Məhkəmə qərarları › İş №2(045)-27/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-27/2024

23.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-27/2024 23.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (Goranboy rayon Qaramusalı Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilməklə) qarşı “xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinə çəkilmiş suvarma arxından istifadə edilməsində, torpaq sahəsinin suvarılmasında, həyətyanı torpaq sahəsinin plan və ölçü sənədi üzrə F-dən G-dək olan hissəsindən yeni suvarma arxının çəkilməsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, belə hərəkətlərə son qoyulması və suvarma suyunun qarşısını bağlamasının, yeni su arxının çəkilməsinə mane olmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu Qaramusalı kəndində yerləşən xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinə çəkilmiş suvarma arxından istifadə edilməsində, torpaq sahəsinin suvarılmasında, həyətyanı torpaq sahəsinin plan və ölçü sənədi üzrə F-dən-G-dək olan hissəsindən yeni suvarma arxının çəkilməsinə cavabdeh X9 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, belə hərəkətlərə son qoyulması və suvarma suyunun qarşısının bağlamasının, yeni su arxının çəkilməsinə mane olmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Goranboy rayonu Qaramusalı kəndində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsi Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 03 nömrəli qərarı və onun əsasında verilmiş JN-024A, KOD 50913018 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən ona İddiaçı məxsusdur. Ona məxsus, mülkiyyətində olan torpaq sahəsinin suvarılması Qaramusalı kəndi ərazisində yerləşən 893 nömrəli artezian quyusundan çəkilmiş qonşu 239 A torpaq sahəsindən keçən arx vasitəsi ilə gələn suyundan istifadə etməklə həyata keçirilmişdir. 2021-ci ilin sentyabr ayından 239A torpaq sahəsinin istifadəçisi X9 onun həyətyanı torpaq sahəsinə gələn onun torpaq sahəsindən keçən arxdan gələn sudan istifadə etməyə icazə vermir, arxın qarşısını bağlayaraq suyun gəlməsini kəsmişdir. O, dəfələrlə X4 bu hərəkətlərinə son qoymasını təklif etsə də cavabdeh, bu hərəkətlərindən əl çəkməmişdir. Bununla da cavabdeh, torpaq sahəsində olan əkinlərinə zərər vurmuşdur. Odur ki, o məcbur olub bələdiyyə torpaq sahəsi hesab edilən sənədi üzrə F-dən-G-dək olan hissəsindən, 502 BB sahədən və 10 metr eni olan gediş-gəliş yolundan keçən 893 nömrəli artezian quyusundan çəkilmiş su arxına birləşən yeni arx çəkmiş, lakin cavabdeh X10 buna da mane olmuşdur. Cavabdehin qanunsuz hərəkətlərinə görə o, xx.xx.2022-ci il tarixdə Goranboy Rayon Polis şöbəsinə müraciət etmiş, Goranboy Rayon Polis Şöbəsi xx.xx.2023-cü il tarixli, 3-13- 75/2-Q/11/2023 məktubla onun müraciətinə cavab yazmışdır: "Sizin xx.xx.2022-ci il tarixdə Goranboy RPŞ-nə etmiş olduğunuz müraciətiniz tərəfimizdən araşdırılmışdır. Araşdırma zamanı Goranboy rayon Qaramusalı kənd sakini X3 Sizin məhlənizi suvarmaq üçün keçən yolu çəpərləməsi, məhlənizi suvarmağa mane olması ilə əlaqədar olaraq aidiyyəti üzrə mülki və xüsusi ittiham qaydasında məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunur". Odur ki, o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çxıarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, Goranboy rayon Qaramusalı kəndində onun mülkiyyətində olan torpaq sahəsinin suvarılması qonşusu, yəni Cavabdeh sahəsindən keçən arx vasitəsi ilə həyata keçirilir. Lakin cavabdeh onun həyətyanı torpaq sahəsinə gələn sudan istifadə etməyə imkan vermir və arxın qarşısını bağlayaraq suyun gəlməsini kəsir. O, dəfələrlə bu barədə cavabdehə öz narazılığını bildirsə də, sonuncu öz hərəkətlərindən əl çəkməmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Goranboy rayon Qaramusalı Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçünçü şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, İddiaçı ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. İddiaçı öz həyətyanı torpaq sahəsinin suvarması üçün onun torpağından arxın çəkilməsini istəyir ki, bu hal da onun həyətyanı torpağına zərər yetirir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: JN-024A, KOD 50913018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 28 yanvar 1998-ci il tarixli, 03 saylı qərarına əsasən 0.28 hektar torpaq sahəsi Goranboy rayon Qaramusalı kənd sakinləri İddiaçı, X7, X11, X5 mülkiyyətinə verilmişdir; Goranboy rayon Qaramusalı Bələdiyyəsi tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, 143 nömrəli, xəbərdarlıq məktubundan görünür ki, Qaramusalı kənd sakini X4 istifadədə olan yolun gediş-gəliş hissəsinin zəb edilmiş hissəsindən 5 gün müddətinə boşaldılması barədə xəbərdarlıq olunmuşdur; Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2024-cü il tarixli, 3-16-16/1-10/5630 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı torpaq sahəsinə cavabdeh X8 məxsus torpaq sahəsinin içərisindən gedən su arxı mövcud olduğu göstərilmiş və İddiaçı və cavabdeh X6 həyətyanı torpaq sahələrinin cənub hissəsindən keçən kəndarası yolun eni qərbdən 5.3 metr, şərqdən isə 10 metr enində naturada mövcuddur əgər su arxı gediş gəlişə maneçilik törətməsə cavabdehin həyətinin cənub hissəsində yolu kənarı ilə aparmaq mümkün olduğu müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, təqdim olunmuş sübutları və iddia tələbinin dəlillərini digər yanaşı sübutlarla yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin suvarılması üçün Cavabdeh istifadəsində olan torpaq sahəsindən su arxının keçirilməsini tələb edir. Həmçinin, iddiaçı bildirir ki, Cavabdeh həmin su arxının öz torpaq sahəsindən keçirilməsinə maneə törədir. Cavabdeh isə onun torpaq sahəsindən su arxının keçirilməsinin mümkün olmadığını və bu hal da onun həyətyanı torpağına zərər yetirdiyini bildirir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı hüquq normalarına uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Göründüyü kimi mülkiyyət hüququnun toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunması qanunla təsbit edilsə də, mülkiyyətdən qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmaqla istifadə də qadağan olunmuşdur. Həmçinin, mülki qanunvericilikdə qonşuluq hüququ da təsbit edilmişdir ki, onun mahiyyətindən də göründüyü kimi münasibətlər qarşılıqlı hörmət əsasında qurulmalıdır. Sözügedən hüququn mənasından göründüyü kimi aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Suyun təbii axımını qonşunun ziyanına dəyişdirmək qadağandır. Məhkəmə bu halları nəzərdən keçirir və hesab edir ki, ilk növbədə cavabdehin istifadəsində olan torpaq sahəsində hazırda su arxının olub-olmaması, əvvəllər həmin torpaq sahəsindən su arxının keçib-keçməməsi məsələsi araşdırılmalı, həmçinin iddiaçının torpaq sahəsini suvarmaq üçün naturada digər su arxı mövcud olub-olmaması müəyyən olunmalıdır. Hazırki iş üzrə müəyyən olunmuşdur ki, iddiaçının torpaq sahəsinə cavabdehin torpaq sahəsinin içərisindən keçən su arxı hal-hazırda mövcuddur və iddiaçı tərəfindən istifadə etməsinə maneçilik törədilir. Bundan başqa iddiaçının torpaq sahəsini suvarmaq üçün alternativ su arxının da naturada mövcud olması müəyyən edilmişdir. Belə ki, torpaq islahatına dair kompleks yerqurluşu lahiyəsində Cavabdeh mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin cənub hissəsindən su arxı gediş-gəlişə maneçilik törətməsə yolun kənarı ilə aparmaq mümkündür (əsas: Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2024-cü il tarixli, 3-16-16/1-10/5630 nömrəli rəyi). Cavabdeh torpaq sahəsinə sözügedən su arxının mövcud olmamasını və suyun onun torpaq sahəsinə ziyan vurmasını qeyd etsə də, bu halları sübut edə bilməmişdir. Lakin, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2024cü il tarixli, 3-16-16/1-10/5630 nömrəli rəyini daha mötəbər sübut növü kimi qəbul edir və hesab edir ki, iddiaçı tələbində haqlıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Goranboy rayonu Qaramusalı kəndində yerləşən xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinə çəkilmiş suvarma arxından istifadə edilməsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əlavə olunmuş sxemə uyğun olaraq torpaq sahəsinin suvarılması üçün su arxı gediş-gəlişə maneçilik törətmədiyi təqdirdə iddiaçı və cavabdehin həyətyanı torpaq sahələrinin cənub hissəsindən keçən eni qərbdən 5,3 metr, şərqdən isə 10 metr enində naturada mövcud olan kəndarası yolun cavabdehin həyətinin cənub hissəsindən yolun kənarı ilə aparılmasına cavabdeh X9 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı və belə hərəkətlərə son qoyulmalı, həmçinin aparılmış ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait cavabdeh X2 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az. MEM VÖEN **********; hesab: AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməldir. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Goranboy rayonu Qaramusalı kəndində yerləşən xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinə çəkilmiş suvarma arxından istifadə edilməsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əlavə olunmuş sxemə uyğun olaraq torpaq sahəsinin suvarılması üçün su arxı gediş-gəlişə maneçilik törətmədiyi təqdirdə iddiaçı və cavabdehin həyətyanı torpaq sahələrinin cənub hissəsindən keçən eni qərbdən 5,3 metr, şərqdən isə 10 metr enində naturada mövcud olan kəndarası yolun cavabdehin həyətinin cənub hissəsindən yolun kənarı ilə aparılmasına cavabdeh X9 tərəfindən yaradılmış maneələr aradan qaldırılsın və belə hərəkətlərə son qoyulsun. Aparılmış ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait cavabdeh X2 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar