Məhkəmə qərarları › İş №2(045)-318/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-318/2025

04.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-318/2025 04.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Goranboy rayon məhkəməsinin 13.06. 2023-cü il tarixli, № 2(045)-936/2023 qətnaməsi ilə müəyyən edilmiş alimentin artıtılaraq, hər ay sabit pul məbləğində 250 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Goranboy rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehə təyin edilmiş aliment 19 dekabr 2018-ci il tarixli qətnamə ilə dəyişdirilmişdir. Sonuncu dəfə Goranboy rayon məhkəməsinin 13.06. 2023-cü il tarixli, № 2(045)-936/2023 qətnaməsi ilə xx.xx.2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 170 manat alimentin tutulması qət edilmişdir. Hazırda uşaq böyümüşdür. O qətnamıə çıxarkən işləmiş, lakin hazırda işdən çıxmışdır. Bununla da onun maddi vəziyyətində dəyişiklik baş vermişdir. İndi əmək haqqı almadığından həmin məbləğlə uşağı saxlaya bilmir. Buna görə də xx.xx.2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Goranboy rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, № 2(045)-936/2023 qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılaraq, hər ay sabit pul məbləğində 250 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, cavabdeh bildirişi qəbul etməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Goranboy rayon məhkəməsinin 13.06. 2023-cü il tarixli, № 2(045)-936/2023 qətnaməsinin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı dəyişdirilərək 170 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Goranboy rayon məhkəməsinin 13.06. 2023-cü il tarixli, № 2(045)-936/2023 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı dəyişdirilərək 170 manat müəyyən edilmişdir. Goranboy rayon məhkəməsinin 13.06. 2023-cü il tarixli, № 2(045)-936/2023 saylı qətnaməsi çıxarıldıqdan sonra tərəflərin maddi vəziyyətində hər hansı dəyişiklik olması barədə iddiaçı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İşin göstərilən halları işdə iştirak edən şəxslərin izahatı, bunu tamamlayan məhkəmə iclasında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin münasibətləri tənzimləyən qeyd olunan müddəa alimentin müəyyən olunmuş miqdarına dəyişiklik edilə bilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə şərtləndirir. İddiaçı isə özünün və ya cavabdehin maddi vəziyyətində alimentin miqdarının artırılmasına əsas verən hər hansı bir dəyişikliyin olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı alimentin artırılması barədə iddia tələbinin əsasını onun maddi vəziyyətinin dəyişməsi ilə əlaqələndirmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli 15 nömrəli qərarının 8.4-3-cü bəndinə göstərilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin maddi vəziyyətində dəyişikliyin olması barədə sübut təqdim edilmədiyindən İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası təmin edilmədiyindən, 50 manat mediasiya xərci onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar