Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-248/2024 22.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalzadə Aysel İlham qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli 2(045)-2202/2017 saylı qətanaməsinə əsasən Cavabdeh xx.xx.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində müəyyən edilmiş 100 manat alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsində İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 18 oktyabr 2014-cü il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından bor uşağı olmuşdur: xx.xx.2015-ci il tarixdə doğulmuş X7. Cavabdehlə faktiki olaraq ayrıldıqdan sonra aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib və Goranboy rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli 2(045)-2202/2017 saylı qətnaməsinə əsasən azyaşlı uşağının saxlanılması üçün cavabdehdən hər ay 100 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Goranboy rayon məhkəməsinin 30 mart 2017-ci il tarixli 2(045)-2202/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş 100 manat alimentin məbələği çox aşağıdır, həmin məbləğlə indiki dövrdə azyaşlı uşağı saxlamaq olduqca çətindir. Təkbaşına uşaqların xərclərini çatdıra bilmir. Odur ki, Goranboy rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli 2(045)-2202/2017 saylı qətanaməsinə əsasən Cavabdeh xx.xx.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində müəyyən edilmiş 100 manat alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. O hazırda fəhlə kimi çalışır. Cavabdehlə nikahdan əlavə başqa nikaha daxil olmuşdur. Yeni nikahdan da övladı vardır. Uşaq üçün 120 manat aliment ödəməyə razıdır. Məhkəmə araşdırması zamanı doğum haqqında şəhadətnamədən və Goranboy rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli 2(045)-2202/2017 saylı qətnaməsinin surətindən müəyyən edilir ki, tərəflərin bir övladı vardır: xx.xx.2015-ci il tarixdə doğulmuş X7. Goranboy rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli 2(045)-2202/2017 saylı qətnaməsi ilə, Cavabdeh hər ay xx.xx.2015-ci il tarixdə doğulmuş X1 üçün 100 manat alimentin İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı uşağın artan xərcləri nəzərə alınaraq 220 manat sabit pul məbləğinə aliment tələb edir. Elektron məhkəmə informasiya sistemində Cavabdeh qohumluq barədə məlumatından müəyyən olunur ki, Cavabdeh iddiaçı ilə nikah münasibətindən əlavə X2 ilə nikahından iki övladı da mövcuddur: xx.xx.2019-cu il tarixdə doğulmuş X5, xx.xx.2022-ci il tarixdə doğulmuş X6. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır; Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Qanunun məzmunundan göründüyü kimi dövlət bir çox kateqoriyalardan olan insanları yaşaması üçün minimum xərcləri müəyyən etmişdir ki, uşaqların saxlanmasının minimum xərci kimidə 235 manat müəyyən edilmişdir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından olan uşağının böyüdükcə gündəlik tələbatının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxt aşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hərtərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda xx.xx.2015-ci il tarixdə doğulmuş X4 böyüdükcə hər il artan xərclərini nəzərə alaraq hesab edir ki, Goranboy Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli 2(045)-2202/2017 saylı qətnaməsi ilə xx.xx.2015-ci il tarixdə doğulmuş X1 üçün hər ay 100 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin və «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli 2(045)-2202/2017-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh alimentin alınması iddiası üzrə qanunvericiliklə müəyyən olunmuş iddia qiymətinə müvafiq olaraq 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-248/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-248/2024
22.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver