 (bir min dörd yüz otuz doqquz manat doxsan beş qəpik) manat borc və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-196/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-196/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver