Məhkəmə qərarları › İş №2(045)-1960/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1960/2023

14.11.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1960/2023 14.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X17 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 24 iyul 1980-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuş X4 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim etdiyi Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Əlirzalı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, o, ailə üzvüləri ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yəni, Goranboy rayonunun Əlirzalı kəndində yaşayır. Xəbərsiz itkin düşmüş hesab etdirmək istədiyi şəxs onun əri X6r. Onunla 04 oktyabr 2000ci ildə nikahı rəsmi qeyd etdirərək ailə qurmuşdur. Birgə yaşadığı müddətdə Seyid, Nurxanım, Pakizə adlı uşaqları olmuşdur. X21 02 may 2020-ci il tarixdə, saat 18:00-da evdən heyvan almaq adı ilə çıxmış və gecəni evə qayıtmamışdır. Ondan bir sutka xəbər çıxmadığı üçün səhərisi “102” xidmətinə müraciət etmişdir. Həmin vaxtdan bugünə kimi ondan xəbər yoxdur. Məhkəməyə təqdim etdiyi Goranboy Rayon Poliş Şöbəsinin 31 iyul 2023- cü il tarixli, 3-13-75/2-13701/2023 saylı arayışından da görünür ki, əri xx.xx.2020-ci il taridə saat 18:00-da yaşadığı Goranboy rayonunun Əlirzalı kəndindən əkin sahəsinə getmək adı ilə çıxmış bir daha geri qayıtmayaraq itkin düşmüşdür. İndi istəyir ki, əri X8 məhkəmə qaydasında itkin düşmüş hesab edilsin. Onu xəbərsiz itkin düşmüş hesab etməkdə məqsədi ondan miras qalan VAZ 21150 markalı, ** BJ *** dövıət qeydiyyat nişanlı avtomobilə sahib olmaqdır. Çünki o, bunu başqa yolla əldə edə bilmir, avtomobil də istifadəsiz qalaraq xarab olur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilən suala cavab olaraq bildirdi ki, onun əri evdən heyvan almaq adı ilə çıxmışdır, polisin məktubunda “əkin sahələrinə getmək adı ilə evdən çıxmışdır” sözləri texniki səhv olaraq yazılmışdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon vətəndaşlıq aktlarının aparmasının dövlət qeydiyyatı orqanı tərəfindən verilmiş Vİ-ЖГ seriyalı 341826 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 ilə X5 ilə arasında nikah 04 oktyabr 2000-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandəqdan spnra sonuncuya “Bayramova” soyadı verilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 213121 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 14 iyun 2008-ci ildə Goranboy rayonu, Xanqərvənd kəndində doğulmuş, atası X8, Ərizəçidır; Goranboy rayon Əlirzalı kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 316435 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.2023-cü ildə Goranboy rayonu, Əlirzalı kəndində doğulmuş, atası X8, Ərizəçidır; Goranboy rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 147760 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2000-ci ildə Goranboy rayonu, Əlirzalı kəndində doğulmuş, atası X8, Ərizəçidır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Vİİ-ЖГ seriyalı, 278792 nömrəli arayışdan görünür ki, X8 xx.xx.1980-ci ildə Goranboy rayonu, Xanqərvənd kəndində doğulmuş, atası X13, anası X3r; Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-75/2-1370/2023 nömrəli arayışdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X8 xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində yaşadığı Goranboy rayonunun, Əlirzalı kəndindən əkin sahələrinə getmək adı ilə evdən çıxmış bir daha geri qaytmayaraq itkin düşmüşdür. Hal-hazırda Cavid Bayramovun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildiki, Ərizəçi xx.xx.1980-ci il tarixdə anadan olmuş əri X8 xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində yaşadığı Goranboy rayonu, Əlirzalı kəndində evindən mal almaq adı ilə evdən çıxmış bir daha geri qaytmayaraq itkin düşmüş və həmin müddətdən sonra onun barəsində hər hansı məlumat olmamışdır. Həmçinin Maraqlı şəxs tərəfindən verilmiş arayışda da X4 itkin düşməsi qeyd edilmişdir. Həmin vaxtdan X8 haqqında heç bir məlumat əldə edilməmişdir. X1 arvadı onun xəbərsiz itkin düşməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 40-cı maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. Xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Məhkəmə, iclasda tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, X4 yaşayış yerində onun harada olması barədə təxminən 3 ildir ki, heç bir məlumat yoxdur, həmçinin Maraqlı şəxs arayışında da müəyyən olunur ki, X8 haqqında heç bir məlumat əldə edilməmişdir Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.1980-ci ildə Goranboy rayonu, Xanqərvənd kəndində anadan olmuş, Goranboy rayonu, Əlirzalı kəndində yaşamış X8 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin ( bundan sonra - MPM): 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir; 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, MPM-in 316-cı maddəsinə əsasən, ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24 iyul 1980-ci ildə Goranboy rayonu Xanqərvənd kəndində anadan olmuş X4 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar