Məhkəmə qərarları › İş №2(045)-30/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-30/2025

25.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-30/2025 25.08.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan X5 Rover minik markalı 10VS095 dövlət qeydiyyat nişanlı avtomobilimə vurulmuş zərərə görə 34466 manat real ziyan, 500 manat çəkilmiş xərc, 5000 manat əldən çıxmış fayda, cəmi 39966 manat pulun və 210 manat ödənilmiş dövlət rüsumu məbələğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 23:50-də ona məxsus olan Range Rover markalı avtomobil parklanmada dayandığı halda Cavabdeh idarə etdiyi Mercedes Benz S320 CDİ minik markalı, 99HX022 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində onun mülkiyyətində olan X5 Rover minik markalı, 10VS095 dövlət qeydiyyat nişanlı avtomobilinə arxadan çırpılmış və nəticədə ona külli miqdarda ziyan dəymişdir. Cavabdeh əvvəlcə ziyanı tam ödəyəcəyni bildirsə də, sonradan pulunun olmadığını və ziyanı ödəməyəcəyini bildirmişdir. X5 Rover minik markalı, 10VS095 dövlət qeydiyyat nişanlı avtomobilə rəsmi servisdə baxış keçirilmiş, avtomobilin bərpası üçün 34466 manat məbləğində pul tələb olunduğu müəyyən olunmuşdur. Hazırda o, mülkiyyətində olan avtomobili idarə etməkdən məhrum olmuşdur. Hazırda o, kirayə avtomobil götürərək idarə etmək məcburiyyətində qalmışdır. Cavabdeh yol hərəkəti qaydalarını pozduğuna görə İXM-in 327.1-ci maddəsinə əsasən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. O, X5 Rover minik markalı, 10VS095 dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi səlahiyyətlərini qohumu X2 vermişdir. Cavabdeh X2 ziyanı tam ödəyəcəyini bildirsə də, sonradan ziyana dair heç bir məbləğ ödəməyəcəyini bildirmişdir. X5 Rover minik markalı, 10VS095 dövlət qeydiyyat nişanlı avtomobili servisə təhvil verilmiş, servisdə 34466 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. Servisdə vurulmuş ziyana dair ilkin qiymətləndirmə aktı tərtib edilmiş, 500 manat onun tərəfindən ödənilmişdir. Həmçinin, qohumu tərəfindən ona avtomobilin idarə edilməsi üçün 1 ay üçün 5000 manat ödənilməli olduğu halda da o, həmin gəlirdən məhrum olmuşdur. Anarla aralarında şifahi razılıq olduğundan əldən çıxmış fayda məbləğinə dair yazılı sübutu məhkəməyə təqdim edə bilmir. Cavabdeh ona vurduğu zərər nəticəsində o, avtomobilsiz qalmışdır, Cavabdeh isə avtomobilin təmir edilməsindən tamamilə imtina etmişdir. Cavabdeh tərəfindən onun əmlakına zərər vurulduğundan cavabdeh tərəfindən zərər könüllü ödənilmədiyindən, zərər məbləği məhkəmə qaydasında tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, qiymətləndirməyə dair verilmiş rəylə razı deyildir və reallığı əks etdirmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirdi ki, tələb olunan məbləğ həddən artıq şişirdilmiş məbləğdir. Belə ki, sözügedən avtomaşına dəymiş ziyan sığorta şirkəti tərəfindən 10200 manat dəyərində hesablanmış və iddiaçı tərəf də həmin məbləğlə razılaşaraq, 5000 manat məbləğində sığorta ödənişi almışdır. Yerdə qalan məbləğin ödənilməsi ilə bağlı iddiaçı tərəflə razılığa gəlməyə cəhd etsə də, iddiaçı heç bir razılığa gəlməyərək, ondan vurulmuş ziyana mütənasib olmayan məbləğ tələb etmişdir. Hazırkı ekspert rəyi ədalətli şəkildə verilmişdir, odur ki, ona uyğun iddianın təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 cavabdehin izahatına uyğun izahat verərək, iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Hökümət ödəniş portalının ********* nömrəli, xx.xx.2024-CÜ il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı hazırkı tələb üzrə 211 manat məbləğində dövlət rüsumu ödəmişdir; “İnzibati tənbeh vermə haqqındda” TP seriyalı ******* nömrəli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə olunmuşdur; "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, “Range Rover” markalı, **-VS-*** dövlət qediyyat nişanlı avtomobilə dəymiş ziyan 34466 (otuz dörd min dörd yüz altmış altı) manat məbləğində hesablanmışdır; "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görüünr ki, iddiaçı tərəfindən qüsur aktının tərtib edilməsi üçün 500 (beş yüz) manat miqdarında pul ödənilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2024-cü il tarixli, 9/3447 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Range Rover” minik markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 26049,0 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir; Fotoşəkillərdən görünür ki, “Range Rover” minik markalı, **-VS-*** dövlət qediyyat nişanlı avtomobilin sol arxa qapı, qanad, dayanma-durma işığı və təkər hissəsi zədələnmişdir; “RİCH SERVİCE” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Range Rover” minik markalı, **-VS-*** dövlət qediyyat nişanlı avtomobilə dəymiş ziyan 10200 (on min iki yüz) manat məbləğində müəyyən edilmişdir; İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı "xxxx" ASC tərəfindən hesablanmış sığorta ödənişi ilə razı olduğunu bildirmişdir; "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli sığorta ödənişi aktından görünür ki, dəymiş zərərin məbləği 10200 (on min iki yüz) manat və sığorta ödənişinin məbləği isə 5000 (beş min) manat müəyyən olunmuşdur; "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MB 18/0842 nömrəli qiymətləndirmə hesabatından görünür ki, 2015-ci il buraxılışlı “Range Rover” minik markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə bağlı xərclərin dəyəri (iş materiallarında olan “RİCH SERVİCE” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında göstərilən xidmətlər və ehtiyat hissələrinə münasibətdə) 9250 (doqquz min iki yüz əlli) manat müəyyən olunmuşdur. Qiymətləndiricinin xidmət haqqı 300 (üç yüz) manat təşkil etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Mercedes Benz S 320 CDİ” minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində yol-hərəkəti qaydalarını pozmuş və parklanma vəziyyətində olan “Range Rover” minik markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomaşını vurmuş, nəticədə İddiaçı avtomobilinə maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh təqsirli bilinərək, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla İXM-in 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. Tərəflərin mübahisələndirdiyi hal vurulmuş maddi zərərin məbləği ilə bağlıdır. Məhkəmə işin tam, hər tərəfli, obyektiv və qərəzsiz araşdırılması üçün iş üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin etmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2024-cü il tarixli, 9/3447 nömrəli rəyi ("xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına münasibətdə) ilə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MB 18/0842 nömrəli qiymətləndirmə hesabatını (“RİCH SERVİCE” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında göstərilən xidmətlər və ehtiyat hissələrinə münasibətdə) müqayisəli təhlil edərək, sonuncu hesabatı daha mötəbər və reallığa uyğun hesab edir. Belə ki, “Rich service” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı hadisədən (xx.xx.2024-cü il tarixdə) 5 gün sonra tərtib edilmiş, həmin vaxt tərəflər zərəri mübahisələndirməmişdir. “Range Rover” minik markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil "Meqa Sığorta” ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalandığı üçün avtomobilə dəymiş 10200 (on min iki yüz) manat zərərə görə 5000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə, daha sonra iddiaçının sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında qeyd olunan qiymətləri sözügedən avtomobilə real dəymiş zərərə mütənasib və ağlabatan hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Mülki Məcəllənin: 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsiri olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Beləliklə, göründüyü kimi Cavabdeh təqsirli, hüquqazidd əməli ("Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində onun idarə etdiyi nəqliyyat vasitəsi (yüksək təhlükə mənbəyi) ilə törədilmiş yol-nəqliyyat hadisəsində iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurulması tam sübuta yetirilir və bu səbəbdən “Range Rover” minik markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin real maddi ziyan hissəsinə dair qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MB 18/0842 nömrəli qiymətləndirmə hesabatı mötəbər sübut kimi qiymətləndirilməklə, “Range Rover” minik markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş real zərərin məbləği 9250 (doqquz min iki yüz əlli) manat müəyyən edilməli, sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş 5000 manat sığorta ödənişi real zərərdən çıxılmalı (9250 – 5000 = 4250) və yerdə qalan 4250 (dörd min iki yüz əlli) manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddiaçının 5000 manat məbləğində əldən çıxmış fayda tələbinə dair qeyd edir ki, bu tələbin əsaslarını təsdiq edəcək hər hansı dəlil və sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin ödənilmiş 211 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq iddia bu hissədə qismən təmin edilməli və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə (120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi) əsasən cavabdehdən 62,50 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalı və qalıq 148,50 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Məhkəmə iddiaçı tərəfindən qiymətləndirmə xidmətinə görə ödənilmiş 500 manat məbləğə münasibətdə qeyd edir ki, iddia bu hissədə də qismən təmin edilməli və tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən iddiaçının xeyrinə 60 manat məbləğində vəsait tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 4250 (dörd min iki yüz əlli) manat məbləğində vurulmuş maddi zərər, iddiaçı tərəfindən çəkilmiş 60 manat xərc və ödənilmiş 62,50 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 88 manat hissəsi İddiaçı, 12 manat hissəsi isə Cavabdeh Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) tutulmalıdır. "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli qiymətləndirmə xidmət haqqının dəyərini təşkil edən 300 manat vəsaitin 234 manat hissəsi İddiaçı, 66 manat hissəsi isə Cavabdeh "xxxx" MMC-nin hesabına (H/h: № AZ59AİİB********************; VÖEN: **********; "xxxx" ASC Yasamal filialı, Kod: 200037; VÖEN: **********; Müxbir hesab: AZ37NABZ0135001**********1944; S.W.İ.F.T BİK: AİİBAZ2X) tutulmalıdır. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 4250 (dörd min iki yüz əlli) manat məbləğində vurulmuş maddi zərər, iddiaçı tərəfindən çəkilmiş 60 manat xərc və ödənilmiş 62,50 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 88 manat hissəsi İddiaçı, 12 manat hissəsi isə Cavabdeh Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) tutulsun. "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli qiymətləndirmə xidmət haqqının dəyərini təşkil edən 300 manat vəsaitin 234 manat hissəsi İddiaçı, 66 manat hissəsi isə Cavabdeh "xxxx" MMC-nin hesabına (H/h: № AZ59AİİB********************; VÖEN: **********; "xxxx" ASC Yasamal filialı, Kod: 200037; VÖEN: **********; Müxbir hesab: AZ37NABZ0135001**********1944; S.W.İ.F.T BİK: AİİBAZ2X) tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar