Məhkəmə qərarları › İş №2(045)-21/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-21/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-21/2024 14.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə bə tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşmasının və xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit raszılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 006R********** saylı kredit razılaşması üzrə 364,29 manat məbləğində kredit borcu, 2,33 manat məbləğində faiz borcu və 89,58 manat məbləğində cərimə borcu olmaqla, 006R********** saylı kredit razılaşması üzrə 9220,6 manat məbləğində kredit borcu olmaqla, 117,62 manat məbləğində faiz borcu və 4505,94 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 14300 (on dörd min üç yüz manat) 36 (otuz altı) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 132,9 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönədlilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Goranboy rayon Sarovlu kəndində mülkiyyətdə olan 0,08 ha torpsq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin açıq hərracdan satılması və ümumilikdə 14300 (on dörd min üç yüz manat) 36 (otuz altı) aəpik məbləğində borcun, ödənilmiş 132,9 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönədlilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İdris oğlundan, Cavabdeh4 ümumi müştərək qaydada tutulması, Goranboy rayonu Sarovlu kəndindı mülkiyyətdə oln 0,08 ha torpq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra 01 ay sonra həmin evə Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsimi məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 50L000001208 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 499.13 (dörd yüz doxsan doqquz) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 134.84 manat ödəmiş, onun 364.29 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 224 gün üçün hesablanmış faiz borcu 2.33 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02% məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 224 gün üçün hesablanmış cərimə 89.58 manat təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10292.23 (on min iki yüz doxsan iki) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1071.63 manat ödəmiş, onun 9220.6 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bandi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 528 gün üçün hesablanmış faiz borcu 117.62 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02% məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 528 gün üçün hesablanmış cərimə 4505.94 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kreditalan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka qoyanlar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Bank arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 50M000000038 saylı ipoteka müqaviləsi əsasında ona məxsus Goranboy rayonu, Sarovlu kəndində mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* nömrəli çıxarışla Goranboy rayonu, Sarovlu kəndində mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliyinin icrasını təmin etmək üçün «AccessBanks QSC-nin xeyrina ipoteka ilə yüklü edilməsi qeydiyyata zamin alınmışdır. Goranboy rayonu, Sarovlu kəndində mərtəbəli, yerləşən 1 olanlar X5, X2, Cavabdeh4, Cavabdeh2. Mahmudov X3 rayonu, Sarovlu kəndində mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkan ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. (razılıq ərizəsinin surəti əlavə olunur). "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka qoyana "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 36.2-cı maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişın qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, İddiaçı QSC-nin nümayəndəsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəməyə gəlməmişlər. İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək, təyin edilmiş məhkəmə baxışı iclasında üzürlü səbəbdən iştirak edə bilmədiklərini, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 avqust 2019-cu il tarixli, 006R********** nömrəli kredit razılaşması müqaviləsinə əsasən İddiaçı QSC Cavabdeh1 60 ay müddətinə, aylıq 1 faiz dərəcəsi olmaqla 10292 manat məbləğində kredit verməyi, Cavabdeh1 həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Kreditin verilməsinə dair qəbzlərdən görünür ki, Cavabdeh1 10292 manat məbləğində krediti qəbul etmişdir; 26 avqust 2019-cu il tarixli, 006R********** nömrəli kredit razılaşması müqaviləsinə əsasən İddiaçı QSC Cavabdeh1 60 ay müddətinə, aylıq 1 faiz dərəcəsi olmaqla 499,13 manat məbləğində kredit verməyi, Cavabdeh1 həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Kreditin verilməsinə dair qəbzlərdən görünür ki, Cavabdeh1 499,13 manat məbləğində krediti qəbul etmişdir; 16 sentyabr 2014-cu il tarixli, 50L000001208 nömrəli kredit xətti müqaviləsinə əsasən İddiaçı QSC Cavabdeh1 120 ay müddətinə, 50000 ABŞ dolları məbləğində kredit xətti açmağı, Cavabdeh1 həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, borclunun öhdəliyi zaminliklə təmin olunmuş və Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 bu müqavilə üzrə zamin qismində üzərinə öhdəlik götürmüşdür; İddiaçı QSC (ipotekasaxlayan), Cavabdeh2 (ipotekaverən), Cavabdeh1 (borclu), Cavabdeh4 və Cavabdeh3 (tərəflər) arasında bağlanmış 17 sentyabr 2014-cü il tarixli, 50M000000038 nömrəli ipoteka müqaviləsindən görünür ki, İddiaçı QSC Cavabdeh1 120 ay müddətinə, 50000 ABŞ dolları məbləğində kredit xətti açmağı, Cavabdeh2 (ipotekaqoyan) Cavabdeh1 (borclu), Cavabdeh4 və Cavabdeh3 (tərəflər) Goranboy rayonu, Sarovlu kəndində mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi ipotekaya qoymuş, ipoteka qoyulmuş əmlak 14119 (tərəflərin razılığı ilə) manat məbləğində qiymətləndirilmişdir; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Goranboy rayonu, Sarovlu kəndində yerləşən 0.08 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 119.2 kv/m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına, Cavabdeh1 fərdi yaşayış evi tam, torpaq sahəsi ¼ hissəsi, Cavabdeh2 torpaq sahəsi ¼ hissəsi, Cavabdeh4 ¼ hissəsi, Cavabdeh3 ¼ hissəsi daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə **********54-10301 nömrə ilə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Goranboy rayonu, Sarovlu kəndində yerləşən fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi ilə birlikdə İddiaçı QSC-nin xeyrinə yüklü edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır; İddiaçı QSC-nin xx.xx.2022-ci il tаriхli cədvəlindən görünür ki, Cavabdeh1 26 avqust 2019-cu il tarixli, 006R********** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tаriхə 364,29 manat məbləğində kredit borcu, 2,33 manat məbləğində faiz borcu və 89,58 manat cərimə, cəmi 456,20 manat məbləğində cərimə bоrcu vardır; İddiaçı QSC-nin xx.xx.2022-ci il tаriхli cədvəlindən görünür ki, Cavabdeh1 26 avqust 2019-cu il tarixli, 006R********** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tаriхə 9220,6 manat məbləğində əsas məbləğ üzrə borc, 117,62 manat faiz, 4505,94 manat cərimə borcu olmaqla, cəmi 13844,16 manat məbləğində bоrcu vardır; X4 ********* nömrəli, xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən Goranboy Rayon Məhkəməsinin hesabına 132,90 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2022-ci il tarixli təsdiqetmə bildirişindən görünür ki, İddiaçı QSC tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi- DƏDRX-nın hesabına 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2022-ci il tarixli təsdiqetmə bildirişindən görünür ki, İddiaçı QSC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması ümün 30 manat məbləğində xidmət haqqı ödənilmişdir; "xxxx" MMC tərəfindən verilmiş Ç-022 nömrəli, 14 may 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Goranboy rayonu, Sarovlu kəndində yerləşən fərdi yaşayış evinin hazırki bazar qiyməti, 26000 (iyirmi altı min) manat, likvid qiyməti, 20000 (iyirmi min) manat təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 İddiaçı QSC tərəfindən 16 sentyabr 2014-cu il tarixli, 50L000001208 nömrəli, kredit müqavilələrinə əsasən 120 ay müddətinə, 50000 ABŞ dolları kredit xətti açılmış, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 borclunun öhdəliyini icra etməsi üçün zamin kimi müəyyən edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini pozmuş və nəticədə bank qarşısında onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Həmçinin, Cavabdeh1 əsas öhdəliyin təminatı olaraq Goranboy rayonu, Sarovlu kəndində mülkiyyətində olan 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini ipoteka qoymuşdur. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, borclu və zaminlər öhdəliklərini icra etməmiş, bununla da kreditora ziyan vurmuşlar. Buna görə də, borclu və zaminlər cavabdeh kimi öhdəliklərinin pozuntusu üçün kreditor qarşısında birgə məsuliyyət daşımalıdır. Məhkəmə, iddia tələbinin müqavilələr üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 89,58 manat və 4505,94 manat cərimə hissəsinə dair qeyd edir ki, tələb bu hissədə tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 50 (əlli) manat və 1000 (bir min) məbləğində müəyyən edilməlidir. Məhkəmə iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti olan əmlakın boşaldılması tələblərini aşağıdakı maddi hüquq normalarına uyğun həll edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair); 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir; 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır; 39.3-cü maddəsinə əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinin təminatı kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 paylı mülkiyyətdə olan Goranboy rayonu, Sarovlu kəndində mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi bağlanarkən əmlak 14119 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehlərə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış və iddiaçının müraciəti əsasında həmin bildiriş dövlət qeydiyyatına alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 paylı mülkiyyətində olan Goranboy rayonu, Sarovlu kəndində mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Məhkəmə onu da qeyd edir ki, “İpotaka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinin tələblərinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi əsas götürülməklə, 20000 (iyirmi min) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmeti hərracda satıldıqdan bir ay sonra həmin əmlaka istifadə hüququnun itirilməsi, cavabdehlərin və digərlərinin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, ipoteka predmetinin boşaldılması özündə həm həmin əmlakda yaşayan şəxslərin, həm də onların bütün əmlaklarının (onlara məxsus olan əşyaların) çıxarılmasını ehtiva edir. Məhkəmə "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinin tələblərinə istinadən vurğulayır ki, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuş, lakin ipoteka predmetinin boşaldılması nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka qoyan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər Goranboy rayonu, Sarovlu kəndində mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalıdır. Bundan başqa istifadə hüququnun itirilməsi şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını özündə ehtiva etdiyindən, məhkəmə "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Buna görə iddia bu hissədə təmin edilməməlidir. Bundan başqa əmlakın satıldıqdan sonra alıcıya təhvil verilməsi icra üsulu qaydasında həll olunan məsələ olduğu üçün iddia bu hissədə də təmin edilməməlidir. Eyni zamanda məhkəmə, iddia tələbinin ödənilmiş 132,9 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” qanununun 8.1.3-cü maddəsinə (120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi) əsasən cavabdehdən tutulmalı olan ödənilmiş dövlət rüsumunun əvəzi 122,26 manat məbləğində müəyyən edilməli və qalıq 10,64 manat hissəsi isə iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 006R********** saylı və xx.xx.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşmaları ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 006R********** saylı kredit razılaşması üzrə 364,29 manat məbləğində kredit borcu, 2,33 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, 006R********** saylı kredit razılaşması üzrə 9220,6 manat məbləğində kredit borcu olmaqla, 117,62 manat məbləğində faiz borcu və 1000 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 10754,84 (on min yeddi yüz əlli dörd manat, səksən dörd qəpik) manat məbləğində borc, habelə ödənilmiş 122,26 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumu və 30 manat məbləğində xidmət haqqının əvəzi tutularaq İddiaçı QSC-yə ödənilməli, tutma xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylı mülkiyyətində olan Goranboy rayonu, Sarovlu kəndində mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlər İddiaçı QSC-yə ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyanlara - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qaytarılmalı, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 20000 (iyirmi min) manat məbləğində müəyyən edilməli, əmlak açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər Goranboy rayonu, Sarovlu kəndində mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 006R********** saylı və xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit razılaşmaları ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 006R********** saylı kredit razılaşması üzrə 364,29 manat məbləğində kredit borcu, 2,33 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, 006R********** saylı kredit razılaşması üzrə 9220,6 manat məbləğində kredit borcu olmaqla, 117,62 manat məbləğində faiz borcu və 1000 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 10754,84 (on min yeddi yüz əlli dörd manat, səksən dörd qəpik) manat məbləğində borc, habelə ödənilmiş 122,26 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumu və 30 manat məbləğində xidmət haqqının əvəzi tutularaq iddiaçıya İddiaçı QSC-yə ödənilsin. Tutma xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylı mülkiyyətində olan Goranboy rayonu, Sarovlu kəndində mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evə yönəldilsin, həmin əmlak açıq hərrac vasitəsilə satılsın, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlər İddiaçı QSC-yə ödənilsin, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyanlara - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qaytarılsın. İpoteka predmeti olan əmlakın ilkin satış qiyməti 20000 (iyirmi min) manat məbləğində müəyyən edilsin. Goranboy rayonu, Sarovlu kəndində mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər həmin evdən məcburi qaydada çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar