Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-209/2024 29.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Cəmilova Zəhra Davud qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3166 manat əsas, 230.32 manat faiz, 44.91 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 3441.23 manat borcun, 0.4 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 54.42 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-209/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 3166 manat əsas, 230.32 manat faiz, 4 manat cərimə, cəmi 3400.32 manat borc və 54.01 manat məbləğində dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o, borc tələbini qəbul edir. Zamin onun öhdəliyinə zamin kimi müəyyən olunmuşdur. Lakin, borcun zamindən yox, ondan tutulmasını xahiş edir. İddiaçı "xxxx" KB ASC və digər cavabdeh Zamin məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin, iddiaçı nümayəndəsinin iştirakını təmin etmədiyindən, digər cavabdeh isə məhkəmə iclasına gəlmədiklərindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 229.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə əlavə qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3166 manat əsas, 230.32 manat faiz, 44.91 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 3441.23 manat borcun, 0.4 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 54.42 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-209/2024 nömrəli qətnaməsində cavabdeh Zamin pulun tutulması məsələsi həll edilməmişdir. MPM-in: 229.1.1-ci maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər; 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Goranboy Rayon Məhkəməsində baxılmış 2(045)-209/2024 saylı mülki işi üzrə əlavə qətnamə qəbul edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 3166 manat əsas, 230.32 manat faiz, 4 manat cərimə, cəmi 3400.32 manat borc və 54.01 manat məbləğində dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 229 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 3166 manat əsas, 230.32 manat faiz, 4 manat cərimə, cəmi 3400.32 manat borc və 54.01 manat məbləğində dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) iddiaçı "xxxx" KB ASCnin xeyrinə tutulsun. Əlavə qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(045)-209/2024
Goranboy Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(045)-209/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver